Natəvan Qarayeva – “Ər və arvad yalnız yaxşını yadda saxlamamalıdır…”

Ailələrin yaranmasında 2 nəfər – ər və arvad iştirak edir.Ər və arvadın şəxsi səadəti, gələcək ailənin, uşaqların xoşbəxtliyi ,ümumiyyətlə, onların bir şəxsiyyət kimi necə formalaşmasından asılıdır.

     Müəyyən yaşa çatanda bütün oğlan və qızlarda ailə qurmaq tələbatı yaranır.Onlar evlənmək istəyirlər və evlənirlər.Ailə qurarkən onlar hər biri müxtəlif motivdən çıxış edirlər.Bir qrup sevdiyi üçün, digəri adət-ənənəyə görə ,yəni hamı evlənib məndə evlənim, üçüncü qrup isə maddi mülahizələrə görə, yəni universitet oxuyub, yaxşı imkanı var, evi var və.s, bəziləridə xoşuna gədiyi və ya əxlaqi davranışlarına görə ailə qurur.Biz bu motivlər üzərində qurulan ailələrə baxsaq görərik ki, onların davranışları köklü surətdə fərqlənir.Sevdiyi üçün və maddi mülahizələrə görə evlənmiş iki adamın davranış motivləri heç də eyni məna daşımır.Onların öz ailələrinə, həyat yoldaşlarına, hətta doğma uşaqlarına münasibətlərində fərqli cəhətlər özünü göstərir.

     Hər bir ailədə müəyyən vaxt münaqişələr baş verir.Bu münaqişələr müəyyən səbəblərdən yaranır.Ailə münaqişələrinin ən başlıca səbəbi uzun müddət maddi cəhətdən ailənin təmin olunmaması, mənzil problemi, ər və arvadın öz hüquq və vəzifələrini yerinə yetirməməsindən irəli gəlir.Bu münaqişələrin artması ailədə şiddətli keçimsizliklərə gətirib çıxarır, nəticədə ər və arvad arasında qarşılıqlı hörmət olmur bu da boşanmaya doğru aparır.

Boşanmalar bundan əlavə müxtəlif səbələrdən olur.Bunlardan biri xəyanətdir.Bu səbəbdən boşanmalara çox az rast gəlinir.Lakin olduğu bir gerçəkdir.Xəyanətdə müəyyən səbəblərdən yaranır.

İkinci bir səbəb isə ailədə kişinin sərxoşluğa qurşanmasıdır.Kişilər içkiyə qurşandıqda nəticədə ailədə müəyyən münaqişələr yaradırlar, evə gec gəlirlər, bəzi hallarda şiddətədə yönəlirlər və nəticədə qadın övladlarına görə müəyyən müddət səbr etsədə sonu boşanma ilə nəticələnir.

Səbəblərdən biri isə ər və arvad arasında qısqanclığın olmasıdır.Həyatda elə şəxslər vardır ki, onlar təbiətən qısqancdırlar.Bəzən bu hiss belələrində heç bir əsas olmadan baş qaldırır və bunun üçün müəyyən bəhanə də lazım olmur.Səbəb onun daxili aləmində, təbiətindədir.Qısqanclıq müəyyən formalarda özünü biruzə verir:

1)Kişi və ya qadın azca qısqanır, sonra yanıldığını başa düşüb peşmançılıq hissi keçirir, zəifliyinə təəssüflənir

2)kişi və qadın son dərəcə özündən çıxır, danışığına, hərəkətlərinə bələd olmur

Kişilər əsasən qadınları gözəlliyinə və ya geyiminə görə qısqanır.Öz qadınlarının ətrafında başqa kişilərin olmasını istəmir.Bəs niyə özləri başqa qadınlarla səmimi olarkən bu düşüncəylə düşünmürlər?bunun cavabı çox və müxtəlifdir.

Qadın qısqanclığı bu da özünü müxtəlif cür göstərir.Qadınlarda müxtəlif paranoyalar yaranır.Onlar öz həyat yoldaşlarının cibini axtarır, telefonuna gələn zəngərdən şübhələnir, hər sözdə bir yalan axtarırlar.Qadın və ya kişi qısqanclığı münaqişələrə gətirib çıxarır həddən artıq qısqanc oğlanlar bəzən şiddətədə yönəlirlər öz həyat yoldaşlarına əl qaldırırlar.Ailədə qısqanclığın olması güvənsizliyə gətirib çıxarır və nəticədə boşanma halları baş verir.

Ər və arvad xoşbəxt ailə həyatı sürmək üçün nə etməlidir?

Bir-bizinizi çürütməyin, eyni məsləhəti, tələbi çox təkrar etməyin.Ağıllı şəxs bir dəfə deyilən sözü, məsləhəti başa düşər.Ağılsız isə 100 cinsi də deyilsə yenə başa düşməyəcək.

Bir-birinizi qısa müddətdə özünüzə oxşatmağa çalışmayın.Ömrü boyu adamın canına yox qanına keçmiş adətləri qısa müddətdə unutmaq, onlardan azad olmaq çətindir.Bunun üçün vaxt tələb olunur.Həyat boyu yaranmış bütün adətlərdən əl çəkmək şəxsiyyətin itirilməsinə səbəb olar.

Xüsusilə uşaqların və başqalarının yanında bir-birinizi tənqid etməyin.Bu məsləhət daha çox qadınlara aiddir.Ər və arvad uşaqlarının yanında bir-birlərini tənqid, təhqir etdikdə, bu onların hər ikisini uşaqlarının gözündə alçaldır.

Ər və arvad bir-birini qiymətləndirməyi öyrənməlidir.Bir-birinə qarşı çox diqqətli, nəzakətli olmalıdır.

Ər və arvad arasında münasibət, təmas, əlaqə çox sıx və fasiləsiz olmalıdır.

Heç bir iş, vəzifə, əyləncə ər-arvadın intim həyatına, münasibətlərinə mane olmamalıdır.

Ər və arvad yalnız yaxşını yadda saxlamamalıdır.Yaxşını yadda saxlamaq pisi unutmaq deməkdir.Əgər pisi unutsanız ondan nəticədə çıxarmarsınız və yenidən təkrarlana bilər.

Ər və arvad bir birini qorumalıdır.Əgər xoşbəxt bir ailəyə sahib olmaq istəyirsinizsə bu sizin öz əllərinizdədir.Atalar yaxşı deyib: “Birinci dövlət sağlamlıqdır, ikincisi xoşbəxt ailə”.

Qarayeva Natəvan

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Pedaqogika və psixologiya fakültəsinin tələbəsi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər