Mövzu geyim və moda olduqda hər qadının adı kimi bilməsi gərəkən və bir gün ehtiyac duyacağı ipuclarını Ailəm.az sizin üçün toplayıb.
- Kaşmir geyimlərinizi əlinizdə yuyun.
- Qırmızı şərab ləkələrini təmizləmək üçün ağ şərabdan istifadə edin.
- Yeni aldığınız cins şalvarları dərziyə aparmadan əvvəl ən az 2 dəfə yuyun. Cinslər yuyulduqda dartılır.
- Tiftikli və yun geyimlərinizin tük tökməməsi üçün balaca sellofanın içərisində soyuducunun buzlu hissəsinə qoyun və 3 saat saxlayın.
- Ucuz, ya geyinmiş geyimlər aldığınızda qoxudan xilas olmaq üçün 1 qab vodka və 2 qab suyu qarışdırıb fısqırdan şüşələrlə geyimlərin üzərinə səpin.
- Geyimlərinizdəki dezodorantın səbəb olduğu ağ ləkələri təmizləmək üçün asılqanlarda istifadə edilən qoruyucu köpüklə parçaya yavaşca sürtərək təmizləyə bilərsiniz.
- Ən sevdiyiniz çantanıza yağ damcıladığında uşaq pudrasını ləkənin üzərinə tökün və sabaha qədər gözləyin. Ləkə getməzsə, eyni şeyi yenə təkrarlayın.
- Aldığınız köynəklər üçün 95% pambıq, 5 % likra qarışımına üstünlük verin. Cinslər isə tərkibində ən az 2% likra olarsa, əyninizdə daha gözəl oturacaq.
- Şkafınızda geyimləri açıq rəngdən tünd rəngə doğru sıralayın.
- Kaşmirin keyifiyyətini öyrənmək üçün yanlara doğru dartın yenidən buraxdığınızda eyni şəkil alsa, demək keyfiyyətlidir.
- Cins şalvar alarkən geyinməyə vaxtınız yoxdursa, şalvarı boynunuza dolayın. Boynunuzun arxasında tam bağlanarsa, deməli, bədəninizə uyğundur.
- Hansı paltar alacağınıza qərarsızsınızsa, “indi alış-veriş etsəydim, bunu alardım, ya yox?” sualına cavab verin. Cavabınız yoxdursa, almayın.
- Çimərlik geyimlərinizi paltaryuyan maşında yumayın. Elastikliyini itirər.
- Sevdiyiniz geyimin içinə yerləşmək üçün xüsusi günə kimi ancaq süd məhsulları və taxıl məhsulları yeyin.
- Heç vaxt saxta bəzəklərlə bəzdilmiş çantadan istifadə etməyin. Saxta brilyantlar o dəqiqə seçilər.
- Xüsusi dəvətlərdə cəsarəti bir kənara atıb sizə yaraşan geyimləri geyinin.
- Geyimi ütülədikdən sonra o dəqiqə geyinməyin, 5 dəqiqə saxlayın sonra geyinin.
- Tüklənən paltoları təmizləmək üçün ponza daşından istifadə edin.
- Güldandakı güllərin uzun ömürlü qalmasını istəyirsinizsə, suya bir damcı vodka damladın.
- Corablarınızın süzülməsindən qorxursunuzsa, saç lakını sıxıb bir az gözlədikdən sonra geyinin.
ailem.az