V fəsildin sən
Bir az qış kimi soyuq
Bir az da yay kimi isti,
Bir az yaz kimi rəngli
Və payız kimi tənha…
Zamansız gəldin
Həmişəki kimi
Hesab, kitabda yoxdu gəlişin…
Heç kimin kimi gələnlər,
Hər şeyin kimi gedərlər.
Ayın belə deməyə sözü qalmadı
Incidi bizdən…
Içkinin belə köməyi çatmadı gedişinə.
Bitmişdi hər şey…
Sonra sən gəldin
Sanki payız
və uçub gedən qaranquşlar,
Payız ağlayır,
Hamı tərk etdi,
Bari sən qal deyir,
Və onlardan biri,
Payıza acıyır,
Geri dönür,
Hər kəsin tərk etdiyi bu fəslə yazzığı gəlir…
Sanki kəpənək yayı bir ömür sevəcək,
Və bu bir ömür bir gün deyil əlbət…
Və yazda dönən o qaranquşlar,
Payızda getməyən bircə qaranquşun,
Qışda donub cansız bədənini görəcək.
Onlar kimi vəfasız olmadı deyə cəzasını çəkir indi,
Amma qaçıb canını qurtara bilərdi…
Bu fəsillərin hamısı vardı səndə,
Vəfasından, vəfasızından
Orda dedin
Zaman ver mənə
Tutum əllərindən
Mən sənə, sən mənə
Yaşamaq öyrət yenə
Mən də şanslı gəlmədim dünyaya,
Hər şeyə yenidən başlayaq.
O fəsilləri unut getsin,
Yeni fəsil yaradaq.
Bir dünya quracam sənə,
Şərab dadı verəcək,
Gül qoxusu gələcək,
Nə isti, nə də soyuq
Iliq yağış yağacaq,
Yüngül şimşək çaxacaq,
Uşaqları qorxutmayan şimşək.
Günəş və ay qovuşacaq.
Necə də gözəl səslənir
Birdən çıxacam qarşına,
Damarına, sümüyünə,iliyinə,sinirinə işləyəcəm
Bir dünya quracam sənə
Bəs niyə demədin v fəslim?!
O dünyanı başına dağıdıb gedəcəm yenə…
Allahquluzadə Nərgiz
Bakı Dövlət Universiteti, Sosial Elmlər və Psixologiya fakültəsi, Psixologiya ixtisası, III kurs