“Qadın çox zaman özünə aid olmaz çünki o,fədakardır!” – GÜNƏŞ MƏMMƏDOVA

Qadın olmaq nədir,qadın kimdir bu haqda əslində çox geniş yazmaq olar. Qadına baxış mövqeyi çox müxtəlifdir. Qadının bu həyatda heç bitməyən vəzifələri var.Bu vəzifələr də hamımıza məlumdur. Bu haqda yazmadan bir onu demək bəs edər ki qadın Anadır. Cənnət də anaların ayaqları altındadır deyib peyğəmbərimiz. Bunu dərk edə bilən hər bir insan qadının necə ali, uca,müqəddəs olduğunun fərqinə varmalıdı.

Qadın çox zaman özünə aid olmaz çünki o, fədakardır. Qadın ailədir, ailənin təməlidir, qadın başdan ayağa sevgidir. Qadın uşaqlığınnan qocalığına kimi daima dəyişkəndir. Qadın ana olur, həyat yoldaşı olur, nənə olur və həyatında olan bu insanların həmişə yanında olur, onların xoşbəxtliyi üçün daima çalışır, dəyişir.

Təbii ki,bütün qadınların yaşam tərzi, yaşam problemləri eyni deyil .Sadəcə mən öz gözümdə qadının ən uca varlıq olduğunu anamın gözlərindən baxıb yaziram. Bir qadının nə qədər güclü ola biləcəyini bəlkə də heç bir kişi təsəvvür belə edə bilməz. Qadının bu qədər fədakarlığının qarşısında insanlardan gözlədiyi sadəcə sevgi və sədaqətdir.

“Bir zamanlar kişinin üstün olduğuna inanırdım sonra evləndim və həyat yoldaşım bu inancımı məhv etdi” Cak Lemmon

Və sözlər bəs etməz qadını tam şəkildə anlatmağa ona görə də şairlərimiz öz şeirlərində əks ediblər qadın varlığını.

Tofiq Bayramın “Qadın ürəyi”şeirindən bir parça:

Necə rəhmlidir, necə amansız, necə mehribandır qadın ürəyi

Sən onu sındırsan bil ki a qansız, ağlayan kamandır qadın ürəyi.

Güldürsən ömürlük səadətindir, söndürsən yanmağı bir də çətindir

O əsl qayğının məhəbbətindir, sevgisiz zindandır qadın ürəyi.

Daşı da əridər,daş da olar o,əriyib gözlərdə yaş da olar o

Bahar da olar o, qış da olar o, damladır,ümmandır qadın ürəyi.

Onunla dünyadır sənə qəfəs də,onsuz heç yaşama bu torpaq üstə

Sevən bir ürəyə axır nəfəsdə, ən gözəl dərmandır qadın ürəyi.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər