Ruh düşkünlüyünün səbəbləri nədir

Sən və sənin kimi insanların əksəriyyəti ruh düşgünlüyündən əziyyət çəkirlər. Ruh düşgünlüyü şəxsi həyatındakı uğursuzluqlara, sağlamlıqla bağlı problemlərə və ya işlərin düz getməməsinə görə yaranır.

Bəzən elə olur ki, ruh düşgünlüyünə təslim olursan, özünə qapanırsan, həyat eşqin ölür, neqativ fikirlər səni yorur. Həyat sənə maraqsız gəlir, işə getmək, kimisə görmək, ünsiyyətdə olmaq belə istəmirsən. Öz yaxınlarının və tanışlarının arasına çıxanda sıxıntılarını içində gizlədib üzündə süni gülüş yaradırsan. Çünki istəmirsən ki, ətrafındakılara mənfi enerji verəsən. Amma bunları da eləmək səni yorur.

Elə də anlar olur ki, bir xoş söz eşitməyə ehtiyac duyursan. Çünki bilirsən ki, xoş söz sənin daxilində bir az da olsa rahatlıq yaradacaq. Rahatlıq tapmayanda isə hər şeydən imtina edib səni heç kimin tapa bilməyəcəyi yerə getmək istəyirsən. Getsən də faydası olmur. Sən hara qaçsan da fikirlərindən, qəlbindəki ağrılardan, ümidsizlikdən, çarəsizlikdən qurtula bilmirsən. Hər nə etsən də bədbinlik, kədər səni sıxır. Xoşbəxt olmaq istəsən də bunu bacarmırsan…

Təəssüf ki, insan həyata bir dəfə gəlir. Zamanı nə geriyə qaytarmaq olur, nə də dayandırmaq. Sən yalnız xəyalında zamanı saxlaya, qaytara bilmədiyin günləri yenidən yaşaya bilərsən. Amma bu da reallıq deyil. Ruh düşgünlüyü öz torunda səni daha da çox dolaşdırır. Buna baxmayaraq təslim olma! Düşün ki, gecə olmasaydı, səhər də açılmazdı. Kədər olmasaydı, bəlkə gülməyi də bacarmazdın. Problemsiz həyat yoxdur. Sadəcə bəziləri sənin kimi özünü xoşbəxt göstərməyə çalışır.

Bütün çətinliklərə baxmayaraq, xoşbəxt kimi görünən bədbəxt deyil, xoşbəxt kimi görünən xoşbəxt olmalısan. Hər bir şeyə görə şükür etməyi bacarmalısan. Çünki Allah şükür edən insanları sevir və insanların etdikləri dualara Allah üç şəkildə cavab verir: “Bəli deyər və istədiyini verər, xeyir deyər və daha yaxşısını verər, səbr elə deyər və ən yaxşısını verər”.

Yalnız pozitiv DÜŞÜNCƏYLƏ görüşmək ümidiylə…

Vüsalə Ələkbərova

Psixoloq, “Düşüncə” Psixologiya jurnalının təsisçi və baş redaktor

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər