İnsan orqanizmi üçün zərərli qidaların sayı dükanlarda sürətlə artır. Milli.Az Cluber-ə istinadən belə qidaların “qara siyahı”sını təqdim edir.
- Natrium qlütamat
- Şəkər əvəzləyiciləri. Bu maddəni qəbul edəndən sonra orqanizmdə güclü aclıq hissi yaranır, maddələr mübadiləsi pozulur. Heç vaxt şəkər əvəzləyicisi almayın.
- Transyağlar. Dükanlarda satılan və “72,5%” göstərilən “kərə yağları” əslində transyağlardır. Kərə yağı heç bir halda 82,5%-dən aşağı olmur.
- Plastik qablarda balıq. Belə balıq yalnız yağda saxlanmalıdır. Qabda balığı saxlamaq üçün urotropindən istifadə olunur.
- Az duzlu qırmızı kürü. Əsl qırmızı kürünü uzun müddət saxlamaq mümkün deyil. Tərkibində urotropin və limon turşusu olan belə “kürü” almayın.
- Krab çöpləri
- Araxis
- Kakao
- Qarğıdalı çöpləri və “şəkər pambığı”. Şəkər 140 dərəcədə yandığı üçün bu “qida”larda şəkər əvəzləyicilərindən istifadə olunur.
- Kimyəvi qarışıqlı sıyıq və şorbalar. Bu “qida”larda təbii heç nə yoxdur.
- Barbaris. Kimyəvi essensiyadan hazırlandığı üçün mədənin selikli qişasının “qatil”i sayıla bilər.
- Marmelad. Dükanlarda satılan marmeladın tərkibinin 98 faizi kimyəvi əlavələr, dadlandırıcılar və konservantlardır.
- Cemlər. Tərkibində normadan dəfələrlə artıq antiturşular var. Əsl mürəbbə və ya cem heç vaxt bu qədər saxlana bilməz.
- Fast-fud restoranlarındakı qızardılmış kartof. Bu kartofa həddən ziyadə kimyəvi maddələr vurulduğu üçün o, uzun müddət “qaralmır”.
- “Doktor” kolbasası. Belə kolbasa, paştet, sosis və sardelkalar soyad, suiti piyi, donuz əti, donuz dərisi və s.-dən ibarətdir.
- Vetçina. Dükanlardla satılan vetçinanın 95 faizi ona həcm verən geldən ibarətdir.
- Hisə verilmiş kolbasalar. Bu kolbasalar hisə verilmir, xüsusi “hisəvermə” maddəsindən istiadə olunur.
- 2 aydan artıq saxlama müddəti olan süd məhsulları.
- Plastik qablarda mayonez. Belə mayonezdəki sirkə plastik qabı içəridən əridir, zəhərli qarışıq yaradır.
- Çox “qala bilən” üzüm. Belə üzümdə xloroform və başqa antiturşular kimi zəhərli maddələr yetərincədir.
- Mövsümdən əvvəl və ya sonra satılan bibər. Tam gen-modifikasiyaya uğradılmış “qida”dır.
- Qışda çiyələk. İsrail kimi qışda çiyələk yetişən ölkədə yaşamırsınızsa, belə çiyələyi əsla almayın.
- Dondurma. İndi satılan dondurmaların 99 faizi sırf essenssiyadan hazırlanır və onun tərkibində təbii süd olmur.
- Qablaşdırılmış keks və ruletlər. Aylarla saxlanan bu kekslər çox zərərlidir.
- Şokolad konfetləri. Bu konfetlərin tərkibinin 90 faizi kimyəvi maddələr, boyalar və dadlandırıcılardır.
- Dükanlardakı toyuq əti. Bu toyuq ətinin tərkibində həddən artıq kimyəvi maddələr və hormonlar var. Dükanlardakı toyuq əti yemək kişilərə xüsusilə məsləhət deyil, çünki belə toyuq ətində 6 qadın hormonu, o cümlədən proqesteronlar var.
- Tez əriyən qəhvələr. Bu qəhvə hormonal fəsadlar yaradır.
- Ətirli çaylar. Bu çaylardakı “dad” sırf kimyəvi turşular və maddələr hesabına əldə olunur.
- Rafinə olunmuş bitki yağları. Bu yağlar molekulyar struktur baxımından plastik maddədən fərqlənmir. Belə yağlarda yalnız nə isə qızartmaq olar.
- Ketçup, souslar, əlavələr. Tərkibdə ifratt dərəcədə konservantlar, boyalar və kimyəvi maddələr var.
- Kartof çipsləri. Orqanizmdə ciddi fəsadlar yaradır.
- Qablaşdırılmış “sup”lar və “yemək”lər. Bu “qida”ların tərkibinin 85 faizi kimyəvi əlavələr və konservantlardır.
- Qazlaşdırılmış şirin içkilər. Belə içkilərdə şəkər və kimyəvi maddələr çox olduğundan, susuzluğu yatırmaq əvəzinə, daha da artırır.
- Paket və ya bankalardakı “meyvə şirələri”. Belə şirələr heç vaxt təbii olmur.
Bugun.azz