Uşaqlara tualet vərdişini necə öyrədək?

Yeni doğulmuş uşaqlarda sidik kisəsini əhatə edən əzələlər qeyri-iradi olur. Yəni uşaqlar sidik ifrazını böyüklər kimi nəzarətdə saxlaya bilmir. Lakin bir yaş yarımdan sonra uşaqlar artıq tualet vərdişınə yiyələnməyə hazır olurlar. Daha dəqiq desək, qızlar 29 ayından, oğlanlar 30 aylığından etibarən bu vərdişə yiyələnə bilərlər. Bu yaşdan əvvəl uşağınıza tualet vərdişi öyrətməyə tələsməyin. Əvvəlcə istərdim onu qeyd edim ki, tualet vərdişinə başlamaq vaxtını necə müəyyən edə bilərsiniz:
• Fikir verin, uşağınız gündüz vaxdı sərbəst şəkildə ən azı 2 saat altını quru saxlaya bilirsə
• Uşağınız böyük tualetə gizli gedir və sonradan sizə xəbər verirsə
• Tualetini etdiyini hərəkətləri və mimikaları ilə sizə başa salmağa çalışırsa
• Günorta yuxusundan artıq altını islatmadan qalxırsa
• Dediyiniz bəsit və asan tapşırıqları yerinə yetirirsə
Əgər sizin də övladınız yuxarıda sadaladığım hərəkətləri edirsə, deməli, onu artıq sərbəst şəkildə tualet vərdişinə öyrədə bilərsiniz. Vacib məqamlar:

  1. Vaxtı uzatmayın (qonaq gedəcəm, qonaq gələcək, rayona gedəciyik və s. bu kimi bəhanələrdən uzaq olun).
  2. Uşağınıza münasib güvəc (“qarşok”) alın. Uşaqlar yeriməyi təzə öyrəndikləri üçün xoşlayırlar ki, ayaqları yerə dəysin. Güvəci evin hər yerində gəzdirməyin. Onu hamama, uşağın öz otağına, ən son olaraq koridora qoya bilərsiniz. Uşağınız tualetini edəndə onu alqışlayıb sevinməyin. Çünki uşaq normal bir şey etdiyini başa düşməlidir. Uşağınızı o vaxt mükafatlandıra bilərsiniz ki, məsələn, deyin bu gün tualetin gələndə mənə de gedək tualetimizi edək. Günün sonuna kimi siz dediyinizə əməl etsə, onda onu sevdiyi bir şeylə mükafatlandırın. Bu, şiriniyyat ola bilər. Əgər uşaq oturmaq istəmirsə, onu güclə otuzdurmayın.
  3. Uşağınıza oyuncaqlar vasitəsilə tualet vərdişini öyrədin. Məsələn, oyuncaqları düzün – kimisi tualetə getsin, güvəcə otursun və s.
  4. Uşağınız tualetini edib qurtardıqdan sonra bir yerdə gedib təmizliyinə komək etməsinə icazə verin. Məsələn, siz güvəci boşaldın, o isə unitazın sifonunu çəksin.
  5. Qətiyyən uşaqlarınıza tualetlərini etdiyi zaman qışqırmayın, acılamayın, əsəbləşməyin. Maksimum sakit və anlayışlı olun. Çünki bizim əsas məqsədimiz uşaqlara tualet vərdişinin normal bir proses olduğunu öyrətməkdir. Əgər bu mərhələdə uşaqlara travma versəniz, bu, onun gələcək həyatına mənfi təsir edəcək.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər