Normal qidanma qaydaları barədə yüzlərlə məsləhətlər verilir. Min illərin təcrübəsi göstərir ki, bizim mətbəximizdə işlədilən qidaların mütləq əksəriyyəti orqanizm üçün faydalıdır.
Əgər belə olmasaydı, təbii seçmə qanununa və təcrübəyə görə həmin qidaların əksəriyyəti gün-dəlik menyudan çoxdan çıxarılmış olardı. ümumiyyətlə, hansı qidanı yeyib-yeməmək nisbi anlayışdır. Bəzi xalqların imtina etdiyi qida növlərini, digər xalqlar yeyir, yaxud əksinə.
- Bacardıqca çoxlu tərəvəz yeyin
Bu məsləhət ilk baxışda əksər adamlar tərəfindən qəbul edilir. Tərəvəzdə çoxlu vitaminlər var. Həzm prosesində tərəvəz köməkçi vasitədir. Tərəvəzin kaloriliyi azdır, ona görə asan həzm olunur, iştah gətirir, təzyiqi normallaşdırır. Bir amili nəzərə almaq vacibdir ki, mədə-bağırsaq sistemində pozuntu olan adamların çoxlu miqdarda tərəvəz yeməsi, problem yaradır. çoxlu tərəvəz yeyilməsi kəskin arıqlamaya səbəb ola bilər. Eyni növ tərəvəzin mütəmadi olaraq qəbul edilməsi, qanazlığına səbəb olur. Ən yaxşı qanyaradıcının heyvan mənşəli qidalar olduğu hamıya bəllidir.
- Yağlı yeməklərdən imtina edin
Yağlı və piyli heyvan mənşəli qidaları menyunuzdan kənarlaşdırın (piyli ət, sosiska, kolbasa). Bu qidalar orqanizmdə xolesterinin miqdarını kəskin artırır, ürək-damar sisteminin fəaliyyətinə mane olur, qan təzyiqi yüksəlir, damarlar kirəcləşir. Digər tərəfdən, yağlı maddələrdən imtina etmək, A və E vitaminlərindən imtina demək olardı. A vitamini boy artımı, gözün görmə qabiliyyətinin normada olmasının əsas bazasıdır. E vitamini nəsl törədəndir və dərinin təravətini və gözəlliyini saxlayan əvəzedilməz maddədir.
Məsələ ondadır ki, A və E vitaminləri yağlarda həll olan vitaminlər qrupuna daxildir. Deməli, yağın iştirakı olmadan bədən onları qəbul edərək həzm edə bilməz. Bir də bədəndə yağ turşularının çatışmazlığı baş vrerəndə, adam özü də istəmədən şəkərə meylli olur. Nəticədə həddən artıq kökəlmə baş verir.
- Bitki yağlarından istifadə faydalıdır
Bitki yağları ürək üçün faydalıdır. çünki bitki mənşəli yağlarda xolesterin olmur. Bitki yağları həddən artıq kökəlmənin qarşısını alır, gözün görmə qabiyyətinə müs-bət təsir edir və bədənin immunitetini artırır. Hər gün 20 qram heyvan mənşəli yağ yemək olar. çünki, bir çox vitamin və zülallar yalnız heyvan məşəli yağlarda olur.
- Karbohidratlardan imtina edin
Karbohidratlar orqanizm üçün əsas enerji mənbəyi sayılır. Amma onun həddən artıq qəbul edilməsi piylənməyə səbəb ola bilər. Ona görə şəkər, un məhsulları və şirin yeməklərdən müm-kün qədər az istifadə etmək məsləhətdir.
- Həftədə 3 yumurtadan artıq yeməyin
Yumurta qidalı yemək növü sayılır. Yumurta sarısında təzə ətdə olanın yarısı qədər xolesterin var. Həm də yumurtada xolesterini parçalayan lesitin maddəsi də vardır ki, həmin maddə xolesterini dağıda bilir. Yumurtanı gecələr yemək məsləhət görülmür. Yumurtadakı xolesterinin orqanizmə mənfi təsirini azaltmaq mümkündür. Ona görə də yumurtanın qızardılaraq, yağ və qatıqla yeyilməsi həzm prosesini asanlaşdırır. Ahıl, az hərəkətdə olan, allergiyaya meyyli insanların müm-kün qədər yumurta yeməmələri məsləhətdir.
Gənc, aktiv və idmanla məşğul olan adamların tez-tez yumurta yeməsi faydalıdır. çünki yumurtanın tərkibində insan orqanizmi üçün lazım olan zülallar, manqan, dəmir, mis, kalsium və kobalt vardır. Bundan başqa, yumurta qanazlığına qarşı effektiv vasitədir. Həm də sinir sisteminin fosforla qidalanmasının mənbəyi yumurta hesab edilir.
- Dəniz məhsullarını istədiyiniz qədər yeyin
Dəniz məhsulları çox faydalıdır. Onların tərkibində yod, zülallar, A və D vitaminləri yetərincədir. Dəniz məsulları (balıqlar) qan damarlarında kirəcləşmənin qarşısını alır. Bu məhsullardan tez-tez istifadə edənlər gözlərinin görmə qabiliyyətindən və yaddaşdan nadir hallarda şikayətlənirlər.
7.Xörək duzu
Bu qidadan tamamilə imtina etməyin. Sadəcə duzdan istifadəni bacardıqca azaldın. Hipertoniya xəstəliyinin daşıyıcılarına duzlu yemək qəti olmaz. Duzdan tam imtina mədə şirəsinin həlletmə qabiliyyətini azalda bilər. Həm də xörək duzu qanda həmişə müəyyən miqdarda olmalıdır. Amma bu o demək deyil ki, istənilən yemək duzla yeyiməlidir.
- Spirtli içkiləri tərgidin
Spirtli içkilər orqanizmi zəhərləyir və yorur. Spirtli içki baş beyinin fəaliyyətini tormozlayır, sərbəst hərəkət və dü-şünmə qabiliyyətinin qismən itirilməsinə səbəb olur. Spirtli içkilər qan dövranını zəiflədir. Etil spirti qandakı dəmirlə gec sorulan birləşmə əmələ gətirir və insanın təngnəfəsliyinə səbəb olur. Qırmızı şərabdan müalicə məqsədilə istifadə etmək olar.Ümumiyyətlə, Azərbaycanda spirtli içkilərin faydası haqda müzakirə açmaq məqbul hal sayılmır. Ona görə də mövzunu burada qapayırıq. Bir şeyi nəzərə almaq lazımdır ki, spirtli içkilər insan orqanizmə faydadan daha çox, ziyan gətirir.
paralel.az