Müasir Ailə nədir? Deyəndə ilk, növbədə ailədə ana-ata övladının cəmiyyətə necə xeyirli övlad olacağına önəm verir.Belə ailələrin yetişdirdiyi övladlardan biridə Milli Qəhrəmanımız Mübariz İbrahimovdur.Vətən uğrunda ölənlərə öldü deməyin, onlar hər zaman diridilər.Ölümləri ilə ölümsüzlük qazanan igid oğullarımızın timsalında bunun bir daha şahidi olduq. Mübariz İbrahimov kimi. Az yaşadı, ancaq bir dünyaya dəyəcək həyat yolu keçdi. Bir qəhrəmanlıq tarixi yazdı, igidlik məktəbi yaratdı. Hələ orta məktəbdə oxuyarkən qəlbindəki səs, könlündəki duyğu onu çox uzaqlara soraqladı. Yağı tapdağında qalan yurd yerlərinin təəssübünü çəkməyə səslədi. Səsinə səs verdi qəlbindəkilərin. Seçimini etdi. Hərbi məktəbin tələbəsi olmaq şərəfinə nail oldu. Bu şərəf hələ onu çox uzaqlara aparacaqdı, apardı da… Cəmşid Naxçıvanski adına Hərbi Məktəbi bitirib Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi təyinatlı bölüyündə xidmət etdi və 2007 –ci ildə çavuş rütbəsi ilə xidmətini başa vurdu. Və bununla da onun hərbi həyatının yeni səhifəsi açıldı. 2009-cu ildə gizir rütbəsində hərbi xidmətdə çalışan Mübariz İbrahimov öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmətə getdi. Gedişi ilə ömür səhifəsinə daha bir qəhrəmanlıq hekayəti yazdı. Qaynar və qızğın döyüşlərin ön sıralarına tələsdi, yağıya göz dağı verən döyüş numinələri göstərdi. Odla oynadı, ölümlə baş-başa gəldi. Qorxmadı, qorxmazlıq məktəbinin müdavimi olduğunu cəsarəti ilə sübut etdi. Ölümlə arxa yox, sinə çevirdi. Düşmənin ordusuna tək canıyla 30 dan artıq leş hədiyyə etdi və 2010-cu ilin iyulun 18-də qəhrəmancasına şəhid oldu. Yağılar qorxudan ölüsünə belə yaxın durmaq cəsarəti tapmadılar bir neçə gün. Dirisini deyil, ölüsünü əsir almaqla öyündülər.Hətta yandığlarından cəsədi verməməklə də hədələdilər. 4 ay duruş gətirmək imkanları oldu. Əlləri ilə sərhədə qədər gətirdilər. Vətən onu oğul, xalq onu igid, dövlətimizsə qəhrəman kimi qarşıladı. Ölkəsinin fəxrinə çevrilən Mübariz dövlətinin bayrağına sarılıb müqəddəs məkanda, şəhidlər xiyabanında rahatlandı. Uğrunda vuruşduğu, canından keçdiyi,qəlbi, duyğusu və qanıyla bağlı olduğu vətəninin şəhidləri sırasında uca bir yerə sahibləndi. Könüllərdə taxt qurdu, beyinlərdə heykəl yaratdı. Ölümüylə ölümsüzlük qazanmanın çətin, amma mümkün yolunu göstərdi. Dedi ki, dar gündə, kədərli anda haraya oğulu gedən torpaqlar həmişə yaşar olurlar, ölməzlik qazanırlar. Uyduğutorpağın oğullarına ölümüylə mesaj da verdi. Bayraqları bayraq yapan üstündəki qandı, torpaq əgər uğrunda ölən varsa vətəndir. Vətəni vətən edən, düşmənə qan udduran oğullar olduqca, düşmən həmişə səksəkədə olacaq, yuxusu ərşə çəkiləcək, obalarına huzur gəlməyəcək…Dünyaya anlatdığı məktəb və böyük məqamlar da oldu Mübarizin.İgid qanı ilə suvarılan torpaqların qəhrəman yetirməsi təbii və gözlənəndi. Davamı olacaq. Bu torpaqların hələ çox MÜBARİZLƏRİ var ki, onlar fürsət və imkan gözləməkdədirlər.
Yazdığı son mektub:
Atama ve anama məktub ! ! ! ! ! Canım Atam ve Anam . . . məndən sarı darıxmayın İnşallah cənnətdə görüşəcəyik . Mənim üçün bol-bol dua edin . Vətənin dar günündə ürəyim dözmür .Allah xatirinə bunu eləməliyəm ən azından ürəyim sərinlik tapar. İnşallah şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm Şəhid olsam ağlamayın əksinə sevinin ki , o mərtəbəyə yüksəldim . Allah böyükdür , VƏTƏN SAĞ OLSUN ! Haqqınızı halal edin . . oğlunuz İbrahimov Mübariz
Vətən sağ olsun . . .
Onu unutmayaq. ALLAH RƏHMƏT ELƏSİN !
Elşən Elman oğlu Şirbağırov
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, rejissorluq fakültəsi, televiziya rejissorluğu ixtisasının 3-cü kurs tələbəsi