Qadın olmaq gözəl olmaq deyil , o gözəlliyə ağıl qata bilməkdir – AYDAN OSMANLI

Səhər açıldı… Artıq yuxudan oyanmışam. Mənim 15 yaşım var.Amma acılarım yaşımdan böyükdü. Havalar isinməyə başlayır. Artıq yaz gəlir. Nə qədər fəsillər, aylar, illər dəyişsədə mənə olanları unutdurmayacaq.Mənim həyatda anamdan başqa heç kimsəm yoxdu. Məni anamdan başqa heç kimsə sevməyib.Mən sevib sevilməyi anamın sayəsində hiss etmişəm. Atamla anam bir birilərini seviblər. Atam uşaq sahibi olmaq isdəmədiyi üçün məni tərk edibvə təhsilini davam etdirib.Anam isə təhsilini yarımçıq qoyub məni doğub,işləyib,məni böyüdüb.Həyatın hər pilləsi qanının sevgisi kişinin sevgisindən daha artıq olduğunu göstərir.Niyə həmişə qadınlar əziyyət çəkirlər deyə həmişə özümə sual vermişəm.Anam atama görə öz ailəsini tərk etmişdir.Babam anamdan imtina etdi. Qadının həyatında rahatlıqla güvənə biləcəyi ən böyük insan atasıdır.Üzünü çevirib hər baxdığında atasının yanında olduğunu görməkdir.Anamın o vaxt hələ 20 yaşı varmış.Qadın zəif yox zərif məxluqdur.Anam çarəsizlik içində mənim doğulmağımı gözləyirmiş. Hərkəs tərəfindən tərk edilən qadın nə edəyəcəyini bilmirdi. Tək ümidi doğulacaq körpəsi idi.Axı o qadındı,öz körpəsini fikirləşməlidir.Anamın mənim ucbatımdan yarımçıq qalmış təhsili də vardı.Anam həmişə deyərdi;qadının en böyük uğuru ana olmaqdır. Qadın olmaq gözəl həmdə çox çətindirAnam bir dərzi yanında işləməyi başladı,yaxşı əl işləridə bacarırdı.Hamilə bir qadının tək başına yaşaması, həm də işləməsi çox çətindi.Amma o qadındı yıxılmadı,həyatın sərt üzünü gördükcə daha dözümlü oldu.Bunlar anamın həyatının ilk çətin günləri idi.Artıq doğulmağıma saylı günlər qalıb.Anam çox sevincli olsada qarşıda onu gözləyən çətinlikləri fikirləşdikcə kədərlənirdi.Cəmiyyətdə qadının gücünə inanmırlar,ona zəif məxluq kimi baxırlar.Qadın zəif deyil .Xaricdən zəif göründüyü qədər daxildən bir o qədər güclüdür.Mənim anam çox güclü qadındır.qadınları bu qədər güclü edən kişilərdi.Artıq doğulmuşam,problemlər çoxalıb. Anamın mənə baxacaq heç kimsəsi yox idi. İstənilməyən münasibətdən istənilməyən uşaq doğulmuşdu.Məni özü ilə işə aparmaq məcburiyyətindəydi.Yıxıla yıxıla böyüdüm.Həyatın çətinliyini kiçik yaşlarımdan hiss etdim.

Artıq böyümüşəm. Məktəbə gedirəm.Anam kiçik bir dükan açıb.Artıq həyatımız evvəlkindən daha gözəldi.Məktəbdə uşaqlar atalarından danışanda həmişə anamdan danışırdım ,danışmaqdan heç yorulmurdum.Onun çəkdiyi çətinlikləri heç vaxt unutmayacam.Atam səhvini başa düşmüşdü,amma gec idi.Anamla mən xoşbəxtəm. Heç kimə ehtiyyacımız yoxuydu,amma atamın bizə ehtiyyacı varıydı.Bildiyim qədəriylə atamın bizdən başqa heç kimsəsi yoxuydu.nece ki bizim bir vaxtlar heç kimimiz olmadığı kimi.məni həyatimda həyatın pisliklərin həmişə anam qorudu.Qadındı,amma qorxusuz ,cəsur qadındı.Həyat ona belə yaşamağı çox tez yaşlarda öyrətmişdi.İndi mənə atam lazım deyildi.Mənə lazım olan vaxdı o ata yanımda yoxuydu.Başımı hər çevidiyimdə anamı qarşımda deyil arxamda gördüm.

Anamdan…

Mənim bunları danışmaqda məqsədim bir qadının fədakarlığını göstərmək istədim.Qadının körpəsi üçün edə biləcəkləri ,cəmiyyətin qadına qarşı fikirləri,kişinin qadına qarşı etdyi səhvi anlaması bu həyatın yaşanmış gerçəkləridir.Qadın dediyin əzimlidir, yıxilmazdır.Qaranlıq bir tunelin sonunda işiq olmadığını bilə-bilə bu tunellə getməkdən qorxmaz .Həyatın bizə verdiyi qabiliyyətləri,bacarıqları istifadə edə bilməkdir qadınlıq.Həyat: bu yola çıxarkən yeni həyacanlarla yeni həvəslə,özünü kəşf etməyə başlamanın vermiş olduğu həzz ilə yaşadır bizi.Qadın olmaq çox çətin sənətdir dedim.Bəli çox çətin sənətdir əslində.İstədiyimiz bir çox xüsusiyyətləri daşımaq üçün və ya bir cox xüsusiyyətlərə sahib olmaq üçün illərcə çalışıb vuruşuruq,həmdə tək başına .
Qadın olmaq gözəl olmaq deyil , o gözəlliyə ağıl qata bilməkdir. Qadın olmaq özü üçün yaşamaq deyil,övladı üçün nəyəsə sahib olmaqdır.Qadın çox böyük məsuliyyəti özündə daşımağı bacarmalıdır.Bu məsuliyyətdən bezməyərək daha da artıq məluliyyəti götürə bilməlidir.Hər bir qadın qızının güclü deyil xoşbəxt qadın olmağını istər.

Mənim üçün qadın olmaq budur.
Artıq 10 il keçib.məndə artıq bir qadınam.Azərbaycanda tanınmış rəssamam Həyatımın əksikliklərini çəkə- çəkə böyük rəssam oldum.Həmişə həyatım anamın həyatı kimi olacağından qorxurdum.Həyatımda ən böyük naliyyətim ana oldum.

Anam və mən qadın olmağımızla qürur duyuruq.Güclü yox,xoşbəxt qadınam.

AYDAN OSMANLI

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər