Abortdan sonrakı hamiləliyin ağırlaşmaları

Abort keçirtmiş qadının hamilə qalmaq və sağlam uşaq dünyaya gətirmək ehtimalı abort olunmamış qadınlarla müqayisədə daha azdır.

Abortdan sonra bir çox qadınların orqanizmində bu və ya digər pozulmalar inkişaf edir – hormonal pozulmalar, iltihablar və s. Məhz bu pozulmalar bəzən hətta sonsuzluğa səbəb olur. Belə sonsuzluq ikincili sonsuzluq adlanır. Bu sonsuzluq formasının əsas səbəbi məhz abortlardır.

Əgər qadın abortdan sonra hamilə qalıbsa, bu zaman hamiləlik zamanı müxtəlif ağırlaşmalar mümkündür.

Bunun səbəblərini izah edək.

  • Abort zamanı həkim qadının uşaqlıq boynunu xüsusi alətlərlə genişləndirir. Bu zaman uşaqlıq boynu travma alır, bəzən yırtılır. Bunun nəticəsində qadında uşaqlıq boynu çatışmazlığı inkişaf edə bilər. Bu nə deməkdir? Uşaqlıq boynu bütün hamiləlik zamanı bağlı olmalıdır və yalnız doğuşa yaxın açılmalıdır. Normada bu belə olmalıdır. Abortdan sonra növbəti hamiləlik zamanı travmaya məruz qalmış uşaqlıq boynu doğuş vaxtından tez açıla bilər ki, bu uşaqsalmaya gətirib çıxardacaq. Belə pozulması olan qadına hamiləliyin əvvəlində uşaqlıq boynuna tikiş qoyulur. Bu tikiş doğuşa yaxın sökülür.
  • Abort bir çox hallarda bitişmələrə səbəb olur. Bitişmələr həm uşaqlığın daxilində, həm də uşaqlıq borularında əmələ gələ bilər. Bitişmələr uşaqlıq borularının fəaliyyətini pozur ki, nəticədə qadında sonsuzluq inkişaf edə bilər. Bitişmələr həmçinin uşaqlıqdan kənar hamiləliyə səbəb ola bilər. Mayalanmış hüceyrə uşaqlıq borusunun daxilində “ilişir” və burada implantasiya edir (bitişir). Bu isə uşaqlıqdan kənar hamiləlikdir.
  • Abort həmçinin uşaqlığın iltihabına səbəb olur. Bu isə sonsuzluğa gətirib çıxarda bilər.
  • Abort zamanı həkim tək döl yumurtasını xaric etmir, həkim uşaqlığın selikli qişasını da qaşıyır. Nəticədə uşaqlığın daxili qatı zədələnir. Çoxsaylı abortlar nəticəsində uşaqlığın daxili qatı o dərəcədə zədələnir ki, embrion uşaqlığın daxili qatına implantasiya edə bilmir.

Bəzən isə embrion uyğun olmayan yerdə implantasiya edə bilər (məsələn, uşaqlıq boynuna çox yaxın yerdə). Nəticədə burada cift inkişaf edir. Bu isə hamiləlik zamanı qanaxmalara, hamiləliyin erkən pozulmasına səbəb ola bilər. Əksər hallarda ciftin uşaqlıq boynuna yaxın yerləşməsi Qeysəriyyə kəsiyi əməliyyatının tətbiqinə səbəb olur.

  • Nadir hallarda olsa da çoxsaylı abortlar hamiləlik zamanı uşaqlığın yırtılmasına səbəb olur. Bu zaman güclü qanaxma inkişaf edir. Qadının həyatını xilas etmək üçün həkimlər qadının uşaqlığını xaric etməyə məcbur olurlar.

Abortdan ən azı 6 ay sonra növbəti hamiləliyi planlaşdırmaq olar. Bu müddət ərzində qadının orqanizmi bərpa olunur, hormonal fon stabilləşir.

Hamiləliyi planlaşdıran qadın mütləq ginekoloqa müraciət etməli və lazım olan müayinə və analizlərdən keçməlidir.​

saglamolun.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər