Əgər Quranı bilsəydim, Nobel mükafatını 20 il əvvəl alar

Nəticə göstərilir : “Elmi araşdırma”
İNSANLAR GƏZƏRKƏN NİYƏ DAİRƏVİ FİQURLAR ÇƏKƏRLƏR
03-01-2015

Bir çox tragediya filmində rastlaşdığımız səhnə belədir: Qəhrəmanlar saatlarla qorxulu bir meşədə yolunu azmış vəziyyətdə gedir və anidən görürlər ki, yenidən başladıqları yerə gəliblər!

İnsanların dairəvi fiqurlar çəkərək yol getdikləri əslində reallıqdır. Həmçinin, bir çox maraqlı tədqiqat vasitəsilə də dəstəklənən bir faktdır.

Max Planck İnstitutundan Jan Soumanın və komandasının 2009-cu ildə apardıqları tədqiqata əsasən insanlar yol gedərkən dairəvi fiqurlar çəkir, Səhraya və ya Almaniyada meşəyə buraxılan və yerləri naviqator vasitəsilə təqib olunan iştirakçıların gecələr saatlarla dairəvi fiqurlar çəkərək hərkət etmələri dəqiqləşdirilmişdir. Lakin bu tədqiqatda, həmin davranışın səbəbləri axtarılsa da bütün səbəblər ortaya çıxmamışdır. Souman və komandası, bu mövzuda keçmişdən gələn nəzəriyyələrə əsaslanmayıblar. Məsələn: insanların bir ayağının digərinə görə daha güclü və ya uzun olduğu fikrinə bağlı nəzəriyyənin keçərli olmadğı nəticəsinə gəliblər. Çünki, bu nəzəriyyənin doğru olduğu qəbul olunsa, iştirakçıların həmişə eyni istiqamətə doğru yönəlmələri lazım gələr, lakin iştirakçıların dairəvi fiqurlarla hərəkət etməsi fərqli istiqamətlərə gedərək bu dairələri çəkdiklərini təsbit ediblər.

Lakin yeni aparılan bir araşdırmaya dah cəsur bir yanaşma gətirilib. Fransada aparılan bu tədqiqatda, elm adamları bu dəfə artıq bu davranışın sirli səbəbibinin mənbəyinə enməyə niyyət edib.

Tədqiqatçı Emma Bestavenin başçılıq etdiyi bu maraqlı komanda, Bordeaux qəsəbəsində 90 metrdən 150 metr məsafəsində olan qapalı, boş sahəni kirayə götürüb və tədqiqata qatılan şəxslərin gözlərini bağlayaraq bu boş salonda hərəkət etməsini təmin edib. Burada məqsəd, iştirakçıların hərəkət edərkən kənar səslər və ya yerdəki hər hansı çökək və alçaq sahələr kimi ünsürlərdən təsirlənmərinin qarşını almaq olub. Bu komandanın istifadə etdiyi digər neoloji üsullar da təbii ki mövcuddur. Məsələn: iştirakçılar hərəkət edərkən onların ayaqlarındakı əzələ fəaliyyətlərini ölçmək üçün EMG (elektromioqrafiya) istifadə ediblər, onların güc platformaları üzərinə çıxaraq, ayaq üstə dayanarkən balanslarını ayaqlarına necə payladıqlarını əvvəlcədən ölçmüş və tədqiqata qatılanların subyektiv “dik durma” qavrayışlarını prosesdən öncə qeyd ediblər.

Düz xətt üzərində gəzmələri istənilən 6 təcrübə nəticəsində, gözü bağlı 15 iştirakçı, əvvəlki təcrübələrdə də göründüyü kimi, davamlı iki istiqamətdən birinə yönəliblər, yəni düz hərəkət edə bilməyiblər. Hərəkətdə olanların yarısı sola, 39%-i isə sağ tərəfə doğru yönəlmə edərkən, qalan kiçik kütlə düz hərəkət etməyi bacarıb.

Bu 15 şəxsdən 6-ı təcrübələrin hamısında eyni istiqamətə yönəlib, digərləri isə hər dəfə müxtəlif tərəflərə istiqamətlənib. Yoxlama sayı artdıqca iştirakçıların daha düz hərəkət edə bildiklərinə dair bir tapıntıya rastlanılmayıb, lakin daha sürətli hərəkətin daha düz yerimə ilə bağlı olduğu müşahidə edilib.

Tədqiqatda, insanların bilmədən yönəldiklərin tərəfin əllərinin, gözlərinin və ya ayaqlarının daha çox və ya davamlı istifadəsi ilə əlaqəsinin olmadığı aşkara çıxarılmışdır. Qeyd olunan əzələ fəaliyyətlərinə bağlı məhsullardan da nəticə əldə olunmamışdır.

Bütün bunlara baxmayaraq, tədqiqatçılar nəticədə müəyyən tapıntılar əldə ediblər. Hərəkət etmədən öncə güc platforması üzərində dayanarkən hər bir iştirakçının ölçülən “təzyiq mərkəzi”nin (yəni, o şəxsin ayaq üstə olarkən duruşunu müəyyənləşdirən vasitənin) üzərində hərəkət etməyə çalışdığı düz xəttədən nə qədər yönəldiyi ilə müəyyən ölçüdə korellyasiya göstərdiyi müəyyən olunmuşdur. Bu “təzyiq mərkəzi” eyni zamanda iş başlanğıcında ölçülən iştirakçıların subyektiv “dik durma” qavrayışları ilə birbaşa əlaqəlidir.

Bu tapıntılar birlikdə dəyərləndirildikdə, tədqiqat komandası dairələr çəkərək hərəkət etmə fəaliyyətimizin müəyyən bir formada vestibulyar sistemdəki bəzi nizamsızlıqlarla əlaqəli olduğu nəticəsinə varıblar. Daxili qulaqda yerləşən bu sistem, ümumi olaraq insanın balansını qorumasında təsirli və bu sistemdəki kiçik pozuntular beynimizdəki “tam düz getmə” fikrini yönləndirir ola bilər ki, bu da həəkət edərkən dairə çəkməyimizə səbəb olur.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

pcc.az

Go Back

0 Şərh Posted in Elmi araşdırma
Paylaş
Qısqanclığın qulu deyil ağası olun
03-01-2015

5 yaşından etibarən dəyər vermə mühakimə etmə xüsiyyətlərimiz bərkiyir və itirmə qorxusuyla birlikdə qısqanclıq duyğusu da ortaya çıxır. Yəni bundan qaçış yoxdur. Qısqanmaq təbii bir romantik müddətdir, bunda səhv yoxdur. Ancaq qısqanclıq, digər bütün duyğuların qabağına keçib əlaqəni idarə altına almağa başladığında, ünsiyyət pozuqluqları, etibarsızlığa doğru irəliləyən sürətli bir müddət də başlamış olur. Hələ bir kompüterə bağlanıb qısqanclıq duyğusunu genlərimizdən silə bilmədiyimizə görə, bizə atalarımızdan miras qalan qısqanclığa, yoxmuş kimi rəftar etməmiz mənasız görünür. Edə biləcəyimiz yeganə şey isə; “qısqanclığı idarə altına almaq.” Yaxşı bunu necə edə bilərik?

Ruhun Sirləri və Atalarımızın Məlumatı adlı kitabın yazıçısı Bohdi Sanders açıqlayır:

Özünə inamınızı inkişaf etdirməyə çalışın
Adamın özünə inamı nə qədər aşağı olsa, öz dəyəri mövzusunda o qədər şübhəyə düşəcək. Bu da dostunuz, sevgiliniz ya da həyat yoldaşınız sizi başqası üçün tərk etməyəcək qədər dəyər verdiyinə dair narahatlıqlarınızın olmasına gətirib çıxarar. Bu səbəbdən özünə inamınızı inkişaf etdirmək, qısqanclığı idarə altına almanın ilk addımıdır. Özünüzə nə qədər dəyər versəniz, özünüzü o qədər xüsusi hiss edərsiniz. Beləcə ətrafınızdakı insanlarda sizin xüsusi olduğunuzu görərlər. Özünə inamı yüksək olan bir adam, əlaqəni iki tərəfində qarşılıqlı fayda verdiyi bir təməldə qiymətləndirər. Qiymətli olduğunuzu anlayın və əgər biri sizə bu dəyəri vermirsə o adam doğru insan deyil.

Duyğularınızın fərqində olun
Duyğularınızı fərqində olmanın heç bir pis yanı yoxdur. Əlbəttə duyğularınızın sizi ələ keçərməsinə icazə vermədiyiniz müddətcə… Qısqanmaq təbii bir duyğudur və nəyə dəyər verib -vermədiyinizi anlamanızı təmin edər. Problem duyğunun özündə deyil, o duyğunun əsiri halına gəlməkdir. Əgər qısqandığınızın fərqindəsizsə, doğru yoldasınız deməkdir. Burada əhəmiyyətli olan duyğularınızı, dostunuz, sevgiliniz ya da həyat yoldaşınızla paylaşmaqdır. İkili əlaqələrdə dürüst və açıq olmaq, duyğularınızın zaman içərisində dağıdıcı və əsiri olma halına çatmasına mane olar.

Problemin kökünə enin
Duyğularınızın və qısqanclığınızın məntiqli bir səbəbi varmı? Yoxsa qısqanclığınızın səbəbi ağılınızın sizə oynadığı bir oyundanmı ibarətdır? Qısqanclıq duyğunuz, sizə bir yerlərdə həll etməniz lazım olan bir problem olduğunu söyləyər. Burada etməniz lazım olan qısqanclıq duyğunuzun mənşəyinə enmək, problemi təsbit etməkdir. Əgər etibarlı bir səbəbiniz varsa problemi həll edə bilər, səbəb kifayət qədər təsdiqlənə bilər deyilsə problemi başınızdan ata bilərsiniz.

Müsbət düşüncələrinizə və fərdi inkişafınıza fikrinizi cəmləşdirin
Zehininiz sizə oyunlar oynaya bilər və düşüncələrinizin bəzən nəzarət edilməsi lazımdır. Duyğularınızın həyatınızı ələ keçərməsinə icazə verməyin. Siz yalnız öz hərəkətlərinizdən cavabdehsiniz başqalarınınkından deyil.. Bir şey üzərinə çox baş yorar və enerjinizi tükətsəniz, onun bir şəkildə həyatınıza girməsini təmin edərsiniz. Bunun yaxşı ya da pis olması da sizin əlinizdədir. Qısqanclıq kimi mənfi duyğularla zehininizi məşğul etmək yerinə, başınızı müsbət düşüncələrlə doldurun. Qısqanclıq, narahatlıq kimi mənfi duyğular eyni zamanda sizi stress altına alar və sağlamlığınızı təhdid edər. Nəyi istəmədiyinizi deyil, nə istədiyinizi fikirləşin.

qadinlar.biz

Go Back

0 Şərh Posted in Elmi araşdırma
Paylaş
Dünyanın ən qorxunc psixoloji təcrübələri
01-01-2015

Psixologiya tarixinin qara səhifələrində yer alan və nəticədə bərpa olunmayacaq travmalara və intiharlara yol açan təcrübələr heç bir əxlaqi və hüquqi qaydalarla uyğunlaşmayacaq formada reallaşdırılmışdır. Heyvanların və insanların həyatına səbəb olan bu təcrübələr və “bu qədər də olmaz” kimi ifadə olunan nəticələrə səbəb olmuşdur.

David Reimer Təcrübəsi: Psixoloq John Money`in “cinsi kimlik anadangəlmə deyil, mühit tərəfindən formalaşır” iddiası 1966-cı ildə David adında bir uşağın həyatına səbəb olub. 8 aylıq olarkən aparılan sünnət nəticəsində penisini itirən Davidin ailəsinə psixoloq tərəfindən təlqin olunaraq Davidin cinsiyyətinin dəyişdirilməsi təmin olunur. Ailənin razılığı ilə cərrahi əməliyyat vasitəsilə vagina və hormon verilən və adı dəyişdirilən Brendaya 14 yaşında vəziyyət açıqlanır. İntiharla nəticələnən bu tədqiqat da psixoloji təcrübələrin uğursuzlar siyahısında yer aldı.

Üçüncü Dalğa Təcrübəsi: Psixoloq Milgramın təsirinin açıqlıqla müşahidə olunduğu “üçüncü dalğa” təcrübəsi 1967-ci ildə həyata keçirilir. Faşizmin demokratik cəmiyyətlərdəki təsirinin hansı ölçüdə ola biləcəyinin araşdırıldığı prosesdə təcrübi vasitə olaraq məktəb şagirdləri seçildi. Möhtərəmliyi yüksək süni sistemə daxil edilən şagirdlərin son dərəcə sürətli öyrəndikləri, sinif yoldaşlarına qarşı alçaldıcı və xor görən davranışları müəyyən edildi. Vəziyyətin daha da ağırlaşdığı müşahidə edilir və nəticədə təcrübənin dördüncü günün araşdırma sona çatdırılır.

stanford-deneyiStandford Həbsxana Təcrübəsi: İnsanların sosial rollara adaptasiyasını yoxlamaq məqsədiylə 1971-ci ildə universitet tələbələrindən ibarət bir qrupu araşdırma mühiti olaraq hazırlanmış həbsxanaya yerləşdirilir. Bir qisim məhkum, digərləri qardiyan olur. Təcrübənin nəticəsində qardiyan rolundakı tələbələr soyuqqanlı qardiyana məhkum rolundakı tələbələr özgüvənlərini itirərək qorxağa çevrilirlər. Həbsxanada yaşanan vəhşət artdıqda təcrübəyə son verilir.

Çarəsizlik Quyusu Təcrübəsi: Sevgi həyatımızın ən əhəmiyyətli hissəsidir, lakin psixoloq Harry Harlowdakı kimi obsessiv vəziyyətə gəlmədiyi müddətdə. 1970-ci illərdə psixoloqumuz sevginin həyatımızdakı əhəmiyyətini ölçmək məqsədiylə meymunlar üzərində əxlaqi və hüquqi olmayan təcrübə keçirir. Xarici mühitdən tamamilə ayrılmış, özünün “çarəsizlik quyusu” adını verdiyi qurğulardan ibarət olan bir sahə yaradır. İçinə qoyduğu meymunlar bir müddət sonra dəli olaraq özlərini aclıqla ölümə tərk edirlər.

Nərmin Quliyeva

Xəzər Universitetinin psixologiya fakültəsinin tələbəsi

pcc.az

Go Back

0 Şərh Posted in Elmi araşdırma
Paylaş
Şəxsiyyətini tanı
23-12-2014

Biz gündəlik həyatda müxtəlif tip insanlarla rastlaşırıq və ona müvafiq hərəkətlər etmək məcburiyyətində qalırıq.İş o zaman uğurlu və məhsuldar olur ki,eyni xasiyyətli insanlar bir- biriləri ilə çalışsınlar.Lakin bəzən məcburiyyətdən və ya təsadüfən edilən hərəkətə görə biz insanlara xarakteristika veririk.Bu heçdə insanın xasiyyəti demək deyildir.

Xasiyyət-insanların fərdi xüsusiyyətlərini öyrənmək,onları bir birindən fərqləndirmək,ümumi formada qiymətləndirmək üçün istifadə etdiyimiz ən önəmli göstəricilərdən biridir.Xasiyyət əsasən insanların fəaliyyət və rəftarında ifadə olunur.

Xasiyyət müəyyən yaşda formalaşaraq insanın daimi xüsusiyyətinə çevrilir.Xasiyyət temprament, qabiliyyət, emosionallıq və digər əlamətlərlə sıx bağlıdır.Temprament tipinə görə insanlar 4qrupa bölünürlər: xoleriklər, sanqviniklər, fleqmatiklər, melonxoliklər.(Hipokratın bölgüsü)

Xoleriklər-enerjisi və ehtirası yüksək olanlar

Sanqviniklər-çevik və nikbinlər

Fleqmatiklər-ləng və sakit təbiətlilər

Melonxoliklər-fağır qapalı pessimistlər

Xasiyyətin anadangəlmə və ya qazanılma olduğuna dair müxtəlif fikirlər vardır.Sovet dövrü ədəbiyyatlarında qeyd olunur ki,bu daha cox xarici təsirlərlə bağlıdır.Xarici təsirlər deyəndə- tərbiyə,ictimai quruluş və s aiddir.Lakin genetik faktorlarla əlaqəli olan cəhətləri istisna etmək olmaz yəni atadan ,anadan keçən qan yaddaşı ilə insana verilən fərdi xüsusiyyətləri əhəmiyyətsiz hesab etmək olmaz.

1808ci ildə xasiyyət pozuntularını F. PİNEL təsvir etmiş və onları xəstəlik hesab etməmişdir.

Şəxsiyyət tarixi inkşaf prosesində formalaşan və ictimai -sosial münasibətlərin daşiyicisi olan konkret şəxsdir.

Ictimai-sosial münasibətlərin pozulmasi və ya cəmiyyətə uyğun olmamasi şəxsiyyət pozuntusuna səbəb olur.Bunu ilk dəfə S.Priçard klinik tədqiqatini vermişdir. 1891 ci ildə Kox şəxsiyyət pozuntularını bir araya toplayaraq psixopatiyalar adlandırmışdır.Şəxsiyyət pozuntularını araşdıran rus alimi Balinski apardığı məhkəmə tibbi ekspertizalarını təhlil edərkən psixatriya terminin işlətmişdir.

20-ci əsrdə Kepler-Kreçmerin təsnifatı şəxsiyyət pozuntularının müxtəlif tiplərinin fenomoloji xüsusiyyətlərinə əsaslanırdı;

Oyanıqlar-xarici qıcıqlara qarşı güclü emosional reaksiyaları ilə diqqəti cəlb edənlər.

Davamsızlar-xarici təsirlərə ilk növbədə təlqinə həssas olanlar

Gopçular-ağlasığmaz yalanları hər şeyi şişirtməklə yaymağı sevənlər

Deyingənlər-eqoist heç kəslə yola getməyən qeybətcil

Meyl pozuntusu olanlar-ilk növbədə seksual pozuntusu olmaları ilə narkomaniyaya marağı olmalari ilə fərqlənirlər

Antisosial pozuntuya meyilli olanlar ictimai qaydalara riayət etməyənlər və s

Qannuşkin ilk dəfə şəxsiyyət pozuntularının ümumi sistematikasını yaratdı.O tsikloidlər,şizoidlər,isteriklər,antisosial psixopatlar,sarsaqlar,paranoidlər kimi şəxsiyyət pozuntuları qruplarını təklif etmişdir.

Şəxsiyyət pozuntusu həm şəxsin özünün həm də onun ətrafını əhatə edən insanların iztirablarına səbəb olan xasiyyətin disharmoniyasıdır.

Qannuşkin şəxsiyyət pozuntusu dioqnozunu 3 əlamətə əsasən qoymağı təklif etmişdir.

Xarakteroloji total pozuntu
Həyat boyu onların az dəyişkən və davamlılıgı
Ictimai uyğunlaşmanın dəyişməsi
PARANOID-qapalı qeyri-səmimi ,həmişə özündən razı şəxs kimi tanınan bu tip insanlar yüksək qiymətli idealarla yaşayan öz bilik və bacarıqlarını həmişə nümayiş etdirməyə səy etdirirlər,tənqidi mülahizələri rədd edirlər,başqalarını fikrini inkar edirlər,tənha yaşamağa meyl göstərirlər,bəzən olduqca qəddar,ədalətsiz hərəkət etməyə meyillidirlər bu şəxsləri sutyaqakverulyant adlandirirlar.

ŞİZOİD-başlıca əlaməti austik təfəkkürə malik olmaları başqalarından asanlıqla fərqlənirlər.Nitq kasad və bir neçə sözdən ibarət olur,eyni tip hərəkətlərdən ibarət jestləri vardır.Uyuşmurlar, təkliyi sevirlər,qeyri adi məşğuliyyətə maraq göstərirlər.Senzetivlər və ekspansivlərə bölünürlər.

DİSSOSİALCƏMİYYƏTƏ ZİDD GEDƏN ANTİSOSİAL TİP ŞƏXSİYYƏT POZUNTUSU- başqalarına qarşı istək və məhəbbət yaratmaq qabiliyyətinin olmaması, qəflətli hərəkətlərə meyilli olmaq, öznü günahlandıra bilməmə, etdiyi neqativ hərəkətləri başa düşməmə ,ailə üzvlərinə iş yoldaşlarına əzab vermək,onları alçaltmaq və s.Öz intim tələblərinə malik olmaq üçün hər cür hərəkətklərə kobudluğa təhqirə və fiziki güc tətbiq edirlər.

EMOSİONAL DAVAMSIZ VƏ YA AFFEKTİV TİP ŞƏXSİYYƏT POZUNTULARI –müxtəlif ədəbiyyatlarda əhval ruhiyyə və ya şəxsiyyət pozuntusu kimi deyil ayrıca xəstəlik kimi təqdim edirlər.Bu tip insanlari heç nə ruhlandırmır,sevinc hissi onlara yaddır, ləng hərəkətli insanlardır,öz vəzifə borcların vicdanla yerinə yetirirlər və buna görə hamının hörmət bəslədiyi insanlardır.Bu tip insanlarda hipertenik və distenik proseslər baş verir.

İSTERİK TİP ŞƏXSİYYƏT POZUNTUSU-Hamının diqqətini çəkməyə çalışan aparıcı rolda olmağa can atan, daha çox həyəcanlı olan emosional zəngin görünməyə can atsalar da başqalarının iztirabına biganə qalmağı bacaran şəxslərdir.Gərginlik yaranarsa dərhal pis vəziyyətə düşür müxtəlif emosional hallar keçirir cəngolmalar nümayiş etdirirlər,özlərinə xəsarət yetirə bilərlər.Kreçmer onları yalançılar və gopçular adlandırmısdır

ANAKASTİK VƏ YA OBSESTİV KOMPULSİV TİP-kövrək inamsız ,aciz ,xüsusi diqqət edilməsini tələb edirlər,şübhəli qətiyyətsiz,yaxşı sənətkar olduqları halda bu fəaliyyətlərin göstərməkdə acizlik çəkirlər,öz hərəkətlərini dönə dönə təkrar etməyə təhlil etməyə sövq edirlər.”YOX”cavabın almaqdan qorxurlar,heç kimə müraciət etmirlər.

TƏŞVİŞLİ TİP ŞƏXSİYYƏT POZUNTUSU-Həyəcanlı, təşvişli ,qayğılı olurlar.Özlərinə inamsız daim təhlükə gözləyən olurlar.Həmişə kimdənsə yardım gözləyirlər və bunun üçün özlərini zavallı göstərirlər.Onların dostları tanışları çox olmur ,təzə işə başlamaq onlar üçün çox çətindi.

ASILI TİP ŞƏXSİYYƏT POZUNTUSU-Bu pozuntulu insanlar iradəsiz,başqalarından hər an kömək almağa çalışan adam kimi görünürlər.Məsuliyyətli işə girişmək onlar üçün çox çətindir və bu onları qorxuya salır.

Arzu Məmmədova

Bakı Dövlət Universiteti, Sosial elmlər və Psixologiya fakültəsi, II kurs tələbəsi

Go Back

0 Şərh Posted in Elmi araşdırma
Paylaş
Nəyə görə ağır cinayət törədənlərin əksəriyyəti kişilər olur?
16-12-2014

Seriyalı qatil — bir aydan artıq müddət ərzində bir neçə cinayət törədən şəxs. Seriyalı qatillər öz qurbanlarını çox vaxt eyni üsulla qətlə yetirir və cəsədlərin üzərinə özlərinə məxsus işarə və ya yazılar yazırlar. Bu tip qatillər ilk qətlini törətdikdən bir həftə sonra ikinci qətli törədirlər. Qətllər arasında çox zaman böyük oxşarlıq olur. Əsas oxşarlıqları qurbanın cinsi, yaşı, xarici görünüşü təşkil edir. XX əsrin əvvələrində Albert Fiş, ortalarında isə Andrey Çikatilo tərəfindən törədilən silsilə qətllər bütün dünyada geniş əks səda doğurmuşdur.

Psixoz xəstəsi olan şəxslərin seriyalı qatil kimi fəaliyyət göstərməsinə nadir hallarda rast gəlinir. Seriyalı qatillərdə ən çox şizofreniya xəstəliyi aşkarlanmışdır. Psixi durumu ağır olan insanların qətl törətmək riski yüksəkdir. Seriyalı qatillər çox vaxt normal insan təsiri bağışlayır. Onlarda xarici görünüş baxımından hər hansısa fərqliliklər olmur. Əsas proses daxildən baş verir.

Cinayət işləməyin sosial – psixoloji səbəbləri aşağıdakılar hesab olunur:

1.Psixoloji problemlər;

  1. Sinir sitemində yaranmış pozğunluqlar (anadangəlmə və ya sonradan yaranma);
  2. Ailə münaqişələri;
  3. Ətrafdakı insanların şəxslərə təsiri;
  4. Hər hansı bir qruplaşmanın tərkibində olma (məs: satanist və s.);
    Bu kimi 1 çox səbəbləri göstərmək olar.

Dəfələrlə ağır cinayətlər törətmiş seriyalı qatillər və digər cinayətkarlar ola bilsin ki, başqalarını da buna “yoluxdurmaq” iqtidarındadırlar. “Molecular Psychiatry” jurnalında dərc olunmuş məqalədə bu haqda məlumat verilir. Aparılan müşahidələr ağır cinayətlər törətmiş bu insanların niyə böyük əksəriyyətinin kişilər olduğunu və bir insanın nəyə görə dəfələrlə belə cinayətlər törətməsinin səbəblərini aydınlaşdırmağa istiqamətlənmişdi.

Neyrobioloqlar qarşılarına məqsəd qoydular: Dəfələrlə ifrat dərəcədə ağır cinayətlər törətmiş insanların mümkün qədər genetik “baqajını” tədqiq etmək.

Tədqiqatın sonunda tədqiqatın rəhbəri, Karolinks İnstitutunun klinik neyrobiologiya kafedrasının professoru Jari Tiihonen açıqlama verdi: “Biz insanda aqressiv təzahürlərə cavabdeh olan iki əsas geni müəyyənləşdirə bildik, lakin, aydındır ki, bu genlərdən başqa insanda aqressiya hissini idarə edən onlarla və yüzlərlə gen mövcud ola bilər. Lakin, biz müşahidələrimizə əsaslanaraq əminliklə söyləyə bilərik ki, digər genlərdən heç birinin təsir gücü əvvəldə qeyd etdiyimiz iki genlə müqayisə oluna bilməz”.

Tiihonen və onun köməkçiləri üzərində tədqiqat aparmaq üçün Finlandiyada həbsdə olan 1004 məhbus seçdilər. Onlardan 184 nəfəri tədqiqat obyekti olmaqdan imtina etdi, digər 26 nəfərə isə “psixoz” diaqnozu qoyulduğuna görə tədqiqat üçün yararsız hesab edildilər. Geri qalan məhbuslardan qan nümunəsi götürüldü. Məlum oldu ki, nümunə götürülən qanların hamısında CDH13 geni və “müharibə geni” adlandırılan MAOA geni ya ikisi birlikdə, ya da ayrı – ayrılıqda mövcuddur.

“Müharibə geni” insanda dopamin maddəsinin sintezinə xidmət edir və alkoqol və narkotikadan həddindən artıq istifadə zamanı funksiyasını lazım olduğundan daha artıq yerinə yetirir.

Tiihonen bunu belə izah edir: “ Əgər orqanizmdə dopaminin sintez sürəti və intensivliyi zəifləyibsə, dopaminin miqdarı azalıbsa, onun beyindəki miqdarı alkoqol, narkotik və amfetinamin qəbulu zamanı xeyli arta bilər. Aydındır ki, bu maddələr dopamin maddəsinin və buna müvafiq aqressiyanın da artmasına təsir göstərir.”

Əslində CDH13 geninin vəzifəsi beyindəki neyronlararası əlaqəni təmin etməkdir. Bu maddə hiperaktivlik sindromu və diqqət əksikliyi vəziyyətinin idarə edilməsində də böyük rol oynayır.

Əgər kimsə bu genlərdən hər ikisinə sahibdirsə, bu genlərdən birini daşıyan insanlara nisbətən 13 dəfə daha artıq ağır cinayətlərə və işgəncə verməyə meyilli olur. Əgər bu genlərə alkoqol və digər kimyəvi maddələri də əlavə etsək – faciənin reseptini hazırlamış olarıq.

Müşahidələr həmçinin “Nəyə görə ağır cinayətləri törədənlərin əksəriyyəti kişilər olur?” sualına cavab tapmağa da kömək etdi. Tiihonen: “Müharibə geni” adlandırdığımız MAOA X xromosomunda yerləşir. Bildiyimiz kimi X xromosomu qadınlarda cüt, kişilərdə isə tək olur. Qadınların xromosom dəsti XX, kişilərdə isə XY şəklində olur. Belə ki, qadın orqanizmində əgər bir genin aktivliyi digərindən üstün olarsa, digər gen onun aktivliyini tənzimləyir, tarazlaşdırır. Kişilərin isə bu cəhətdən bəxti gətirməyib, onlarda genlər eyni olmadığı üçün bir genin aktivliyi artdıqda, digəri onu tarazlaşdıra bilmir”

Psychiatric Genetics jurnalında dərc olunmuş bir məqaləyə görə isə, belə bir eksperiment ABŞ – da 100 məhbus üzərində aparılmış və məlum olmuşdur ki, seriyalı qatillərin böyük bir qismi uşaqlıqda zorakılıqla üzləşmiş insanlardır.

Cinayət və cinayətkarlıq anadangəlmə bir şəxsiyyət xüsusiyyəti deyil. Cinayətkar, böyük ölçüdə mənfi inkişaf şəraitində yetişmiş , insan olaraq layiq olduğu dəyər və diqqəti almamış bir adamdır. Bu səbəblə cinayətkarları özündən və cəmiyyətdən kənarlaşdırmaq, onlara düşməncə duyğular bəsləmək və onlardan nifrət etmək yerinə onları anlamaq , onları gələcəkdə cəmiyyətə qazandırma yolu ilə cinayətlərin azaldılmasında iştirak etmək ictimai təşkilatların məsuliyyəti və vəzifəsi olmalıdır.

Eminova Aytən

Bakı Dövlət Universiteti, Sosial elmlər və Psixologiya fakültəsi, II kurs tələbəsi

Go Back

0 Şərh Posted in Elmi araşdırma
Paylaş
Ulu öndər milli-mənəvi dəyərlər haqda
12-12-2014

«Bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik»

Azərbaycan xalqının Ümummilli Lideri HEYDƏR ƏLİYEV

«Qloballaşan dünyamızda hamımız bir-birimizə yaxın olmuşuq. Xalqlararası, mədəniyyətlərarası, dinlərarası dialoqun bu gün dərin məna kəsb etməsi məhz bununla bağlıdır. Bu dialoqu inkişaf etdirərək, ona dəstək verərək, məhz bütün insanların gələcəyi naminə biz hamımız mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoqunda ümumi dil tapmalıyıq».

«İslam dini başqa dinlərə qarşı heç vaxt düşmən olmamışdır. Çünki bu dinlərin hamısı Allahdan gəlir. Azərbaycanda müsəlmanlarla yanaşı başqa dinlərə etiqad edən adamlar da yaşayır. Onlar da Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır. Çalışmalıyıq ki, dini, milli mənsubiyyətindən asılı olmayaraq Azərbaycanın bütün vətəndaşları eyni hüquqlu olsunlar və onların hamısının birliyini, vəhdətini təşkil edək. Bu da Allah-Təalanın buyurduğu bizim yolumuzdur».

«Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacayıq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracayıq! Azərbaycan öz Konstitusiyamıza görə, həm də dünyəvi dövlətdir. Dövlət ilə dini qurumlar arasındakı münasibətlər Azərbaycan Respublikası Konstitusiyasının müvafiq müddəaları ilə, «Dini etiqad azadlığı haqqında» Qanunla və digər qanunvericilik aktları ilə tənzimlənir. Biz dini ilk növbədə mədəniyyətin, tarixi irsin, milli mentalitetimizin bir fenomeni və ayrılmaz bir hissəsi kimi qəbul edirik».

“Azərbaycan çoxkonfessiyalı bir ölkədir. Bu baxımdan o, dünyada dinlərarası, mədəniyyətlərarası əlaqələrin genişlənməsi və möhkəmləndirilməsi işinə öz layiqli töhfəsini verəcəkdir».

«Ölkəmizdə yetişməkdə olan nəslin təhsillənməsində müasir elmi-pedaqoji konsepsiyalar daxilində biz ünsiyyət mədəniyyətini, dini dözümlülük və əməkdaşlıq mədəniyyətini formalaşdırmağa cəhd göstəririk və ümumən desək, buna nail oluruq».

«Hər xalqın öz adət-ənənəsi var, öz milli-mənəvi və dini dəyərləri var. Biz öz milli-mənəvi dəyərlərimizlə, öz dini dəyərlərimizlə, adət-ənənələrimizlə fəxr edirik. Bizim xalq yüz illərlə, min illərlə adət-ənənələrimizi, milli-mənəvi dəyərlərimizi yaradıbdır və bunlar indi bizim xalqımızın mənəviyyatını təşkil edən amillərdir. Əgər insan mənsub olduğu millətin milli-mənəvi dəyərlərini bilmirsə, yaxud onları qəsdən təhrif edirsə, əgər vəziyyət o dərəcəyə çatırsa ki, hətta Azərbaycanın dini rəhbəri təhqir olunur, onda təbiidir ki, bu, bizi narahat etməlidir».

«Biz öz milli-mənəvi dəyərlərimizi, adət-ənənələrimizi, əxlaqi dəyərlərimizi bütün istiqamətlərdə qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqlardan keçmiş bu mənəvi, əxlaqi dəyərlər ruhunda tərbiyələndirməliyik».

«Hər xalqın özünə, öz tarixi köklərinə, əcdadları tərəfindən yaradılmış milli-mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Biz də indi dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edərək, xalqımızın mədəni səviyyəsini daha da inkişaf etdirərək, gənc nəsli daha da sağlam əhval-ruhiyyədə, saf əxlaqi əhval-ruhiyyədə tərbiyələndirməliyik».

«Totalitar rejimlərin və ideologiyaların süquta uğradığı indiki dövrdə dinlərin cəmiyyətin həyatında oynadığı rol dinamik şəkildə dəyişir. Pozitiv proseslərlə yanaşı, bəzi qüvvələrin dinlərdən terrorizmə və ekstremizmə təhrik vasitəsi kimi istifadə etmək halları da artır. Bax, belə halların baş verməsinin qarşısının qətiyyətlə alınması üçün cəmiyyətin bütün təbəqələrinin, xüsusilə siyasətçilərin, alimlərin, dindarların və din xadimlərinin səfərbər edilməsi zəruridir».

«Bizim xalqımız həmişə dostluğu, qardaşlığı, mehribanlığı möhkəmləndirməyə cəhd göstərmiş, insanların dini mənsubiyyətindən asılı olmayaraq onların arasında sülh və əmin-amanlıq, mehribanlıq əlaqələrinin olmasına çalışmışdır”.

«Məlumdur ki, bütün dinlər dünyada yüksək mənəviyyatı təbliğ edirlər. O da məlumdur ki, bəşər tarixində insanlar öz şüurunu, adət-ənənələrini və cəmiyyətlərdə yaranan qanun-qaydaları əsasən dini dəyərlərdən, dinin insanlara bəxş etdiyi keyfiyyətlərdən götürüblər».

“Azərbaycanda qədim dövrlərdən müxtəlif xalqların nümayəndələri yaşamış, bir çox xalqların dinləri mövcud olmuşdur. Azərbaycan və onun xalqı həmişə dini dözümlülüyü ilə fərqlənmişdir. Mən şadam ki, burada hamı bunu qeyd etdi və bu, həqiqətən, belədir. Azərbaycanda heç vaxt dini zəmində heç bir münaqişə, heç bir toqquşma olmamışdır. Hətta ötən əsrin 80-ci illərinin axırı və 90-cı illərinin əvvəllərindəki ağır dövrdə belə heç bir mənfi fakt qeydə alınmamışdır. Bu gün də müstəqil Azərbaycanda biz hər bir insanın azadlığı üçün, o cümlədən dini mənsubiyyət azadlığı, vicdan azadlığı üçün hər cür şərait yaratmışıq. Hər kəs hansı dinə mənsubdursa, həmin dinə etiqad edir. Lakin bu, Azərbaycanda insanların mehriban, qarşılıqlı anlaşma şəraitində yaşamasına mane olmur, burada milli və dini mənsubiyyətlə əlaqədar heç bir ayrı-seçkilik yoxdur».

“Bizim gənclərimiz dinimizi olduğu kimi öyrənməli, qəbul etməli və ondan istifadə etməlidirlər. Biz heç vaxt yol verə bilmərik ki, ayrı-ayrı şəxslər, ayrı-ayrı qüvvələr öz şəxsi mənafelərini güdərək, islam dini pərdəsi altında Azərbaycan gənclərinin tərbiyəsinin və mənəviyyatının zədələnməsinə gətirib çıxartsınlar».

«Konstitusiya din azadlığını, vicdan azadlığını elan etmişdir, biz isə dövlət kimi bunun təmin olunmasının qarantıyıq, bunu öz üzərimizə götürmüşük. Bəli, ona görə də bizim dövlətimiz dünyəvi dövlətdir. Ancaq biz dindən ayrı deyilik».

«Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar İslam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlülük, başqa dinlərlə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu, tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir».

«Bizim dinimiz mütərəqqi dindir. Əsrlər boyu islam dini özünün mütərəqqi olduğunu və eyni zamanda islam dininə itaət edən adamların hamısına özünün nə qədər tərəqqipərvər və nə qədər dünyəvi əhəmiyyətli olduğunu sübut edir, müsəlmanlara daimi xoşbəxtlik bəxş edir. Bizim dinimiz müsəlmanları həyatlarında rast gəldiyi çətinliklərdən xilas etməyə, düşmənlərə qarşı mübarizədə qalib gəlməyə və özlərini, öz ölkələrini, öz dinini, öz məsləkini qoruyub saxlamağa həmişə yardım etmişdir. Heç şübhə yoxdur ki, islam dini indiyə qədər olan tarixində dünyaya nümayiş etdirdiyi əzəmətini, qüdrətini bundan sonra daha da gücləndirəcək və bütün islam dininə itaət edən adamların hamısını xoşbəxtliyə, səadətə gətirib çıxaracaqdır».

«İndi Azərbaycanda bizim dinimiz İslam dini hər yerdə bərpa olunubdur, onun azad inkişaf etməsi üçün, hər bir insanın öz daxili aləminə uyğun olaraq dinə öz münasibətini bildirməsi üçün və Qurani-Kərimin ehkamlarından, Ulu Peyğəmbərimizin (s) qoyduğu yoldan səmərəli istifadə etmək üçün artıq imkanlar yaranıb və bu son dövrdə Azərbaycanda din azadlığı əldə edildikdən sonra qısa bir müddətdə hətta bu dini unutmuş adamlar belə bu dinin – İslam dininin, öz millətinin dininin həyat üçün nə qədər əhəmiyyətli olduğunu dərk etdilər. Biz bir dövlət kimi islam dininin son dövrdə geniş və çox sürətlə inkişaf etməsini bəyənirik və bundan sonra da Azərbaycan Respublikasında, müstəqil Azərbaycanda hər bir insanın sərbəst olaraq öz dini adət-ənənələrinə xidmət və onlardan istifadə etməsinə bütün imkanları yaradacağıq. Nəinki imkanlar yaradacağıq, biz islam dininin inkişafı üçün dövlət tərəfindən lazımi tədbirlərin hamısını görəcəyik. Çünki biz yaxşı bilirik ki, İslam Azərbaycan xalqının, bütün islam aləminə mənsub olan insanların, məxluqun ən yüksək mənəviyyat mənbəyidir».

«İslam dini bizi heç vaxt işğalçılığa, qəsbkarlığa sövq etməmişdir. Biz sülhsevər millətik. Bizim dinimiz də insanlara dostluq, qardaşlıq, sülh, barışıq yolu göstərmişdir. Biz həmişə bu yolla getmişik».

«Azərbaycan Respublikası çoxmillətli bir dövlətdir. Azərbaycanda müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşlar da yaşayırlar. Azərbaycan müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir dövlət kimi öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq, hürriyyət imkanları verir. Hər bir şəxs hürrdür, azaddır, hər bir şəxs öz daxili aləminə müvafiq olaraq öz amallarını, öz fikirlərini həyata keçirə bilər. Ona görə də bizim Qurani-Kərim bunu göstərir və biz bu yolla gedirik ki, İslam dini başqa dinlərə həmişə hüsn-rəğbətlə yanaşıb, heç vaxt başqa dinlərin ehkamlarına qarşı olmayıb və başqa dinlərə mənsub adamlarla dostluq və qardaşlıq əlaqələri yaratmağa çalışıbdır. Bu bizim tariximizin çox səhifələrində qeyd olunubdur».

«Heç vaxt inamımızdan, dinimizdən uzaqlaşmayacaq və bu mənəvi mənbələrimizdən istifadə edərək gələcəyimizi quracağıq»

«İslam dini həmişə insanları saflığa, təmizliyə, ülvi mənəviyyata dəvət etmişdir. Qurani-Kərim insanları düzlük, mənəvi paklıq ruhunda tərbiyə edir».

«Xalqımızın çoxminillik tarixi var və çox əsrlərdir ki, islam dininə itaət edirik. İslam dini bizim doğma dinimizdir. Xalqımızın milli-mənəvi dəyərləri, dinimizin adət-ənənələri və dəyərləri vЂ“ hamısıbirlikdə bizim milli sərvətimizdir. Biz fəxr edə bilərik ki, xalqımız çox dəyanətli xalqdır və zaman-zaman, əsrlər boyu cürbəcür məhrumiyyətlərə məruz qalaraq bütün bu adət-ənənələri unutmayıbdır. Nə vaxt ki, rəsmi dairələr bunu qadağan edib, yaxud da buna mənfi münasibət göstərib, insanlar bunu qəlbində, öz ailəsində, evində yaşadıblar. Hətta bizim bəzi fədakar insanlar bu adət-ənənələrimizi yaşatdıqlarına görə çox əziyyətlər çəkiblər, bəzən də məhrumiyyətlərə, cəzalara məhkum olublar».

«Bizim bütün milli və dini adət-ənənələrimizin məqsədi insanları saflığa, düzlüyə, paklığa dəvət etməkdən, insanları bu əhval-ruhiyyədə tərbiyə etməkdən ibarətdir”.

“Bütün dinlər həmişə insanları sağlam mənəviyyata, düz yola dəvət ediblər. Dinin əsas məqsədi o olub ki, insanlar ədalətli, xeyirxah, sədaqətli, səmimi olsun, cinayət etməsin, cəmiyyətə fayda versin. Ona görə də bizim dinə münasibətimiz, sadəcə, onun əsasları ilə bağlıdır. Azərbaycanda bundan sonra da din, vicdan azadlığı təmin olunacaq və hər bir insan öz istədiyi kimi, sərbəst, rahat yaşayacaqdır. Azərbaycanda müxtəlif dinlərin bu cür birliyinin olması müstəsna dərəcədə nümunəvi xarakter daşıyır. Bu, əslində Azərbaycanın reallığını, eyni zamanda Azərbaycan xalqının dini dözümlüyünü göstərir. Azərbaycanda əhalinin əksəriyyətini islam dininə etiqad edən azərbaycanlılar təşkil edir. Ancaq eyni zamanda Azərbaycanda xristian-pravoslav, yəhudi dininə etiqad edən insanlar, müxtəlif millətlərin nümayəndələri də yaşayırlar. Azərbaycanlılar başqa dinlərə münasibətdə həmişə dözümlü olublar və bunu bizə Quran, Həzrəti-Məhəmməd vəsiyyət ediblər».

«Azərbaycanda islam dini VII əsrdən yayılıb və Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin əsasını təşkil edir. Bizim çoxəsrlik islam dövrü tariximiz zəngindir. Bu gün iftixar hissi ilə deyirik ki, Azərbaycanın islam mədəniyyəti, islam dini ilə bağlı olan dahi insanları : Nizami, Füzuli, Nəsimi, Tusi, Qətran Təbrizi və bir çox digər böyük şəxsiyyətləri dünya sivilizasiyasına böyük töhfələr vermiş və islam mədəniyyətini zənginləşdirmişlər. Biz bunlarla fəxr edirik».

«Biz azərbaycanlılar öz tariximizlə, milli-mənəvi dəyərlərimizlə fəxr edirik, öz doğma ana dilimizlə fəxr edirik. Bunlar hamısı bizim milli mənəviyyatımız, milli-mənəvi dəyərlərimizdir. Bunlara görə də biz İslam dininə, İslam mədəniyyətinə mənsub olmağımızla da fəxr edirik».

«Dünyada bir çox böyük dinlər mövcuddur. Hər dinin özünəməxsus yeri var. Biz azərbaycanlılar islam dini ilə fəxr edərək, eyni zamanda heç vaxt başqa dinlərə qarşı mənfi münasibət göstərməmişik, düşmənçilik etməmişik, ədavət aparmamışıq və heç bir başqa xalqı da öz dinimizə itaət etməyə məcbur etməmişik. Ümumiyyətlə, başqa dinlərə dözümlük, başqa dinlərə yanaşı və qarşılıqlı anlaşma şəraitində yaşamaq islam dəyərlərinin xüsusiyyətidir. Bu tarix boyu Azərbaycanda da, Qafqazda da öz əksini tapıbdır. Azərbaycanda islam dini ilə yanaşı xristian dini də, yəhudi dini də əsrlər boyu yaşayıb və indi də yaşayır. Qafqazda da bu mənzərə var. Hesab edirik ki, insanlar hansı dinə, hansı mədəniyyətə mənsubluğundan asılı olmayaraq, bütün başqa mədəniyyətlərə, dinlərə, mənəvi dəyərlərə də hörmət etməli, o dinlərin bəzən kiməsə xoş gəlməyən adət-ənənələrinə dözümlü olmalıdırlar. Dini nöqteyi-nəzərdən ədavət, münaqişə, müharibə yolverilməzdir. Hər halda, XX əsrin sonunda və qarşıdan gələn XXI əsrdə dünyada belə hallara son qoyulmalıdır».

«Quranı-Kərimin bu gün Azərbaycanda Allahın yolu ilə getməyimiz üçün məşəldir».

«Qurani-Şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yolları paklığa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir».

«İnsanların mənəvi sərvətlərinin hamısından dinin fərqi ondadır ki, o, dini mənsubiyyətindən asılı olmayaraq həmişə insanları dostluğa, həmrəyliyə, birliyə dəvət etmişdir».

Paritet.- 2010.- 14-15 sentyabr.- S.1;4.

http://anl.az/down/meqale/paritet/2010/sentyabr/132768.htm

Go Back

0 Şərh Posted in Elmi araşdırma
Paylaş
Cinsi azlıq məsələsi necə həll edilməli? -Şopenhauer
28-11-2014

Artur Şopenhauerin homoseksuallıq haqqında düşüncələrini təqdim edir.

Üzümüzü çevirib Asiyaya baxsaq, dünyanın bu hissəsindəki bütün ölkələrin, ən qədim çağlardan başlayaraq, günümüzə qədər bu böyük ayıbla yaşadığını asanlıqla görə bilərik. Şairlərini qadınlara qarşı duyduqları məhəbbətdən çox, kişilərə olan məhəbbəti ilə tanıdığımız Şərq ölkələri, o cümlədən, hind və çin xalqları bu mövzuda xeyli irəliləyiblər. Sədinin məşhur “Gülüstan” əsərinə diqqət yetirsəniz, kitabda yer alan bütün məhəbbətlərin bu növdən olduğunu aydın sezə bilərsiniz. İbrahimilərə də bu ayıb yad deyildi. Çünki Tövratda da, İncildə də bu münasibətlər ayıb və günah olaraq vurğulanır. Nəhayət, xristian Avropasında din, qanunlar və ictimai rəy bütün varlığıyla bu prosesə qarşı çıxmağa, onun önünü kəsməyə çalışıb.

Orta dövrlərdə bütün Avropada bu əməl ölüm hökmü ilə cəzalandırılırdı. Fransada hələ XVI əsrdə homoseksuallığın cəzası diri-diri tonqalda yandırılmaq idi. İngiltərədə də mövcud olan bu ölüm cəzası bir neçə əsr öz aktuallığını qoruyub saxladı.

Özü-özlüyündə xəstəlik hesab olunan, təbiətə etiraz kimi dəyərləndirilən bu əməl, həm də insanı diksindirən, iyrənc, tükürpədici bir hadisədir. Nədənsə, dünya təcrübəsinə baxdıqda biz bu mənzərənin tam əksi ilə rastlaşırıq: homoseksuallıq iyrəncliyinə, ayıblığına, xəstəlik olmasına baxmayaraq, hər zaman dünyanın müxtəlif ölkələri tərəfindən normal qəbul edilib. Məsələn, Yunan və Roma tarixinə nəzər salsaq, görərik ki, homoseksuallıq bu ərazilərdə geniş yayılmışdı və utanıb-çəkinmədən insanlar bunu nümayiş etdirirdilər. Bu mövzuda antik yazıçı və müəlliflər öz əsərlərində kifayət qədər yazıblar. Qədim Yunanıstanda homoseksualların məhəbbəti haqda əsərlər yazmaqla kifayətlənməyən yazıçılar hətta bunu allahlara da aid etmiş, homoseksual tanrılardan da yazılar yazıblar.

Filosoflar da bu mövzuya biganə yanaşmayıblar. Məsələn, Platon və onun tərəfdarları bu məhəbbətə qadınla kişi arasında olan məhəbbətdən daha ali yanaşırdılar. Daha sonralar Siseron yaradıcılığında da homoseksual məhəbbətə rast gəlmək olur.

Bütün bunları nəzərə alsaq, görərik ki, homoseksuallıq tarix boyu çoxsaylı qadağa və cəzalara baxmayaraq mövcudluğunu qoruyub saxlaya bilib. Deməli, bütün qadağalara, təbiət qanunlarına zidd olmasına baxmayaraq, homoseksuallıq öz varlığını qoruyub saxlaya bilibsə, o, özü də bir təbiət qanunauyğunluğudur. Bununla da, qarşımıza çox böyük bir paradoks çıxır. Səmimi olsaq, dərk edərik ki, homoseksuallıq təbiətə qarşı çıxmaqla yanaşı, həm də təbiət qanunlarına tabe olmaqdır.

Təbiət, sadəcə, fiziki olanı tanımaq və qəbul etmək iqtidarındadır, əxlaqi olanı deyil. Lakin Asiyada, Şərqdə baş verənlər bizə göstərir ki, əgər bu əməl – homoseksuallıq cəzalandırılmasa və qarşısı alınmasa, insanlar bir-birindən cəsarət almağa, bunu daha da yaymağa başlayacaqlar. Məhz bu səbəbdən Avropa istər qanun, istər din, istərsə də əxlaq mövqeyindən məsələyə yanaşır və onu tənqid edirlər. Evlilik sözügedən prosesin qarşısı alınması üçün mövcud olan ən yaxşı vasitələrdən biridir. Homoseksuallar bir-biri ilə evlənə bilməzlər, elədir? Deməli, qanunlara, əxlaqa, cəmiyyətə və dinə qarşı çıxmağa cəsarət edən azsaylı homoseksuallıq öz kişi sevgilisi uğrunda həm də gələcək ailə həyatından imtina etməlidir. Bunu isə çox az adam edə bilər.

Hər halda araşdırmağa çalışdığımız şey budur: əgər insanlara öz istədikləri kimi yaşamağa, seçimlərində sərbəstliyə icazə versək, gələcəyimiz hara gedəcək? Bilirik ki, homoseksuallar nəsil artırmaqda acizdirlər. Yüksələn xətlə inkişaf edən bu xəstəliyin qarşısının alınmaması gələcəkdə nəsil artırmada çoxsaylı problemlərə gətirib çıxaracaq.

Mən təklif edirəm ki, bu prosesin qarşısını almaq üçün homoseksuallara əxlaq, qanun, din qadağaları qoyulmasın, onlara məsələnin mahiyyəti, təbiət sirləri izah olunsun.

kult.az

Go Back

0 Şərh Posted in Elmi araşdırma
Paylaş
Tənbəlliyə son qoyaq
22-11-2014

  1. Başlanğıc üçün ümumiyyətlə heç bir şey etməyin.
    Bütün fəaliyyətlərinizi dayandırın; otaqda o yan bu yana getməyin, kompüter arxasında oturmayın, yeməyin, oxumayın, musiqi dinləməyin. Gözlərinizi yuma bilərsiniz. Buna 10 dəqiqənizi ayırın və özünüz bir işlə məşğul olmaq istəyəcəksiniz. Burda mediativ bir təcrübə var, bu tənbəlliyi aradan qaldırır və enerji qazandırır.
  2. Burda 5 dəqiqəlik iş var.
    İşə bunun nə qədər ağır olduğu düşüncəsi ilə başlamayın. Özünüz 5 dəqiqə işləyəcəyinə inandırın. Beş dəqiqəyə dözmək heç də çətin deyil və bu, işə başlamaq üçün kifayətdir. Çox güman ki, bununla da işinizi sona qədər çatdırcaqsınız.
  3. Böyük işləri hissələrə ayırın.
    Böyük məsələnin həllinə başlamaq heç də asan deyil. İşi hissələrə ayırın və onları ardıcıllıqla yerinə yetirin. Bu daha asan çıxış yoludur!
  4. Özünüzü mükafatlandırın.
    İstənilən iş sonda mükafatlandırılmalıdır. Buna görə də hər hissəni bitirdikdən sonra həvəslənmək üçün özünüzü mükafatlanıdrın. Qutardınız-sevdiyiniz peçenye ilə bir finca qəhvə için, gəzişin və ya 5 dəqiqəlik mürgüləyin. Bu yaxşı vərdişdir.
  5. Bu günün işini sabaha saxlamayın.
    Sabah-həftənin ən ağır günüdür. Əgər nəsə etmək istəyirsinizsə elə indi edin, çünki sabah başqa bir vacib iş çıxacaq və fikrinizi dəyişməli olacaqsınız. Gec olsa belə, işə bu gün başlayın. Başladığınızı sabah bitirmək, sıfırdan başlamaqdan asandır.

Go Back

0 Şərh Posted in Elmi araşdırma
Paylaş
İnsan psixologiyasına aid maraqlı faktlar
21-11-2014

  1. Biz adətən öz valideynlərimizə oxşayan adamlara vuruluruq. Uşaqlıqdan valideynlərimizlə aramızda olan problemləri vurulduğumuz adamla həll etmək, çatışmazlıqları onda tapmağa çalışırıq.
  2. Hətta müsbət hadisələr belə — universiteti bitirmək, evlənmək və ya yeni işə başlamaq, depressiyaya gətirib çıxara bilir.
  3. Psixologiyada belə prinsip var: bir hadisədən nə qədər çox şey gözləyirsənsə, o qədər də çox məyusluq yaşayırsan. Çox gözləyirsən – az əldə edirsən, az gözləyirsən, çox əldə edirsən. Bu dəmir prinsipdir, heç bir istisna yoxdur.
  4. İnsanlar tanış olmayan yerə gedib çıxanda adətən sağ tərəfdən geriyə dönürlər. Bunu bilməyin faydası: siz qələbəlik arasına düşmək istəmirsiniz, yaxud növbədə çox qalmaq istəmirsinizsə, sol tərəfə meyllənin.
  5. Qıza deyin ki, ona hədiyyə almısınız və nə olduğunu tapmağını istəyirsiniz. O, istəklərini deyəcək.
  6. Əgər gecələr sizə qarabasmalar əzab verirsə, böyük ehtimalla yuxuda donursunuz. Elmi faktdır – yataq nə qədər soyuq olarsa, o qədər çox qorxulu yuxular görəcəksiniz.
  7. Mütəxəssislərin müşahidələrinə görə mavi gözlü adamlar bir neçə dəqiqə ərzində aşiq ola bilərlər, qonur gözlü insanlar isə eyni zamanda iki nəfəri sevə bilərlər. Yaşıl gözlü adamların aşiq olması üçün uzun müddət lazımdır, hətta bir ilə yaxın. Yerdə qalanlar üçünsə bir saat bəs edir.
  8. Kişi və qadın arasında şahidlik baxımından fərqlər var. Məsələn, bir cinayətkar küçədə kiminsə çantasını qapıb qaçır, bunu görən qadın qurbanın üzünü yadda saxlayır, bunu görən kişi isə oğrunun.
  9. İnsanın yaddaşı ən yaxşı səhər 8-dən 12-ə kimi, bir də axşam 9-dan sonra işləyir. Ən pis isə günortadan sonra.
  10. Əgər hər tərəfi tərs göstərən eynək taxsanız, bir müddət sonra tərs velosiped də sürə bilərsiniz.
  11. Eyni vaxtda birdən çox işi görmək mümkün deyil. İnsanların çoxu bunu mümkün saysa da elmi araşdırmalar sübut edir ki, bir işdən daha çox işə diqqəti cəmləmək mümkün deyil. Fiziki işlər istisnadır. Məsələn, yeriyə-yeriyə telefonla danışmaq mümkündür. Bu halda ya yola, ya da telefondakına diqqət verməliyik.
  12. Bir insan üçün ən xoş səs onun adının səslənməsidir. Kiminləsə tanış olduğunuz zaman çalışın onun adını yadda saxlayasınız. Vəzifəsini, ixtisasını deyil, adını yadda saxlayın. Bu yaxşı münasibətlərin qurulmasının əsas qaydasıdır.
  13. Tez yatmaq üçün kürəyi üstə uzanın. Gözlərinizi bağlayın və göz bəbəklərinizi yuxarı qaldırın. Bu yuxu zamanı gözlərin normal halıdır. Bu vəziyyətdə yatarkən insan tez, asan və bərk yatır.
  14. Psixoloqlar qadınların kişiləri qiymətləndirmək üçün onlara 45 saniyənin kifayət etdiyini deyirlər. 10 saniyə ərzində qadın kişinin fiqurası, 8 saniyə ərzində gözləri, 7 saniyə ərzində saçları, 10 saniyə dodaqları və çənəsi, 5 saniyə ərzində çiyinləri barəsində təəssüratını dəqiqləşdirir. Son 5 saniyədə isə qadın kişinin barmağında üzüyün olub-olmamağına baxır.

Go Back

0 Şərh Posted in Elmi araşdırma
Paylaş
İnsan səsinin xarakteri
18-11-2014

İnsanın səsi də onun bəzi xarakterik xüsusiyyətlərindən xəbər verir.

Hitqin sürəti, canlılığı, inamlılığı, tempi: impulsivlik, özünəinam.
Sakit, ləng nitq: düşüncəlilik, ağıl, özünəəminlik.

Nitqin sürətindəki nəzərə çarpan yayınmalar: tarazlıq, əminliyin olmaması, asanlıqla həyəcanlanma, həssaslıq, ehtiyatlılıq.

Nitqin axıcılığı: ritmik, axıcı danışıq dilinə xas olan, yüngül, növbəli intonasiyalı səs hisslərin zənginliyini, tarazlılığı, daha çox yaxşı əhval-ruhiyyəni, ciddi dövrləşməni bildirir. Düzgün danışıq yaşananların güclü şəkildə dərk olunmasını, iradənin gərginliyini, nizamlılığı, hisslərin soyuqluğunu, vasvasılığı bildirir. Səsin axıcı manerası dərin, emosio-nal əlaqələri olan insanlar arasında, süfrə arxasında, gəzintilərdə olur. Kobud, qaba manera şizotimiklər üçün xarakterik olub aydın, məhsuldar təfəkkürdən xəbər verir.

Səsin yüksəkliyi və gücü: həyat gücünün çox olması, təbii imkanların genişliyi, təkəbbür.

Falset (borudan çıxırmış kimi gur, “başdan gələn səs”): daha çox intellektual imkanlara əsaslanan adamlar üçün xasdır.

Sinədən gələn səs: bu səs daha çox təbii amillərlə köklənir. Onun sahibi emosional, zərif, həssas, təbii və səmimidir.

Yüksək qulaqdeşən səs: qorxu və həyəcanı ifadə edir.

Aşağı səs: sakitliyi, dalğınlığı, ləyaqətliliyi, kövrəkliyi, bəzən də hiyləgərliyi, ehtiyatlılığı siqnallaşdırır.

Sakit, zəif səs: sözünü tutmamaq, ciddilik, həyat gücünün çatışmazlığı, xarakter zəifliyidir.

Səsin yüksəkliyinin kəskin dəyişməsi: emosionallıq və həyəcanı bildirir.

Artikulyasiya: səsləri və sözləri, nəhayət fikri aydın, dəqiq ifadə etmək daxili nizam-intizama işarədir.

Aydınlaşdırılması tələb olunan, canlılığı olmayan dağınıq tələffüz: güzəştə getmək, inamsızlıq, yumşaqlıq, iradə zəifliyinin əlamətidir.

dushunce.az

Go Back

0 Şərh Posted in Elmi araşdırma
Paylaş
Məşhurların sirli ölümləri: Əcəlmi, qəsdmi
17-11-2014
Psixo-Kumir

Tanınmış ulduzların ölümlərindəki sirlər hələ də müəmmalı qalır…

Məşhur insanların həyatı göz qabağındaolduğu üçün onların ölümləri də maraq doğurur. Ən çox da bu ölüm gözlənilməz olubsa… İnsanlar hər şeyi: niyə öldüyünü, nə səbəbdən öldüyünü, kimin əli ilə öldüyünü, kimin öldürtdüyünü və s. bilmək istəyir. Beləliklə, dünya şöhrətli insanların ölüm tarixçəsi ilə tanış olaq.

Maykl Cekson – Məşhur pop kralı Maykl Ceksonun ölümü fərqli söz-söhbətlərin ortaya çıxmasına səbəb olub. İnsanlar bu mövzuda hər gün yeni bir xəbərlə oyanırdılar. Məşhur popçunun ölümü ilə əlaqədar sirlər hələ də mövcuddur. Maykl Ceksonun öldüyü və ya öldürüldüyü barədə bir çox versiyalar var. Onun son vaxtlar səhhətində problemləri olub və bu söz-söhbətlərə bir qədər su səpir.

Amma onu sevənlər əmindirlər ki, Cekson öldürülüb. Birinci dərəcəli şübhəli isə onun həkimidir. Bir həqiqət var ki, Cekson olduqca çox əməliyyat keçirib, dərisinin rəngi belə plastik əməliyyatlar nəticəsində dəyişib. Bu qədər müdaxilədən sonra orqanizmin 80-90 il yaşamasını gözləmək də olmazdı…

Maraqlıdır ki, Maykl Ceksonun dəfni də ölümü qədər sirli olub. Cekson ailəsi dəfn mərasiminə heç kimi buraxmadı, cənazənin harada, necə, hansı adətlərlə dəfn edildiyi müəmmalı qaldı. Maykl Cekson sonradan müsəlmanlığı qəbul etmişdi, dəfnin müsəlman yoxsa xristian adətləri ilə olması haqqında da məlumat yoxdur. Bəzi məlumatlara görə isə Maykl Ceksonun nəşi yandırılıb, tabuta külü qoyulub.

Ceyms Din – Yaşlı nəslin daha çox xatırladığı məhşur aktyor Ceyms Dindir. Ömrünün ən gözəl illərində, karyerasının çiçəkləndiyi bir dövrdə qəfil ölümü ilə heyranlarını üzdü. 1955-ci ildə şəxsi avtomobiliylə törətdiyi qəzadan sağ çıxmayan aktyorun ölüm səbəbi kimi yüksək sürət göstərilir. Daha da maraqlı olan odur ki, qəzanın səbəbkarı Ceymsin çarpışdığı avtomobilin sürücüsü Donald adlı gənc olduğu halda, qəzanın təqsirkarı ölən aktyor hesab edildi və iş bağlandı. Səbəb kimi də Ceyms Dinin gözlərinin görmə qabiliyyətinin zəif olduğu və eynəksiz sükan arxasında oturduğu deyildi.

Bryus Lee – Bizim ölkəmizdə də kifayət qədər sevilən Bryus Lee Amerikada doğulmuş əslən Çinlidir. Bu aktyorun ölümündə də sirlər var. Həkimlər filmlərdən birinin çəkilişində belindən xəsarət alan aktyora döyüş səhnələrini qəti qadağan edir və 6 ay boyunca yataqda dincəlməsini tapşırırlar. Bu dövrdə aktyor kitab yazır. Amma yazdığı kitabı bitirə bilmir, yarıda qəfildən vəfat edir.

1973-cü ildə vəfat edən aktyorun ölümündəki müəmmalar hələ də qalmaqdadır. Çünki o, daim həkim nəzarətində olub və heç nədən şikayəti olmayıb. Sevənləri fikirləşir ki, Bryus Lee yalnız öldürülə bilər. Ölümündən qabaq yeni rol alacağı bir filmin rejissoru ilə görüşə gedən aktyor baş ağrısından şikayətlənir və baş ağrısı dərmanı içib yatır. Axşama qədər oyanmadığını görüb şübhələnirlər və onu oyatmağa çalışırlar. Təcili yardım çağırırlar, amma artıq Bryus ölmüşdü…

İstedadlı aktyora “beynindəki şiş səbəbi ilə öldü” diaqnozu qoyulur. Maraqlıdır ki, ölümündən əvvəl dəfələrlə həkim müayinəsindən keçmişdi və bu barədə heç bir həkim bir söz deməmişdi. Qeyri-rəsmi məlumatlara görə isə o ölümündən iki ay əvvəl bir beyin iflici keçirmişdi. Amma bu barədə demək olar ki, heç bir yerdə sübut yoxdur.

Aktyorun ölümünün səbəbkarı kimi ən çox Hollivud rəhbərliyinin adı hallanır. Çünki o dövrlərdə Brus Lee Çin kinosunu çox inkişaf etdirir və demək olar ki, Hollivud kölgədə qalırdı. Bu ehtimalı cəsədin tibbi ekspertizası zamanı əldə edilən nəticələr də təsdiqlədi. Brus Leenin bədənində zəhər tapıldı. Amma bu məsələ elə ekspertiza otağında qaldı, naməlum səbəbdən bu xəbər bildirilmədi.

Con Lennon – “Beatles”in əfsanə səsi Con Lennon da karyerasının zirvəsindəykən vəfat etdi. Ölümündəki sirlər hələ də qalmaqdadır. Əfsanə səsin sahibini bir pərəstişkarı öldürdü. İddiaya görə qatilin ruh sağlığı normal deyilmiş. 1980-ci ildə Nyu-Yorkdakı bir konsertdən sonra öldürülən müğənninin ABŞ siyasətinə qurban getdiyi də söylənilir. Çünki Con Lennon o zamanlar hakimiyyətdə olan Amerika prezidenti Ronald Reyqana qarşı sərt münasibət bəsləyir, radikal fikirlər söyləyirdi.

Merlin Monro – Filmlərdə axmaq, bəzən də hiyləgər sarışın tipli rolların mahir ifaçısı, cazibədar aktrisanın ölümü də sirli oldu. “Something’s Got to Give” adlı komediya filmində rol təklif etdilər. Bu filmdə onun ilk çılpaq səhnəsi olacaqdı. Ancaq film çəkilişləri boyunca xəstə olduğunu deyib çəkilişlərə gəlmir və adı eşq macəralarında hallanırdı.Buna görə filmdən qovuldu. Başqa bir aktrisayla razılaşdılar.

Amma nədənsə yalnız Merlinlə işləyəcəklərində israr etdilər və aktrisa yenidən filmə qayıtdı. Filmin çəkilişləri təkrar başlamadan öncə aktrisa yüksək dozada sakitləşdirici dərman qəbul etdiyindən 1962-ci ilin avqustunda vəfat etdi. Cəsədin yarılması zamanı intihar ehtimalı da üzə çıxdı. Çünki qəbul edilmiş dərmanlar normadan dəfələrlə çox olub. Başqa bir versiya da onun öldürüldüyünü deyir, həm də axranası tərəfindən.

Devid Karradin – Məşhur Hollivud ulduzu Devid Karradinin sirr dolu ölümü hələ də çox maraq doğurur. Taylandda bir otel otağında tavandan asılmış halda tapılan aktyorun intihar etməsi ilə bağlı versiyalar var. Amma aktyorun meneceri Binder iddia edir ki, Devidi öldürüblər. Onun sözlərinə görə ölü tapılan aktyorun əlləri arxadan bağlı olub və otaqda başqa ayaq izlərinə də rast gəlinib. Digər iddiaya görə isə aktyor işgəncə edildikdən sonra öldürülüb.

Elvis Presley – Bir coxlarının canlı əfsanəsi, həyatının son illərində inanılmaz dərəcədə çox yemək yeyən Elvis 1973-cü ildə həyat yoldaşından boşanır. Depressiya daha da çox yeməyə vadar edir. 1977-ci ildə son konsertini verir, çünki bu konsertdən dərhal sonra müəmmalı şəkildə ölür. Həkimlər ölüm səbəbi kimi ürək çatışmazlığını göstərirlər. Amma belə bir fikir də söylənilir ki, Elvis Presley CİA-nın radikal siyasət planlarının qurbanı olub. Ancaq indiyədək onun ölümünə çox adam inanmır. Onun fərqli ad və fərqli sima ilə hələ də yaşadığını söyləyirlər.

Şahzadə Diana – bu məşhur xanımın ölümündəki sirlər hələ də açılmayıb. İngilis xalqının sevimlisi olan Diana çox səmimi və xeyirxah biri olub. Bütün həyatı boyunca xeyir işlər görən Ledi Diana foroqraf və jurnalistlərin hədəfi idi. Ölümünə səbəb kimi də elə onların hücumundan qaçmaq cəhdi göstərilir. Daha aydın desək, guya şahzadə jurnalistlərdən qaçarkən sürücünü həddindən artıq sürətli sürməyə məcbur edib. Amma şahzadə belə biri deyildi, ona ünvanlanan sualları həmişə cavablandırırdı və jurnalistlərlə münasibəti çox yaxşı idi.

Diana öldükdən sonra bir çox sui-qəsd iddiaları ortaya çıxıb, amma bunlardan biri çox inandırıcı idi. Fransalı məşhur araşdırmacı-jurnalist Lafaille bir sənəd tapdı və bu sənəddə şahzadənin hamilə olduğu bildirilirdi. Amma iddia edilir ki, uşaq şahzadənin ərindən, yəni şahzadə Çarlzdan deyildi. Çünki bu söhbətin mövcud olduğu dövrdə, yəni 1997-ci ildə onlar rəsmi olaraq ər-arvad deyildilər, bir il öncə boşanmışdılar.

O zamanlar belə bir şayə də vardı ki, Diana müsəlman bir kişi ilə eşq yaşayır. Hamiləlik kağızının saxta olmadığını səhiyyə naziri də təsdiq etdi. Ehtimal olunur ki, İngiltərə kral ailəsi gəlinlərinin başqa birindən hamilə olması xəbərini gizlətmək üçün bu dəhşətli qəzanı fikirləşir və həyata keçirirlər.

Cəmiyyəti ən çox maraqlandıran sirli ölümlərdən yazdıq. Kim bilir, bəlkə də şübhələr doğrudur, onlar əcəli ilə ölməyiblər, öldürülüblər. İçlərində bəzilərinin hələ də yaşadığı deyilir. Doğrusunu isə Allah bilir…

dushunce.az

Go Back

0 Şərh Posted in Elmi araşdırma
Paylaş
Bədii əsər oxumağın beynimizə təsiri
13-11-2014

Uzun müddət bədii əsərlərdəki reallıqlara aludə olmaq beyinəuzunmüddətli təsir göstərir. Roman oxumaqla beyinin bəzi hissələrində əmələ gələn dəyişikliklər kitabı bağladıqdan sonra da bizimlə qalır.

Emori Universitetinin (ABŞ) tədqiqatçıları uzunmüddətli fasiləsiz roman oxuduqdan sonra beyində uzunmüddətli izlər qalıb qalmadığını aydınlaşdırmağa çalışmışlar. Gregory Berns və onun kolleqaları eksperimentdə iştirak etmək üçün 21 könüllü dəvət etmişlər. Onlar bu könüllülərdən 9 gün ərzində Robert Harrisin “Pompey” romanını oxumağa məcbur etmişlər. Romanın mövzusu kifayət qədər geniş yayılmış mövzudur: təhlükəni hiss edən əsərin baş qəhrəmanı hadisədən heç bir xəbəri olmayan digərlərini xəbərdar etməyə çalışır. Gözlənildiyi kimi əsərdə məhəbbət motivləri də yer almışdır.

Eksperimentdə iştirak edən hər bir şəxs hər gün laboratoriyaya gəlirdilər. Burada onlar romandan 30 səhifə oxuduqdan sonra onların beyinləri yoxlanılırdı. Eksperiment iştirakçılarından həmçinin gecələr də oxumaqları tələb edilirdi, səhər isə onların beyinləri kitab oxudulmayaraq yoxlanılırdı.

Tədqiqat müəlliflərinin qeyd etdiyinə görə, mütəmadi olaraq oxumaq sol gicgah yarımkürəsində neyron əlaqələrini möhkəmləndirir. Tədqiqatçılar bir faktı nəzərə çatdırmışlar ki, hətta sakit vəziyyətdə belə neyronların güclənməsi davam etmişdir. Müəlliflər bunu əzələ yaddaşı ilə müqayisə etmişlər. Belə ki, insanlar uzun müddət məşq etməsələr belə, onların əzələləri güc ilə təmin edilir.

Bundan başqa, oxucularda bədən hissinə cavab verən ilkin sensor mühərrikli beyin qabığının gücləndirilməsi müşahidə edilib. Məlumdur ki, sensomotor yarımkürə tək real hərəkətlərlə deyil, təxəyyül vasitəsilə də fəallaşa bilər. Romanla da bu baş verir. Oxuyucular romanı oxuduqda özlərini hadisələrin mərkəzində olan cəsur romalının yerində təsəvvür edirlər. Buradan belə nəticə çıxır ki, insanlar əsəri oxuduqda beyin həqiqətəndə əsərdəki baş qəhrəmanların “cildinə girə” bilər. Hətta romanı oxuyub bitirdikdən 5 gün sonra belə beyindəki dəyişikliklər saxlanılır. Bu isə öz növbəsində bədii əsərin insan beyninə olan uzunmüddətli təsirin göstəricisidir.

kayzen.az

Go Back

0 Şərh Posted in Elmi araşdırma
Paylaş
Uğurlu görüş üçün psixoloji fəndlər
11-11-2014

Qrupda hamı eyni vaxtda gülürsə, hər kəs daha simpatik hesab etdiyi adama baxır. Yaxud özünə yaxın görmək istədiyi adama baxır.

Qarşınızda görüləsi vacib iş var, amma siz əsəbisiniz. Sakitləşmək üçün saqqız çeynəyin, yaxud ümumiyyətlə nəsə yeyin. Belə siz sakitləşə biləcəksiniz, çünki şüuraltı olaraq, yemək yeyilən an təhlükəsizliklə assosiasiya edilir.

Kimsə sizin üstünüzə qışqırırsa, sakitliyinizi qoruyun. Bəlkə də siz bununla qarşınızdakını daha çox əsəbiləşdirəcəksiniz, amma sonra o dərin günah hissi keçirəcək.

Qarşınızdakının cavabı sizi qane etmirsə, onun yarımçıq cavab verdiyini düşünürsünüzsə, sualı yenidən verməyin. Sadəcə onun gözünün içinə diqqətlə baxın. Bu halda o davam etməyə məcbur qalacaq.

Sən demə, təkcə emosiyalar mimikaya təsir etmir. Həmçinin əksi baş verir. Özünüzü xoşbəxt hiss etmək istəyirsinizsə, durduğunuz yerdə gülümsəyin.

Çox mühüm bir iş görüşməsi zamanı, hesab edin ki, müsahibə götürən – sizin köhnə dostunuzdur. Bu zaman siz özünüzü sərbəst aparacaqsınız və gərginliyiniz azalacaq.

Əvvəl böyük şeylərdən imtina etmiş insanlar kiçik şeylərdə güzəştə getməyə meyllidirlər.

Əgər siz gün ərzində insanlarla çox işləmək məcburiyyətindəsinizsə, arxanızda bir güzgü yerləşdirin. İnsanlar özlərini daha nəzakətli aparacaqlar — axı heç kəs özünü qəddar görmək istəmir.

Əgər siz yığıncaqda kimdənsə kəskin tənqid gözləyirsinizsə, həmin insanın yanında oturmağa çalışın. Bu halda o ehtimal ki, yumşalacaq və sizə qarşı güclü davrana bilməyəcək.

İlk görüşü elə yerdə keçirmək lazımdır ki, həmin yerdən müsbət emosiyalar ala biləsiniz. Nəticədə xoş təəssüratlar sizinlə assosiasiya ediləcək.

Go Back

0 Şərh Posted in Elmi araşdırma
Paylaş
Xarakterizmizi əks etdirən yatmaq pozası
09-11-2014

Yatmaq şəklimiz bizim ətraf aləmə olan münasibətimizi əks etdirir. Psixoloqların sözlərinə görə, insan yuxuda öz davranışlarına nəzarət edə bilmir. Əgər siz müəyyən bir pozada yatsanız belə, yuxudan mütləq xarakterinizi əks etdirən formada oyanacaqsınız. Son yuxu araşdırmasını britaniyalı alimlər aparıblar. Professor Robert Fillipsin sözlərinə görə, 6 əsas yuxu pozası var. Onlardan ən çox yayılan embrion formasıdır.

a) Embrion
Ana bətnindəki kimi qıvrılaraq yatmaq insanın həssas bir qəlbə malik olduğunu göstərir. Belə yatan insanlar ilk görüşdə utancaq olsalar da qısa zamanda rahatlayırlar. Araşdırmalarda iştirak edən 1000 nəfərdən 41% bu şəkildə yatıb. Bu pozisiyada xüsusilə qadınlar daha çox yatırlar.

b) Dik yatış
Sol böyrü üstündə qollar yanda yatış formasıdır. Belə yatanlar rahat, qələbəliyə alışan, yadlara tez güvənən, sosial insanlar olurlar. Bütün bunlara baxmayaraq bəzən tez aldana bilirlər.

V) Yaşlı yatışı
Böyrü üstə, hər iki əli ya yastığın yanında, ya da çiyin səviyyəsində bükülən insanlar təbiiliyi sevirlər. Ancaq bəzən şüphəçi, hər şeyə ehtiyatla yaxınlaşa bilirlər. Fikirləri çətin dəyişir. Bir qərar verəndən sonra onu dəyişdirməyi heç sevmirlə.

q) Əsgər yatışı
Qollar rahat şəkildə yana salınmış, kürəyi üstə, ancaq başı sağa sola dönəcək şəkildə yatanlar sakit, ağzı bütöv olurlar. Lazımsız yerə danışıb, ortalığa təşviş salan insanlardan heç xoşları gəlmir.

d) Üzü üstə
Üzü üstə, ayaqlar aralı və düz, qolar yastığın üzərində qatlanmış formada, başını sağa sola çevirərək yatan insanlar toplu, kütləvi halda yaşamağı sevirlər. Bundan əlavə onlar əsəbi, narahat, asan inciyən insanlardırlar. Tənqid edilməyi sevmirlər.

e) Ulduz yatışı
Kürəyi üstə, qollar və ayaqlar açılmış, ulduzu xatırladan formada yatanlar yaxşı dost olurlar. Onlar hər zaman başqalarını dinləməyə və yardım etməyə hazırdırlar. Diqqət mərkəzində olmağı sevmirlər.
Sağlamlıq cəhətdən üzü üstə yatmaq həzmi pisləşdirir,dəniz ulduzu və əsgər forması xoruldama problemi yaradır, pis yatmağa səbəb olur.

Go Back

0 Şərh Posted in Elmi araşdırma
Paylaş
Əgər Quranı bilsəydim, Nobel mükafatını 20 il əvvəl alardım
08-11-2014

Dünyanın ən məşhur embrioloq alimlərindən biri, yəhudi Rob Gillham Quran ayələrini oxuyandan sonra İslamı qəbul edib. Albert Eynşteyn İnstitutunun professorunun diqqətini Quranda “ərindən boşanan qadınlar 4 ay…başqa kişiyə toxunmamalıdır” ifadəsi cəlb edib. Embrioloqun dediyinə görə, qadının orqanizminin kişinin «xromosom izi»ndən təmizlənməsi üçün məhz bu qədər vaxt gərəkdir. Misir Milli Embriologiya Mərkəzinin professoru, doktor Əbdel Bəset əs Səidin dediyinə görə, embrioloq Gillham araşdırmalarını əvvəlcə ABŞ-ın müsəlmanlar yaşayan bölgələrindən birində, sonra isə Nyu-York, Hyuston və Los-Ancelesin müxtəlif məkanlarında aparıb. Tədqiqatlar nəticəsində məlum olub ki, ərindən boşanmış müsəlman qadınlardan fərqli olaraq, başqa dinlərdən olan qadınların orqanizmlərində eyni vaxtda bir neçə kişi xromosomu izləri olub. Nəticədə arvadının orqanizmini tədqiq edən Gillham xanımının bədənində 3 müxtəlif kişi xromosomu izləri tapıb. «Belədə anladım ki, arvadım mənə xəyanət edib. Onu da dərk etdim ki, üç övladımdan yalnız birinin atası mənəm. Müsəlman qadınlara hörmətim daha da artdı», — Gillhem deyib. Xatırladaq ki, kanadalı alim, anatomiya və embriologiya sahələrində ən böyük mütəxəssislərdən biri sayılan şəxs, 8 dilə tərcümə edilmiş “İnsan embriologiyası” kitabının müəllifi Keyt Mur demişdi: “Əgər Quranı bilsəydim, Nobel mükafatını 20 il əvvəl alardım.”

(kayzen)

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər