Qadın olmaq nədir?- deyə soruşmusunuz. Qoyun mən cavab verim.
Qadın olmaq bu dunyanın ən çətin peşəsidir.Allah möcüzəni birbaşa qadınların üstündə yaratmayibmi? Onlar olmasa nəsil əmələ gələ bilməz axı. Onlar olmasa dünya da olmaz axı. Sözsüz ki, Allah təbiətdə hər şeyi zəncir şəklində yaradıb. Yəni, bir şey olmasa həyat olmur. Ama məncə o zəncirin ən güclü halqası qadındır.
Bunlar qadının , qadın olmağın gözəl tərəfləridir. Ailə qurursan. Allah sənə içində bir həyat verir. Mən ana deyiləm, ama bunun necə gözəl bir şey olduğunu təsəvvür edə bilirəm. Ananin neçə balası olsa da, hər birinin qeydinə necə qala bilir? Hamısını düşünür, dərdinə yanır. Sadəcə möcüzə deyirəm mən buna.
Suala digər tərəfdən yanaşıram-Qadın olmaq nədir?. Qadın olmaq əxlaqsız kişilərin səni görəndə ağzının sulanmağıdır. Başqa cür təsəvvür eləməyi, sənə çatmaq üçün hər şeyi edə bilmələridir, hətta təcavüz də!!! Qadın olmaq- zəif cins adı altında çox güclü ola bilməkdir. Amma bəzi kişiciklər bu gücün altında əzilən zaman qadına zorbalıq edir, əl qaldırır, onu alçaldır.
Qadın təkbaşına yaşaya bilər, uşaqlarını da saxlaya bilər, amma kişilər bacarmır. Ona görə də həmişə bir qadına ehtiyac duyurlar. Boşanırlar , yenidən ailə qururlar. Amma o ikinci qadın həyat yoldaşıdırmı, yoxsa qulluqçu??? Bəs birinci???
Kişilər qadını qulluqçu kimi görürlər. Amma qadın öz sadəliyiylə yoldaşına həm ana, həm ömür yoldaşı, həm qulluqçu, həm də uşaqlarına dayə olur. Qayğı göstərir. Hansı qadın əsəbləşəndə evdən çıxıb gedir başqasına? Nə olursa, olsun ailəsinə qayıdır. Döyülsə də, hətta öldürülsə də. Cünki qadın sədaqətlidir.
Pis yola düşən qadınlar var. Görəsən onlar öz istəkləri ilə o yola düşüblər? Məncə yox. Çünki heç bir qadın istifadə olunmağı qəbul etməz. Elə bir hala düşübsə, düşürülübsə, günah tək onda deyil.
Son olaraq. Qadın həyatdır, güldür, xoşbəxtlikdir…
TANSU NOVRUZ