Günel Əliyeva – DEPRESSİYA VƏ SUİSİD

Depressiya – çox zaman insanlar həyatda müxtəlif çətinliklərlə rastlaşdıqda, bu çətinliklərin qarşısını ala bilmədikdə bunu ancaq depressiya vəziyyəti kimi yozurlar. Əslində depressiya və suisid halları nədir?

  • Bilirik ki, insanın həyatında müxtəlif krizis dövrləri var. Bunlardan biri və ən əsası isə “yeniyetməlik krizisi”dir. Bu krizis əsasən 13 yaşda baş verir. Bu krizis bizə 3 yaşın krizisini xatırladır. 3 yaş krizisi kimi yeniyetməlik krizisinin əsasında mən anlayışı olur. Sanki insan özünü başqa tərəflərdən dərk edə bilir. Bu zaman onlar dərslərinə fikir vermirlər, çünki onlar üçün lazım olan hal-hazırda öz “sosial-mən”lərinin dərk edilməsidir. Bu zaman valideynlər təbii ki, narahatçılığa düşürlər. Amma onları başa düşmək lazımdır. Onların buna ehtiyacı var. Onlara valideynlərin nəzarəti həmişə lazımdır. Amma bu yaşda yaxşı olardı ki, onlara nəzarət qıraqdan olmalıdır. Onlar bunu hiss etməsin. Çünki onlar hələki özlərini axtarıb tapmağa çalışırlar. Əgər biz valideynlər onlara müxtəlif müdaxilələr etməyə çalışırıqsa, bu zaman biz onları depressiyaya salmış oluruq. Biz özümüz bunu fərq etməsək belə. Onlar üçün bu dövrdə ətrafı və ətrafdakılar insanları düşünürlər. Çünki onlar bu dövrdə özlərini cəmiyyətdə tanıtmaq istəyirlər. Bu dövrdə valideynlər uşaqlarının qarşısında deyil, onların yanında olmalıdır.

Suisid – Bu hallar ilk dəfə 13 yaşda baş verir. Təbii ki, onların yaşadığı problemlər bizim üçün adi, heç bir əsası olmayan problemi ola bilər. Burada əsas olan budur : biz onları başa düşüb, özümüzü onların yerinə qoya bilirikmi?

Onlar əgər özünə qəsd haqqında düşünürsə, bu zaman onu müəyyən cümlələrlə vurğulayır. “Məni bir daha görməyəcəksiz, o zaman istədiyiniz həyatı yaşaya bilərsiz. Əslində onlar üçün suisid (özünə qəsd) adi bir haldır. Onlar bunun tam fərqinə vara bilmirlər. “Onlar üçün mən intihar etdim və məni incidənlərə öz cəzamı verdim”. Onlar bunun tam sonunu düşünə bilmirlər. Bunun sonunda ölüm olacağını düşünə bilmirlər. Onların fikrində sadəcə onları incidənlərə “cəza vermək” durur.

Günel Əliyeva

Psixoloq

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər