“Sənsizliyin adı yoxdur”
Hər günə eyni səhərlərlə başlamaq… Eyni xəyallarla oyanmaq… İlk səni axtarmaq…İlk səni görmək.. Hissetmək..Səhər-səhər səni duymaq.. Gözlərini, əllərini, dodaqlarını… Amma yenə də məyusluq… Yenə də yoxluq…Məyusluğa vadar edən boş otaq mənzərəsi… Yoxluğun… Bu mənzərənin eybəcərliyinə səbəbkar yoxluğun…Sənsiz gözəlliyi görmürəm, sabahın xəfif mehini hiss etmirəm..Gör “sənsizlik”məni nələrdən məhrum edib..
Hərdən, yox elə tez-tez, əslində hər gün məni sənə aparır bizdən bəhs edən mahnılar…Sanki, bizi yazıb, bizimlə yaşayıb hər şeyi,,anbaan bizi izləyib..Yaşadığımız hər saniyəni sətirlərdə , notlarda əks etdirib…sanki,, Dinlədikcə səni xatırlayıram..Otururam, səni düşünürəm. Xatirələrimiz gəlir ağlıma, istər şirin ,istərsə də acı xatirələr.. Onlar hər zaman xatırlanır…
Sonra,, Şirin bir ağlamaq tutur. Sonra şirin bir gülüş.Düşündükcə daha çox arzulayıram səni..Daha çox bağlanıram..Daha çox özləyirəm.. Kaşkilərə bağlanır arzular sənli xatirələri düşündükcə… Bitməz, tükənməz xatirələrlə..Və hər düşündüyümdə öldükcə. Ölüb də hər sabah yenidən doğulduğumu gördükcə. Və kiçildikcə Bakının hər gün ucalan göydələnləri arasında…
Bu şəhərmi ayırdı bizi? .. Bu şəhərmi qovuşmağımıza əngəl oldu,? ,,Düşündükcə … Mən birazda sıxılıram sənsiz…. Boğazımdakı qəhər boğur məni,.. Yoxluğun bitirir məni sanki, …Darıxıram… Sənsiz darıxıram … Sənsizlik dilimə əzbər olub bu aralar, daha doğrusu sən gedəndən bəri. Sənsizlik həsrətə, həsrət tənhalıq adlı xislətə, bu ucuz xislətdən əzaba, əzabdan da ağrılara çevrilib həm ürəkdə, həm başda…
Beynimdəki boşluqlar səninlə dolub..Sanki,, Mən bütünlüklə “Sən” olmuşam.. Qələmimin mürəkkəbi nə hopub sənsizliyim.. Sənli günlərlə başlayıb sənsiz günlərlə bitir yazılar…Heç vaxt bitməyəcək bir əsər kimisən… Heç vaxt yazmaqdan yorulmayacağım “Əsərim” … Hərgün ,hərgün sənsizlikdən yazdıqca daha da sənsizliyə öyrəşirəm… Sanki, sənsizliklə yaşamaq qismətimə yazılıb..
Bəzən rədd olub da gedə bilsəm deyirəm bu şəhərdən..Uzaqlara..Kimsənin tanimadığı, kimsəni tanımadığım bir yerə… Səni də qoysam geridə. Silsəm yad şəhərlərdə sənli illərin xatirələrini. Düşünməsəm, heç xatırlamasam, qurtulsam daxilimə hopmuş bu sənsizlikdən… Quru-quru yazılan bu sənsizlik yazılarından, bu pessimizimdən xilasolsam da, daha xoşbəxtlikdən yazmağa başlasam deyirəm, gözü yaşlı günlərimi arxada qoysam da ,yeni həyata addımlasam…
Amma birdə baxıramki, sənsizlik də xoşbəxtlik imiş..Sırf mənim xoşbəxtliyimimiş… Amma birdə baxıramki, sənsizlik bədbəxtlik imiş..Məni uçuruma aparan “bədbəxtlik”.
Yox, birdə baxıramki, sənsizlik elə “sənsizlik”di. Başqa adı yoxdu yoxluğunun…Başka isim verə bilmərəm bu mənimlə var olub , mənimlə yaşıyan duyğulara.. Bəzən qayıtsam deyirəm dünənə. Bu gün əslində dünəndi desəm. Dünənimdə səni görsəm…Səni yaşasam..Hiss etsəm əllərini.. Baxsam gözlərinə. Gözlərinə baxıb titrəyən də hər şeyaydın olardı bəlkədə. Onda bəlkə bu uzun uzadı yazdığım yazıda ifadə etmək istədiyimi, titrəyərək sadəcə birsöz də ifadə edə bilərdim bundan daha yaxşı. Bəlkə səndə daha yaxşı anlayabilərdin məni…Bəlkə yaşadıqlarımı daha yaxşı dərk edib, xilas edərdin məni bu yoxluqdan..
Əlimdən tutub götürsən özünlə .. Və mən bu sənsizliyini çində çaşıb qalmazdım səni düşünərək…Düşündükcə bitməzdim..Unutmazdım özümü..Sənin yoxluğun qəlbimə , beynimə sahib olmazdı..Yoxluğuna alışmazdım..Sanki, belə daha yaxşıdı deyə davam etməzdim həyatıma..Yox, yox,, Davam etməsin.. Qəlbimə yoxluğun, sənsizliyin deyil də,,sevgin.. hisslərin daxil olsun.. Bir düşün..Elə daha xoşbəxt olmazmıydıq??.
Nəyə lazım çəkdiyim bu acı,, bu əzab,, Gəl son verək bütün bunlara.. Silək ayrı qaldığımız zamanları,. Heç bir saniyəsini belə xatırlamayaq.. Birgə addımlayaq..Birgə unudaq ,, Bütün əzabları..Mənim sənə ehtiyacım var…Gəl Sevdiyim..Bitsin buhəsrət, bu izdirab.. Sənsizliyin daxilimi bürüməsinə izin vermə,,
Gəl artıq..
Səndəki mənsizliyi,
Məndəki sənsizliyi, Bitir..
GƏL SEVDİYİM…
İbrahimli Fəridə