N – Yuxu Yozumları

NEŞTƏR, İYNƏ: Əgər yuxuda sizi hər hansı bir həşərat yeyirsə, bu bədbəxtlik və pisliyə işarədir. Əgər gənc qadını yuxuda həşərat yeyirsə, onda onu dərin hüzn və kədər gözləyir, belə ki, o kişilərə çox etibar edir.

NİMDAR: Əmin-amanlığa, rahatlığa işarədir.

NAĞIL ETMƏ: Yuxuda nağıl dinləmək və ya nağıl söyləmək – ola bilsin ki, real həyatda siz yox, başqaları sizin həyatınızı idarə edir və sizin yerinizə seçim edir.Görünür ki,nağıl söyləyən sizə tanış deyil, lakin sizin həyatınızı idarə edən insanı təcəssüm etdirir. Yuxuda nağıl söyləyən, eyni zamanda müşahidəçi rolunda çıxış etmək real həyatda qərarların doğruluğuna inamsızlığınıza işarədir.

NAHAR: Yuxuda tək nahar edirsinizsə, bu o deməkdir ki, tezliklə həyat sizi vacib problemlər haqqında dərin düşünməyə vadar edəcək. Gənc qadın yuxuda sevgilisi ilə nahar edirsə, onunla mübahisədədir və ya tamamilə ayrılacaq. Əgər onların birgə yeməyi xoş şəraitdə keçirsə, belə yuxu münasibətlərin uğurlu inkişafına işarədir. Yuxuda nahara dəvət olunmaq həyatda insanların qonaqpərvərliyindən məmnun olacağınıza işarədir.

Nahar həmişə özündə maraqlı komponentlər əks etdirir. Bu, həssaslıq, şəxsi münasibətlər və ya sadəcə həyati zərurətlərdir. Naharın zəruri atributları dostluq atmosferi və yemək hazırlama metodudur. Ailənin stol ətrafında birgə nahar etməsi ailənin birlikdə vaxt keçirməsi üçün həmişə əhəmiyyətli olub. Məhz nahar süfrəsində bütün ailə bir yerə toplaşır ki, ümumi ünsiyyət qurulsun. Hətta sıx ünsiyyət qurmayan ailələr üçün nahar süfrəsi ailənin bütün üzvlərinin bir yerə yığılması üçün vacib yer olub.Yuxuda nahar süfrəsi ətrafında çoxdan dünyasını dəyişən və ya yalnız şəkildə gördüyünüz insanları görə bilərsiniz. Süfrə arxasında gördüyünüz adamlara diqqətlə nəzər yetirin, ola bilsin ki, kiminsə orada varlığı və ya yoxluğu sizə qeyri-adi və qəribə görünə bilər.Yeməklərə nəzər salın. Bəzi ailələrdə müəyyən yeməklər ailənin konkret bir üzvü və ya bütünlükdə ailə obrazı əlaqədar olur. Bu heç kimin xoşuna gəlməyən yemək, ekzotik yemək və s. ola bilər. Məğz ondan ibarətdir ki, müəyyən yeməklər ailə ənənələrinə mənsubluq rəmzinə çevrilir. Əlbəttə ki, yuxuda yeni bir yemək və ya qeyri-adi hazırlama metodunun nümayişi mümkündür. Əgər yuxuda ciyər görmüsünüzsə, ailədə kimin ciyər xəstəliyindən vəfat etdiyini xatırlayın. Yeməklə bağlı simvolik mənalar dərhal yaddaşlarda insanlarla əlaqəli müəyyən assosiasiya yaradır. Yuxunuza xoş dostluq şəraitində nahar giribmi? Bəlkə bu hansısa bayram münasibətilə təşkil olunan süfrədir? Stolun üstündə hansı yeməklər var? Nəfis, qeyri-adi yoxsa gündəlik yeməklər?

NAHAR ETMƏK: Təntənəli məclisə dəvət almaq; digərləri ilə nahar etmək – zənginliyə işarədir.

NAMƏLUM ŞƏXS: Yuxuda tanımadığınız adamlarla qəribə görüş – həyatda yaxşılığa doğru dəyişikliklərə işarədir – əgər bu adamlar xoşxasiyyət və gülərüzdürlərsə. Əgər yuxuda gördüyünüz adamın xarici görünüşü pisdirsə, onda sizi heç bir yaxşı şey gözləmir. Yuxuda özünü hansısa cəmiyyətdə, əhatədə yad hiss etmək sizi kədərləndirəcək qəribə hadisələrə işarədir. Yuxuda özünü tanımamaq sizə xoşbəxtlik gətirəcək hansısa qəribə hadisələrə işarədir.

NAR: (meyvələr) Yuxuda nar görmək yaxşı əlamətdir, öz qabiliyyət və istedadınızı mənəvi və fiziki sağlamlığınıza zərərli olan boş əyləncələrə deyil, səmərəli işlərə ayıracağınıza işarədir. Əgər sevgiliniz sizə nar verirsə, bu o deməkdir ki, xain və təhlükəli qadın cazibəsi sizi yoldan çıxara bilər. Lakin onların əsarətindən azad olmaq üçün daxili gücünüz yetəcək. Yuxuda nar yemək o deməkdir ki, siz kiminsə cazibəsinə uyacaqsınız.

NARAHATLIQ HİSS ETMƏK: Belə yuxu – yaxşı əlamətdir, təhlükəli vəziyyətdən sonra mənəvi cəhətdən rahatlama və uğur əlamətidir. Əgər yatan adam yuxuda çox vacib iş barədə narahatlıq keçirirsə, belə yuxu ona başqaları ilə münasibətdə xoşagəlməz proqnozlar verir.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər