” Zəmanəmizin vəbası-Autizm” – TƏHMİNƏ YAQUBOVA

Müasir dövrün artıq vəbasına çevrilmiş pozuntulardan biri də Autizmdir. Autizm üç yaşından əvvəl başlayan və ömür boyu sürən, ictimai qarşlılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beyinin inkişafına maneə törədən bir xəstəlikdir. Tez-tez televizorlardan, sosial şəbəkələrdə rast gəldiyimiz bu problem sanki danışıldıqca daha da artmaqdadır. Autik uşaqlarda bəzi hormonlar, minerallar,zülallar ya azdır və yaxud düzgün balanslanmamışdır. 85% uşaqda mədə-bağırsaq problemi müşahidə edilmişdir. Bəzən normal doğulmuş uşaq valideynlerinin məsuliyyətsizliyi ucbatından məhz bu problemin qurbanı olurlar. Ana-atanın texnologiyaya olan maraqları, narkotik və ya spirtli içkiyə qarşı olan meyli, uşaqların təlim-tərbiyəsi barədə geniş məlumat sahibi olmamaları uşaqlarda autizmə gətirib çıxarır. Bəli, autizm irsi faktorlar üzündən yarandığı kimi həmçinin sonradan da qazanıla bilər. Autizmə gətirib çıxaran digər amil isə ağır metallardan zəhərlənmədir.

Hər bir uşaq fərqli olduğu kimi autizmin inkişaf yolu da fərqlidir. Autizmin inkişaf yolu fərqli olsada ortaq xüsusiyyətləri də var. Bunlara aşağıdakılar aid edilir:

  • öz yaşıdları və ya özündən böyüklərlə əlaqə qura bilməmək
  • danışmaqda çətinlik çəkmək və yaxud nitqin olmaması
  • kənar səslərə qarşı həddən artıq dərərcədə həssaslıq və ya həssassızlıq.
  • oyuncaqlara fərqli cür yanaşmaq və oynamaq
  • səbəbsiz yerə ağlamaq və gülmək
  • yeniliklərə öyrəşməkdə çətinlik çəkirlər (yeni paltar,oyuncaq)
  • streotip hərəkətlər ( əllərini tez-tez çırpmaq,yerində fırlanmaq,hoppanmaq)
  • göz kontaktının olmaması
  • adı ilə səsləndikdə cavab reaksiyası verməməsi
  • istədiyi əşyaları barmaqları ilə göstərməmək
  • təhlükənin fərqində olmamaq
  • iylərə qarşı həssaslıq
  • həddən artıq dərəcədə hərəkətli olmaq və ya hərəkətsizlik
  • toxunulmağa qarşı olmaq və ya tam əksinə toxunulmağı sevmək
  • kiçik cisimlərə qarşı həddən artıq dərəcədə bağlılıq
  • Autizmin yaranma səbəbləri də inkişafı kimi fərqlidir. Yaranma səbəblərinə aşağıdakılar aid edilir:
  • ananın hamiləlik dövründə aşırı dərəcədə dodaq boyasından istifadəsi
  • beynin bəzi hissələrinə lazımı qan axımının olmaması
  • uşağın yüksək qızdırma keçirməsi
  • toksik maddələrə məruz qalması
  • infeksiyalar
  • beynin zədələnməsi
  • peyvəndlər
  • doğuşöncəsi və sonrası oksigensiz qalmaq
  • ananın zərərli maddələrlə qidalanmasi
  • pedaqoji baxımsızlıq

Autizmin yayılması dövrlərə görə dəyişmişdir:

1980-ci ildə : Hər 10.000 adamdan 1-i

1995-ci ildə : Hər 500 nəfərdən 1-i

2001-ci ildə : Hər 250 nəfərdən 1-i

2004-cü ildə : Hər 166nəfərdən 1-i

2007-ci ildə : Hər 150 nəfərdən 1-i

2009-cu ildə : Hər 110 nəfərdən 1-i

2012-ci ildə : Hər 88 nəfərdən 1-i

2013-cü ildə : Hər 50 nəfərdən 1-i

Ana bətnində autizmin yaranmasında ananın istifadə etdiyi bəzi əşya və qidalar səbəb ola bilər ki, bura aşağıdakılar aiddir:

  1. ananın hamiləliyi önləyən həblərdən istifadə etməsi
  2. ağır metallarla zəhərlənmiş dəniz məhsulu ilə qidalanmaq
  3. ətraf aləmin kirlənməsi
  4. dərman preparatları
  5. narkotik,siqaret və alkoqoldan istifadə

Uşaqlarda isə autizmin yaranması aşağıdakı səbəblərdən baş verir:

  1. iynə və dərman
  2. ətraf aləmin kirlənməsi
  3. immun xəstəliklər
  4. antibiotiklər

Аutizm termini müxtəlif dərəcədə nəzərə çarpan, geniş spektırlı vəziyyətləri özündə birləşdirsədə, bütün vəziyyətlərdə aşağıdakı əlamətlər ilə xarakterizə olunur :

1.Sosial münasibətlərdə pozğunluq

2.Nitq və ünsiyyətdə pozğunluq

3.Тəsəvvür etmədə pozğunluq

Sosial bacarıqlar

Münasibətlərin formalaşmasında və saxlanmasında çətinlik

Ətrafdakılara yad və laqeyd münasibət

İnsanlara cansız əşyalara olduğu kimi münasibət

Sosial davranışların “incəliyini” başa düşməmək (anlamamaq)

Başqa insanların dа istəyinin, məqsədinin və nəzər nöqtəsinin olduğunu başa düşməmək

Nitq və ünsiyyət

Sözlərin mənasını anlamaqda çətinlik

Ancaq öz ehtiyaclarının ödənilməsi ilə мəhdudlaşan ünsiyyət

Başqa insanların jestlərini, səs intonasiyalarını, bədən dilini və mimikasını təqlid etməkdə çətinlik

Nitqdən qeyri adi istifadə (özü haqqında üçüncü şəxsdə danışmaq)

Nitqi hərfi мənаdа anlamaq

Təsəvvür

Bir fikirdən digərinə keçməkdə çətinlik

Rutinaya ciddi əməl etmə (dəyişikliklərə müqavimət)

Rollu təsəvvüredici oyunlarda iştirak еtməkdə çətinlik

Digər insanların fikirlərini anlamaqda çətinlik

Ad və Soyad: Təhminə Yaqubova

Yaş: 21

Universitet: Bakı Qızlar Universiteti

İxtisas : Psixologiya

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər