Sevgi riyaziyyatı

Xanım və ya Cənab Mükəmməli tapıb-tapmadığınızı necə öyrənə bilərsiniz? Bu çox qədim bir dilemmadır.
Bəlkə də ürəyinizdə düşünürsünüz ki, ev-ailə olmaqda tələsmisiniz və daha yaxşısını tapmaq olardı. Ya da qorxursunuz ki, əldə olanı buraxsanız, bunun kimi yaxşısını bir də heç vaxt tapmaya bilərsiniz.
Ailə, ev olmağın vaxtını necə təyin etmək olar? Riyaziyyat bizə ən yaxşı ömür-gün yoldaşını tapmaqda kömək edə bilərmi?
BBC-nin “More or Less” proqramına müsahibəsində riyaziyyatçı Matt Parker “optimal dayanma problemi” adlandırdığı məsələnin həllinə elmi yanaşma təklif edib.
“Partnyorları tanımaq üçün onlarla görüşüb söhbət edərkən, siz namizədləri saf-çürük edirsiniz, birisini siyahıdan silirsiniz, lakin sonradan həmin namizədə qayıdıb, “bura bax, mən fikrimi dəyişmişəm – indi bilmişəm ki, sən mənim tapa biləcəklərimdən ən yaxşısısan” demək həmişə çox çətindir” – deyir riyaziyyatçı.
Lakin digər tərəfdən keyfiyyətlisini tapmaq üçün xeyli namizədi yoxlamaq lazım gəlir.* Alim deyir ki, riyazi baxımdan ən yaxşı namizədi tapmaq üçün bir ömür boyunca, orta hesabla tutaq ki, 100 namizədi nəzərdən keçirmək lazımdır.
Sonra bu rəqəmin kvadrat kökünü hesablayırsınız. İndiki halda bu rəqəm 10-dur. Keyfiyyəti təhlil etmək üçün siz ilk on nəfəri nəzərdən keçirirsiniz. Onların hamısından imtina etsəniz də, informasiyanı araşdırma bankına ötürürsünüz.
“Bəlkə də onları bir cədvəldə qeyd edib saxlamaq yaxşıdır” – deyir cənab Parker.
“Bunu etdikdən sonra, ən yaxşısını tapanadək siz başqa namizədlərlə görüşləri davam etdirirsiniz. Sonra bu ən yaxşını ilk siyahınızla tutuşdurursunuz. Bu, sizə nəticədə orta hesabla ən yaxşı namizədi verir” – deyir araşdırmaçı.
Matt Parker: Tədqiqat göstərir ki, adamların əksəriyyəti həyat yoldaşı axtararkən çox erkən qərar qəbul edir.
Əlbəttə bu düstur kamil deyil. Birisinin keyfiyyətini müəyyən etmək üçün onunla nə qədər görüşmək lazımdır? İnsanları obyektiv şəkildə necə qiymətləndirmək olar və təminat varmı ki, bu “keyfiyyət” illər keçdikcə dəyişməyəcək? Bəlkə elə sizin öz keyfiyyətiniz də dəyişəcək?
Biz həm də ehtimal edirik ki, siz həyatınız boyu görüşəcəyiniz adamların sayını dəqiq bilirsiniz.* “Riyazi modelin yaxşı işləməsi sizin nə qədər ehtimalları hesablamaya daxil etmənizdən və bu ehtimalların nə dərəcədə dəqiq olmasından asılıdır” – deyir Parker.
“Tədqiqat göstərir ki, adamların əksəriyyəti ailə qurmaqda tələsir. Özü də burada söhbət təkcə həyat yoldaşı tapmaqdan getmir. Ev, işlənmiş maşın alanda da bu cür olur. Odur ki, bu model sizə neçə nümunəni nəzərdən keçirmək barədə müəyyən ipucu verə bilər”.
“Lakin digər tərəfdən internetdə görüşməyin mənfi cəhəti budur ki, burada araşdırmanın uzun zəncirini dayandırmaq olmur. Həmişə düşünürsən ki, yəqin hələ də hardasa daha yaxşı namizəd var”.
“Siz alqoritmə kor-koranə tabe olmamalısınız, lakin bu sizin nə etməli olduğunuzu təxminən göstərən ağlabatan təlimatdır”.

kayzen.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər