Sənin böyüməyən qızın…

Sənin böyüməyən qızın…
Əllərimi heç buraxma. Həmişə yanımda ol. Hər kəsə güclü görünə bilərəm və ya görünməyə çalışa bilərəm. Bir tək sənin yanında acizəm. Sən əlimi tutmasan, sən arxamda durmasan, varlığınla dayaq olmasan bu qəliz həyatda yaşamaq biraz da qəliz olar. Nə qədər böyüsəm də mən sənin balaca qızınam. Sən isə mənim ilk sevgimsən! Qəhrəmanımsan, ata! Əllərindəki qabara baxanda, üzündəki qırışa baxanda fəxr edirəm qəhrəmanımla. Mənim qəhrəmanım əslində çox çətinliklər çəkdi. Amma heç hiss etdirmədi. Amma həmişə dik durdu. Başını əymədi. Gücsüz olduğu zamanda belə mənə güc olmağı bacardı. Bəlkə bunu sənə rahatlıqla etiraf edə bilmədim, dilimə gətirmədim, amma, sənə hər baxdığımda qürur duydum. Və bu gün özümə baxıram, qazandıqlarıma, bacardıqlarıma baxıram, arxasınca getdiyim arzularıma baxıram….Mən sənə nə qədər borcluyammış.!
Bir də sayəndə həmişə ruhum uşaq qaldı. Elə qayğın var ki, səni hər görəndə uşaq kimi nazlanmağa, kapriz etməyə başlıyram. Elə qoruman var ki, özümü gücsüz hiss etmirəm. Uşaq gülüşləri var çöhrəmdə. Hansı ki, nə vaxt çətinliyə düşsəm də məni ağlamağa qoymur. Məndə yaratdığın bu ruh üçün çox sağ ol!
Sən mənim yaza-yaza bitirə bilməyəcəyim mövzumsan əslində. Var ol, mənim qəhrəmanım!.
                                                                                                                                                                                        Sevinc Abuşova. 
                                                                                                                                                                                        Narınc Psixologiya Mərkəzi, Təhsil -tədqiqat şöbəsinin mütəxəssisi.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər