Onlar dünyanın zərif qəhrəmanlarıdır – ŞƏLALƏ MEHRƏLİYEVA

Qadın elə bir mövzudur ki,onu nə qədər incələsəndə,araşdırsanda yenədə yenidir.Yeniliyi yaradan da biz qadınlarıq.

Mən elə düşünürəm ki,ümumi xalqın mədəniyyəti,əxlaqı həmin kəndin,şəhərin,ölkənin qadınların tətbiq üsulundan asılıdır və onların çiyinlərinə düşür.Qadın dünyanın ən önəmli varlığı deyilsə,önəmlilik sözü mənasını itirər. Qadınlar bütün varlılığın, canlılığın özüdür .Həqiqətdə odur ki, qadınlar barmaqlar qədər oxşar ,barmaq izləri qədər fərqli özünə məxsusluğu ilə seçilib- orginaldırlar.

Doğrudur , kişinin yaradılışında sevgi yoxdur, onua bunun öyrədən , sevgini yaşadan məhz qadınlardır. Bu fikirdən onu başa düşmək olar ki, elə sevgidir qadın.

Bəs sevgi özü nədir?

Sevgi – bütün bəşəriyyətin pisliklərinin aradan qaldıran ən önəmli , ən güclü məfhumdur.Dünyanı yaşayış üçün önəmli hala salan qadınlardır.Qadınlar haqqında əsrlərdir yazılan ,deyilən aforizmlər varki, bəziləri mənfi bəziləri müsbət fikir yaradır. Qadın zərif ,zəif analar isə güclü və dözümlüdürlər fikri isə tam şəkildə paradoks doğulduğu düşünülsə də bu mənim fikrimcə düz mütənasibdir.Bəli bir həqiqətdə varki, qadınlar zərifdirlər,incədirlər amma onların bu incəliyi həmişə başlarına tac olub. Qadın ana olduğunda da yenə zərifdir,incədir ama zəif olmur.Ana olduğu vaxtdan etibarən qadın övladının bir qorucu mələyinə,qalxanına çevrilir.Bir qızın qazana biləcəyi ən önəmli ali dəyər analıq hissi ,evinin xanımı,həyat yoldaşının xanımı olmaqdır.Heç bir bəzək əşyaları,digər vasitələr qadını analıq hissi qədər gözəlləşdirə bilməz.

Bir kişinində həyatı boyunca əldə edə biləcəyi ən gözəl dəyərli hədiyyəsi qadının ona sozsuz,əvəzsiz sevgisidir. Mütləq evlənin qadınınız yaxşı olarsa xoşbəxt,pis olarsa filosof olarsınız.

Bütün filosofların sözlərini kənara qoyub yalnız öz düşüncələrimi demək istədim indi qadınlar nə istəyir,bu qədər sevgini bütün bəşəriyyətə yayan , fədafarlıq edən o incə məxluq qadın nə istəyir ?

Qadın öz həyat yoldaşı ilə bütünləşməsinin istəyir.Qadın təklik yox birlik istəyir.Qadın başa düşülmək,güclü birinin hər zaman yanında olmasını istəyir.Qanadları olmayan mələk ona qanad verən bir eşq istəyir.Qadın onun göz yaşlarına toxunulmasını istəyir.Qadınlar sülh ,rahat yaşamaq körpə uşaqların anasız qalmamasını istəyir. Qadınlar qaçıb sonunda nəfəs-nəfəsə qalaraq qovuşmaq istəyir.Qadınlar yaşadığı hər dəqiqə gülməyə-sevinməyə səbəb istəyir

Qadınlar səbəbsiz ,sonsuz ulduzlara çatan sevgini istəyir.Onlar dünyanın zərif qəhrəmanlarıdır!!!

Ömürə zinət verən sədaqət quran

Kişinin ürəyini nurla dolduran

İsməti bir nəsli göyə qaldıran

Eşqə hökmrandır qadın ürəyi.

üldürsən ömürlük səadətindir

Söndürsən yandırmaq birdə cətindir

O əsl qayğının məhəbbətidir

Sevgisiz zindandır qadın ürəyi

Onunla dünyadır sənə qəfəs də!

Onsuz hec yaşama bu torpaq üstə

Sevən bir ürəyə axır nəfəs də

Ən gözəl dərmandır qadın ürəyi

Mehraliyeva Şəlalə

Bakı Qızlar Universiteti sosial psixologiya fakültəsi

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər