Altı şlyapa metodikası

Etibar təbəqənin hər bir üzvünün düzgün qərar qəbul etməsi dövləti qüdrətli dövlətə, fərdin ardıcıl düzgün qərarlar qəbul etməsi onu şəxsiyyətə çevirir. Bu səbəbdən də bu problem bəşəri gündəmin ən aktual problemlərindən biridir.

Eduard de Bonoye (Malta, 1933) görə yaradıcılıq – informasiya sisteminin özünütəşkilin zəruri xarakteristikalarından biridir. Bu əsasda o, qeyrişablon düşüncənin konsepsiyasını və alətini yaratmışdı.

Hər bir problemin həlli zamanı, çox vaxt yaradıcı potensialdan tam istifadə edilmir. Çünki fikirlərin, emosiyanın, əks-ideyaların xaotik seli buna imkan vermir. Problem üzərində fikri cəmləmək və düşüncə prosesini lazımi istiqamətə yönəltmək üçün doktor de Bono tərəfindən irəli sürülmüş “Düşüncə altı şlyapa metodikası” çox geniş yayılmaqdadır.

Yeniyetmə və gənc yaşlarında fiziki cəhətdən zəif olan de Bono gənclərarası mübahisələr zamanı ona qulaq asılmasını istəyirdi ki, mübahisə dalaşma həddinə çatmasın… Tezliklə o başa düşdü ki, gənclər arasında söz sahibi o kəsdir ki, fiziki cəhətdən qüvvətlidir. Yaşlılar arasında isə söz sahibi o kəsdir ki, vəzifəsi böyükdür. Beləliklə, həmişə problemin düzgün həlli kənarda qalır.

Cəmiyyəti bu qüsurdan qurtarmaq üçün doktor de Bono “altı rəngli şlyapa” universal metodikasını işləyib hazırlamışdır. Bu metodika düşüncə prosesinin effektivliyini yüksəldir. Metodika, altı rəngli şlyapalardan birini virtual geyməklə, yaradıcı prosesi nizamlamağa imkan verir. Ağ şlyapada insan hadisə ilə bağlı ancaq rəqəmləri və faktları sadalayır. Qara şlyapada insan prosesin hər yerində ancaq neqativ axtarır, mənfi məqamları qabardır. Sarı şlyapalı adam prosesin ancaq müsbət tərəflərindən, cəhətlərindən söhbət açmalıdır. Növbə yaşıl şlyapaya çatanda, bu şlyapanı geyən, yeni ideya, təklif irəli sürməli və nə etməli sualına cavab axtarmalıdır. Qırmızı şlyapadan nadir hallarda istifadə edilir və emosiyaları boşaltmaq üçün nəzərdə tutulur. Aparıcı, zaman-zaman gərginliyi azaltmaq, yığılmış “buxarı” havaya buraxmaq üçün bu şlyapanı geyməyi kimlərəsə təklif edir. Nəhayət, iclası aparan və daim göy şlyapada olan aparıcı düşüncə prosesini idarə edir. İclasda kimlərin hansı şlyapa geyməsinə o əmr verir. Onun səyi nəticəsində iclasın iştirakçıları fikirlərini vahid məqsədə doğru yönəldirlər.

Diskussiyanın qaydalarının əsası bundan ibarətdir ki, iki şlyapadan eyni zamanda istifadə edilməsin. Misal üçün, əgər sənə yaşıl şlyapa geymək təklif olunubsa, sən ancaq ideya söyləməlisən. Prosesin nə müsbət, nə də mənfi tərəflərindən danışmamalısan.

Düzgün qərar qəbul etmənin digər üsullarından fərqli olaraq , bu üsulda insanın psixologiyası nəzərə alınmaqla fərdlərin nöqsanları cilovlanır.

ŞAHLAR QAÇAY OĞLU ƏSGƏROV
Fizika-riyaziyyat elmləri doktoru, professor

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər