“Qadın olmaq” kişi işi deyil – AYGÜN ASİMQIZI

Bəzən kişilərdən “Bəxtim olsaydı, qadın doğulardım” fikrini eşidirəm. Hər dəfə də düşünürəm ki, “qadın olmaq” bu qədərmi asandır? Mənə elə gəlir ki, qadınlar haqqında düşüncəsinə görə kişilər iki qrupa bölünür. Bir qrupa görə, qadın olmaq evdə oturub, ailəsinə, uşaqlarına baxmaqdır. Onlar qadını ictimai həyatda deyil, yalnız evdə görürlər. Bu cür düşünənlər üçün qadın olmaq çox asan gəlir.

Ancaq qadının başqa bir sosial məsuliyyətinin olduğunu dərk edənlər də az deyil. Hər keçən gün sosial həyata atılan qadınlarımızın sayı günü-gündən artır. Amma Can Yücel demişkən, qadın olmaq nağıllarda belə çətindir. Ya 7 dənə balaca adamla yaşayarsan, ya qurbağanı öpərsən, ya ən sevdiyin meyvədən zəhərlənərsən, ya qəsrlərə həbs edilərsən və s. Ən pisi isə bəzən səni yalnız ayaq ölçündən tanıyan bir adama aşiq olarsan.

Elə bizim ictimai həyatda da “qadın olmaq” elə də asan deyil. Çünki hələ də ali təhsilli olub, ən yüksək vəzifədə olduğu halda “qadın işləməz” deyənləri görürük. Hələ də qızını orta məktəbə belə getməyə qoymayanlar var. Hələ də orta məktəb yaşında qızını özünə görə müxtəlif “doğruları” əsas gətirərək ər evinə gəlin göndərənlər var. Hələ də boşanan qadına əxlaqsız kimi baxanlar var. Hələ də işləyən qadınlara qarşı normal münasibət bəsləməyənlər var. Hələ də peşəsinə görə qadınlarla bağlı “əxlaqi qiymətləndirmə” aparanlar var. Hələ də ictimai nəqliyyatda qadına normal münasibət göstərmək mədəniyyəti olmayanlara rast gəlirik. Hələ də deyiləsi problemlər var.

Amma bütün bu cür münasibətlərin içərisində əldə etdiyimiz uğurlarımız da çoxdur. Bu gün ön cəbhədə də qadınlarımız var, tikintidə də, mətbuatda da, xarici şirkətlərdə də, Milli Məclisdə də. Burada siyahını istənilən qədər uzatmaq olar. Demək ki, qadın olmaq həm də güclü olmaq, mübarizə aparmaqdır və biz bunu bacarırıq. Qadın olmaq, balaca qızcığaz olaraq dünyanı tanımağa başlayıb, zamanla güclü bir xanıma çevrilməkdir. Çünki tarix boyu qadınların əldə etdikləri hər bir uğurun arxasında böyük mübarizə dayanır. Hətta kişilərin də qələbəsinin arxasında ağıllı və güclü bir qadın durur.

Əvvəllər kişilər üçün hesab olunan bütün işləri bacarıb, mübarizə aparırıqsa, əziyyətimizlə lazım olan pulu da qazanıb, ayaq üstə dura biliriksə, lazım gəlsə həm ana, həm də ata olmağı bacarırıqsa, deməli, biz bunu heç də asanlıqla əldə etmirik. Yəqin, hər kəs görüb ki, kişilər bir neçə saatlıq və ya bir neçə günlük qadınların işini görməyə məcbur olurlar. Hətta bütün günü qadına: “Nə edirsən ki? Evdə otursam yemək də bişirərəm, uşağa da baxaram, paltar da ütüləyərəm və s.” – deyən kişilər belə evdə bir gün tək qalanda sonradan çəkinmədən qadın işinin çətin olduğunu etiraf edirlər. Hələ bunun üzərində digər mənəvi məsuliyyətləri gəldikdə… İnandırım sizi ki, mənəvi olaraq qadının məsuliyyəti ev işlərinin milyon qatından da əziyyətlidir. Yəni qadın olmaq sizə elə də asan gəlməsin, əziz bəylər! “Qadın olmaq” kişi işi deyil. “Qadın olmaq” yox, sevdiyiniz qadının olmaq həm sizi xoşbəxt edər, həm də bizi…

Aygün Asimqızı

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər