Hamiləlik psixologiyası nədən olur və hamilə bir qadına necə yanaşılmalıdır? Ana olan da, olmayan da bilir ki, hamiləlik müddətində analığa namizəd olmaq ruhən bir çox şeyləri dəyişdirir ki, buna hamiləlik psixologiyası deyilir.
Hamiləlik hər qadının hayatında bir dönüş nöqtəsidir. Hamilə olduğunu öyrənən hər qadın yeni bir dövrə girir. Bu dövrdə yaşanan fiziki dəyişikliklərlə yanaşı bir də psixoloji dəyişikliklər yaranır. Bütün duyğuları eyni anda yaşayan ana namizədi, özünə dəstək axtarır. Bu dövrdə bütün duyğuların bir arada yaşanması son dərəcə normaldır. Çünki, ana həm hamiləliyi, həm də özünü kəşf etməyə başlayır. Özünü fərqli və dəyişkən bir bədəndə gözləyərkən, hamiləliyin gətirdiyi fiziki problemlər yaşanan zaman, bir tərəfdən də uşaqla bağlı ağlında yaranan bir çox suallarla da mübarizə etməyə çalışır. Bu vəziyyətdə ananın etməli olduğu tək şey hamiləlik vəziyyətini qəbul etməsi, bütün yaşanan duyğuların hamiləlik dövrünə xas olduğunu düşünməsidir. Həm də ana, uşağın öz bətnində yaşadığını hiss etməli və bu vəziyyətin keyfini çıxartmalıdır. İnsanlar bilmədikləri müvzudan daha çox narahat olur və tələsik qərarlar qəbul edirlər. Bu səbəbdən hamiləlikdə əsas məsəslə kifəyət qədər məlumata sahib olmaqdır. Məlumatın düzgün alınması qədər, məlumatın verilməsi tərzi də düzgün olmalıdır.
Özünü itirməmək və daha az problem yaşamaq üçün ananın, mütləq özünü rahat hiss edə biləcəyi həkimlə məsləhətləşməsi ən yaxşı seçimlərdən biridir. Çünki, analığa namizəd olan xanım doqquz ay ərzində, fiziki dəyişikliyin gətirdiyi narahatlıqlarla yanaşı, həyəcan, qorxu, təlaş, qayğılar da keçirir. Həkimdən əlavə, daha çox məlumat ala biləcəyimiz kitablardan, internetdən və hamiləlik kurslarından da faydalana bilərsiniz. Belecə daha çox məlumatın verdiyi güc və biliklə daha az həyəcan yaşanacaq. Ana namizədi hamiləlikdə yaşadığı psixoloji problemlər xaricində, doğum müvzusunda da anlaşılmaz düşüncələrini bu şekildə aydınlığa çıxartmalıdır.
Fiziki olaraq yaşanılan hər cür rahatsızlıqlar və problemlər ananı hamiləlikdən soyutmamalı, doğulacaq uşağın rahatlığını və bu problemlərin qısa vaxtdan sonra bitəcəyini düşünməlidir. Uşağa yaxşı bir ana olub-olamamaq qayğısı, yaxşı gələcək vermək qorxusu, sağlam doğum keçirməklə yanaşı ananın ağlını daimməşğul edən suallardandır. Ona görə də bu düşüncələrin yuxuları qaçırdacaq qədər büyüdülməsi yersizdir. Çünki, doğumdan sonra uşağı qucağına alan ananın düşüncələri tamamən dəyişəcək, ona toxunmağın verdiyi həyəcanla bu narahatlıq silinəcəkdir.
Ana namizədinin yoldaşı və ailəsi ilə olan münasibəti də bu dövrdə çox büyük rol oynayır. Qısası, yeni ana qorxularını, qayğılarını, problemlərini xüsusən yoldaşı ilə paylaşmalıdır. Ana və ata, valideyin olmaq məsuliyyətini birlikdə üzərlərinə almalıdırlar. Yoldaşın bu dəstəyi ilə ana daha rahat olur və özünə güvən hissi yaranır. Ananın sağlam psixoloji vəziyyəti, uşağı da düzgün istiqamətə yönləndirir. Yoldaşın dəstəyinin yanında ailə və dost dəstəyi də önəmlidir. Bəzi problemləri yoldaş yerinə, bir ananın ya da hamiləlik mövzusunda təcrübəsi olan bir rəfiqənin köməyi ilə həll etmək daha asan ola bilər.
Sağlam uşaq yetişdirmək hamiləlik dövründən başlayan bir duyğudur. Ana namizədi öz duyğularını düzgün tanıdıqca, uşağına daha sağlam ana modeli yaradacaqdır. Əgər duyğularını tanımaqdan qaçar, və ya dəstək almazsa, gərginlik və stress dolu dövr yaşaması və bunun da uşağa təsiri qaçılmaz faktdır. Ana biraz daha sakitləşmək üçün, sadə bir idman ya da bir xobbi ilə məşğul ola bilər. Bunlara: üzgüçülük, gəzinti, rəsm çəkmək, muncuq düzmək, tikiş tikmək, yeni yemək hazırlamaq və.s işlərlər mə.ğul ola bilər.
Qısası, ana namizədləri özlərini daha yaxşı hiss etmələri üçün əl-ayaq baxımı, saç düzümlərində dəyişiklik, bir neçə geyim və aksesuar alış-verişi, fərqli rəngdə makyaj etməklə özlərini düzgün istiqamətdə yönləndirə bilərlər. Bu mövzuda diqqət edilməli olan məsələ, edilən qulluğun təmiz və sağlam olmasıdır. Bunların xaricində: düzgün yatmaq, düzgün qidalanmaq, arada ilıq duş almaq və massaj etmək kimi şeylər də hamiləlik dövrünü rahat keçirmək vacib məsələlərdəndir.