“Qadının gücü sevgidəndir” – HƏŞİMOVA ÜLVİYYƏ

Qadın… Bu söz o qədər dərin məna daşıyır ki… Hərflər də elə bil qadını izah edir.Qadın-qayğıkeş,azad,dözümlü,nəcibdir. Qadın uşaqdır. Dünyanın ən əyləncəli uşağı. Heç bir şeyə fikir vermədən sevinclə qışqıran,qəh-qəhə ilə gülən,sevdiklərinin üzünü güldürən balaca uşaq… Qadın həssasdır. O ağlamaq istəyirəm deməz, ağlayar. Bəzən o qədər yorular ki,öz-özünə düşünər: «Öyrəşmisən daha. Olanlar səni o qədər də incitmir. Hadisələrə qarşı immun sistemin işlək vəziyyətdədir. Bəklə də daha kefsizlik sənə adi bir şey kimi görünür. Gözlərini bağla və yat. Səhər yenə eyni açılacaq. Gülüşlərini artır sənə lazım olacaq. Gözlərini gizlət və davam et».

Gözlərini bağlayar və yatar. Günlərlə bəzən həftələrlə belə davam edər. Sonra bir daha həyatını gözdən keçirər. Əhvalını pozacaq hadisələri düşünməməyə qərar verər və qadın ayağa qalxar. Büründüyü qar topalarını üzərindən atar və gülümsəyər. Həyatında bu qədər gözəlliklər varkən, buz yorğanına bürünmək niyə?! Ayağa qalxar,dizlərindəki palçığı təmizləyir. Paltarını dəyişib, saçlarını səliqəyə salır. Ən sonunda güc simvolu olan qırmızı dosaq boyasını çəkər. Budur, qadın dözümlüdür. Hər çovğundan sonra yenidən çiçəklənəcək qədər güclüdür. Lakin bu güc ona yalnız sevdiklərindən gəlir. Deyirlər ki, «Qadının uğurlarının arxasında yalnız özü vardır». Bu fikir məncə yalnışdır. Qadının uğurlarının arxasında sevdikləri var.Ən əsası sevdiyi şəxs,həyat yoldaşı var. Qadının gücü sevgidəndir. Nə qədər ki, qadının ürəyində sevgi kəpənəkləri pərvaz edəcək, o öz əhatəsini xoşbəxt edəcək.

Həşimova Ülviyyə

Azərbaycan Universiteti.
İxtisas: Riyaziyyat və İnformatika müəllim

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər