M – Yuxu Yozumları

MEŞƏ, AĞAC: Meşə sözünü eşidəndə ağlımıza müxtəlif ifadələr gəlir: böyük, əzəmətli, müqəddəs, qorxulu, təhlükəli və fallik. Meşə məmnunluq, sərbəstlik və qorxu hisslərinə işarədir. Bu yuxuyozma üçün əsas anlardır. Əgər yuxuda baş verən hadisələrin hamısı meşədə cərəyan edibsə, buna adi – sakit və xeyirli (və ya əksinə) – qəmli hadisələr əlaməti kimi hesab etmək olar. Belə yuxular yuxunu görən adamın öz əhatəsini reallıqda necə qəbul etməsini göstərir.Yuxuda qabiliyyət, güc və müdriklik axtarışında meşəyə tək yollanmısınızsa, meşə bu cür vəziyyətdə təlim və axtarış xarakteri daşıyır.Meşəyə gizlənmək üçün gəlmisinizsə, ola bilsin ki, bu biznesin yorucu təsirindən və texnoloji inqilabdan getmək cəhdidir. Görünür sizin üçün sakitlik və mənəvi rahatlıq hiss etmək vacibdir. Cütlüklərin meşədə gəzintisini yuxuda görmək – buna Freydin psixoanaliz mövqeyindən baxmaq lazımdır.

MƏFTİLLİ ÇƏPƏR: Maneə, əngəllərə işarədir.

MODEL: Yuxuda model görmək ictimai işlərinizin cibinizi xeyli ziyana salacağına və peşmançılığa işarədir. Gənc qadın yuxuda modeldirsə və ya olmağa can atırsa, onu sevgi macərası və sevgilisinin eqoistliyi ucbatından peşmançılıqlar gözləyir.

MAĞARA: Əgər nə vaxtsa köhnə televiziya serialı “Kunq Fu” ya baxmalı olmusunuzsa, yəqin ki, ilk təəssürat epizodu yadınıza düşüb: Kuzneçik (Devid Kerre – dayn) mağaradadır; o tüstülənən kösövü tutur və öz dərisində pələng və əjdaha konturlarını yandırır. Bu üsulla daos monaxının mərasimləri başa çatır. Mağara dini ayin, mərasim məkanıdır. Mağaralar insanın ilk yaşadığı yer olub.Ona görə də yuxuda tez-tez mağaralarda yaşamağa həvəs göstəririk. İnisiasiya böyüyən zaman və yetkinlik yaşına keçid vaxtı “Mən”in təşəkkülünün ifadəsi üçün Yunq tərəfindən istifadə olunmuş termindir. Yunq belə hesab edirdi ki, insan bir neçə ayinlər keçməlidir, onlar isə məhz mağarada keçirilir. Əsrlər boyu mağaralar ətraf mühitin, dünyanın təhlükələrindən qaçış,xilas məkanı hesab olunub. Mağaralar insanların əsas yuxu obrazlarına çevrilməsə də, onların əvvəlki kimi öz məna və əhəmiyyəti var: ürəyimizə yaxən əşyalarla dolu balaca otaqlar, rahat yatq otaqları və kabinetlər, emalatxanalar; Bu cür bağlı məkanda siz maneələrlə üzləşə bilərsiniz, mütləq deyil ki, bu təhlükəli olsun. Lakin tamamilə realdır. Yuxuda mağaranı tərk etmisinizmi? Ola bilsin ki, siz dərhal dünya ilə vəhdət hiss edəcəksiniz. Sizin hiss etdiyiniz dinclik, əmin-amanlıq təbiətin sirləri ilə əlaqəlilik və kosmosa aidiyyatla bağlıdır.
MAĞAZA: Yuxuda öz mağazanızın yandığını görsəniz, bu, hansısa işə enerji və səylə başladığınıza və sizi xoş bir şeyin gözlədiyinə işarədir. Yuxuda univermaqdan mal almısınızsa, bu, dostlarınızın dəstəyi və öz səyləriniz hesabına işlərinizin tezliklə yüksək səviyyəyə qalxacağına işarədir. Yuxuda hansısa qadın üçün pambıq parçadan boz rəngdə əlcək almısınızsa, bu, qadın cinsinə qarşı münasibətinizin sizi çıxılmaz vəziyyətə salacağına işarədir. Əgər belə yuxunu qadın görübsə, bu, onun sevgilisinin onun haqqında çox da yüksək fikirdə olmadığına işarədir. Yuxuda özünü sərin və təmiz otaqda görmək rahat həyat tərzinə işarədir.

Əmtəə mağazası – zir-zibil, tör-töküntüyə işarədir.

Boş mağaza – xəbərlərə işarədir; boş mağaza – səyahət əlamətidir.

MAHNILAR EŞİTMƏK: Yuxuda məzəli mahnılar eşitmək işlərinizi inkişaf etdirmək imkanlarını əldə edəcəyinizə və xoşladığınız mühitdə şən əyləncələrdən zövq alacağınıza işarədir. Ən məzəli mahnı oxumaq böyük məmnunluqlardan sonra dəf edəcəyiniz çətinliklərə işarədir.

MAKA: Yuxuda maka görmək xoş məşğuliyyətlərə işarədir, lakin bütün bunlar sizin üçün qeyri-müəyyən və davamsız olacaq. Yuxuda makanı iyləmisinizsə, həqiqətdə siz yalanların qurbanına çevriləcəksiniz. Makanın hipnozverici təsiri maddi dünyanı arxada qoyaraq sizi sirli mühitə aparır, eyni zamanda “mən” adi yuxuda olduğu kimi bu müəmmalı reallıqları öyrənir.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər