Kəskin və posttravmatik stress pozuntusu

Kəskin Stress Reaksiyası (KSR): travmatik hadisəyə cavab olaraq yaranmış keçici vəziyyətdir. Simptomların meydana çıxması travma ilə eyni vaxta və ya ondan dəqiqələr sonraya təsadüf edir və bir neçə saatdan bir neçə günə kimi davam edə bilər. Bu zaman çox hallarda depressiya, əzginlik, təşviş, diqqət, yaddaş zəifləməsi, yüksək oyanıqlıq əlamətləri müşahidə olunur.

Kəskin Stress Pozuntusu (KSP): travmatik hadisəyə məruz qalmış fərd əhəmiyytəli dərəcədə və ya sosial, məşğulluq və həyatın digər vacib sferalarında problemlər yaşaya bilər. Bu proses iki gündən çox davam etsə, KSP diaqnozu nəzərə alınmalıdır.

Posttravmatik Stress Pozuntusu (PTSP): bir və ya bir neçə son dərəcə təhlükəli və ya katastrofik xarakterli stress hadisəsi və ya vəziyyəti nəticəsində inkişaf edir. PTSP boşanma, iş yerinin itirilməsi və ya imtahandan kəsilmə kimi distress situasiyalar nəticəsində adətən inkişaf etmir. PTSP istənilən yaş qrupuna daxil olan insanlarda inkişaf edə bilər.

Hər üç postravmatik psixi pozuntu, KSR, KSP və PTSP, diaqnostik kriterilərdə əhəmiyyətli dərəcədə üst-üstə düşür. Bu pozuntuları birbirindən fərqləndirən əsas cəhət simptomların davam etmə müddətidir. İki günə qədər KSR, iki günlə bir ay arasında KSP diaqnostika olunur, bir aydan çox davam etmə müddəti PTSP-ə xasdır. Əgər simptomlar bir-üç ay arası davam etsə, kəskin PTSP, üç aydan çox davam edərsə xroniki PTSP diaqnostika oluna bilər. KSP üçün əsasən dissosiativ simptomlara, PTSP-də isə çəkinmə simptomlarına üstünlük verilir.

Səbəbləri:

Bu gün artıq hesab olunur ki, psixotravmatik hadisə PTSP-nin başlıca səbəbidir. Tarix boyu bu mövzu böyük mübahisələrə səbəb olurdu. Şarko, Jane, Freyd və Breyer psixoloji travmanın isterik simptomlara səbəb olmasını bildirirdilər, lakin onların fikirləri geniş kütlə tərəfindən qəbul olunmurdu. Dominant fikir bundan ibarət idi ki, travmatik hadisə özü özlüyündə bu simptomların yeganə səbəbi ola bilməz və mütəxəssislər digər izahlar axtarırdılar. Bir çoxları üzvi səbəbdən şübhələnirdilər. Başqaları, ümumiyyətlə simptomların həqiqiliyini şübhə altına alır və simulyasiya yaxud kompensasiya axtarışını (kompensasiya nevrozu) bir çox hallarda səbəb kimi göstərirdilər. Nəticədə bir müddət belə fikir hakim oldu ki, travmatik hadisə ötəridir və yalnız davamsız şəxsiyyətə malik, premorbid nevrotik konflikt və psixi xəstəliyi olan şəxslərdə davamlı simptomlar yarana bilər. Lakin bir çox müharibə veteranı, təcavüz, işgəncə, zorlama qurbanı olmuş insanlarda mövcud uzunmüddətli psixoloji problemlərin olması bu nəticəni dəyişdi. Tədqiqatçılar əmin oldu ki, hətta şəxsiyyətinin premorbid xüsusiyyətləri olmayan şəxslər belə dəhşətli, katastrofik stressorlarla üzləşdikdə onlarda nəzərə çarpacaq psixoloji simptomlar yaranır.

Travmatik stressor üçün əsas element isə DSM-IV-ə görə fiziki tamlığa təhlükə və şəxsin hadisəyə subyektiv cavabı hesab edilə bilər. Bu zaman şəxs müstəsna (həddindən artıq) qorxu, köməksizlik və dəhşət hissi keçirməlidir. XBT-10 isə hadisənin “müstəsna təhlükəli və katastrofik təbiətli” olmasını vurğulayır.

Yayılması:

Tədqiqatlara əsasən əhalinin 39-90%-i ömründə ən az bir dəfə travmatik hadisə yaşayır. Göstəricilər arasında belə böyük fərqin olması istifadə olunan skrinninq metodlarının müxtəlifliyi ilə izah olunur. Zərərçəkənlər arasında aparılan tədqiqatlarda ən geniş yayılmış psixotravmatik faktorlara ağır somatic travmalar (9,4 faiz), fiziki təzyiq (8,3 faiz), başqasının ağır yaralanması və ya ölümünə şahid olma (7,1 faiz), yaxınlarının qəfləti ölümü və ya ağır xəstələnməsi xəbəri (5,7 faiz), seksual zorakılıq (2 faiz) aiddir. Kesslerə görə travmatik hadisədən sonra PTSP-nin yaranma ehtimalı kişilərdə 8,1 faiz, qadınlarda 24,4 faizdir. Nisbətən gənc şəhər populyasiyasında bu göstərici daha yüksəkdir; kişilər üçün 13 faiz, qadınlar üçün 30,2 faizdir. Çoxsaylı araşdırmalardan aşağıdakı ümumi nəticələr meydana çıxib:

  • Yetkin (orta yaşlı) kişilər qadınlara nisbətdə daha çox travmatik hadisə ilə üzləşirlər;
  • Cinslər arası müxtəlif travmatik hadisələrin müqayisəli analizi göstərir ki, kişilər daha çox fiziki təzyiq və yol nəqliyyat qəzası, qadınlar isə seksual zorakılıqla üzləşirlər.

Qeyd edək ki, simptomlar adətən travmatik hadisənin birinci ayında yaranır, çox az hallarda simptomların meydana çıxmasında aylarla, hətta illərlə gecikmə müşahidə oluna bilər.

Araz Manuçehri – Lalei
Tibb Universitetinin Psixiatriya
Kafedrasının dosenti, psixiatr

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər