Ailə qurarkən insanları narahat edən əsas problemlərdən biri də yaş məsələsdir. Lakin insanlar bu məsələyə birmənalı yanaşmırlar. Bəziləri yaş fərqinin çox, digərləri isə az olmağının tərəfdarıdırlar.
Psixoloq, psixoterapevt Günel Vəliməmmədova bildirib ki, burada insanın tək fiziki yaşı yox, psixoloji yaşı da çox önəmlidir:
“Mənə elə gəlir ki, burada yaş fərqindən əlavə insanın tək fiziki yaşı yox, psixoloji yaşı çox önəmlidir. Elə olur ki, eyni yaşlı insanlar münaqişələrlə rastlaşırlar, çünki onların psixoloji yaş durumu bir-biri ilə uyğun gəlmir. Amma elə də olur ki, 10 yaş və ya 5 yaş fərq olanda uyğun gəlir. Bu insandan asılı olaraq dəyişir. Yəni elə cütlüklər var ki, qadın 10 yaş hətta daha böyükdür, amma onlar çox gözəl yola gedirlər.
Burada əsas psixoloji yaş amili olmalıdır. Yəni ki burada passport yaşının önəmi çox deyil. Cütlüklərin xasiyyət və yaş baxımından uyğun olub-olmaması qeyri-müəyyən bir şeydir, yəni ki, bu ancaq münasibətin gedişatından sonra aydın ola bilər. İki insan bir neçə müddətdən sonra bunu hiss edə bilər”.
kayzen.az