Orta məktəbdə oxuyanda mən psixoloq olacağımı düşünmürdüm. Psixologiya haqqında geniş bilgimdə yox idi. 70-ci illdərdə belə bir bilginin olması da mümkün deyildi. Çünki həmin dövrlərdə psixologiyaelmi sıxışdırılırdı. Psixologiya barədə heç nə düşünən də yox idi. Mən yeniyetməlik dövründə şərqşünas olmaq istəyirdim. Şərq mədəniyyəti mənə çox maraqlı gəlirdi. Mən Moskva Dövlət Universitetinin şərqşünaslıq fakültəsinə hazırlaşırdım. Amma ora sənəd vermək üçün Mərkəzi Komitədən zəmanət tələb olunduğunu bilirdim…
Bəxtiyar Əliyev 1961-ci i martın 20-də anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakültəsini bitirib (1983). Psixologiya elmləri doktoru, AMEA-nın müxbir üzvüdür. 15 monoqrafiya və kitabın, 150 elmi məqalənin müəllifidir. Rus və ingilis dillərini bilir.
1983-1997-ci illərdə Azərbaycan Dövlət Universitetində baş laborant, müəllim, baş müəllim, dekan müavini, dosent vəzifələrində çalışıb. 1997-ci ildən Bakı Dövlət Universitetinin psixologiya kafedrasının müdiridir. II çağırış, III çağırış, IV çağırış Milli Məclisin deputatı seçilib. Parlamentin elm və təhsil komitəsi sədrinin müavinidir. Evlidir, 2 övladı var.