İDEAL CÜTLÜK

Bir çox insanın prioritetli xəyalları arasında xoşbəxt və sağlam bir birlikdəliyə sahib olmaq var. Məşhur psixoloq, yazıçı və sosial alim David Niven, ’The 100 Simple Secrets of Great Relationships’ kitabında ( Mükəmməl münasibətlərin 100 sadə sirri ) mükəmməl bir münasibətə çatmağın sirlərini açıqladı. Marie Claire jurnalı bu özəl sirləri tərtib edib..

Etdiyi araşdırmalar səbəbi ilə Ohio Dövlət Universiteti və Harvard universiteti tərəfindən bir çox dəfə mükafata layiq görülən məşhur yazar David Niven xoşbəxt ailələrin, sağlam və uğurlu insanların 100 sirrindən sonra “İnsan münasibətlərinin 100 sirri” adlı kitabı ilə xoşbəxt və sağlam bir bərabərliyə gedən yolda atılmağı lazım olan addımları oxucuları ilə paylaşır.

MÜQAYİSƏ ETMƏYİN

Niven xoşbəxtliyə çatmaq istəyənlərə müqayisə etməkdən qaçınmağı tövsiyyə edir. Həyatımızı başqalarınınkı ilə müqayisə etmək onu dəyişdirməz. Lakin yazarın fikrinə görə öz həyatımız ilə bağlı necə düşündüyümüzü dəyişdirər! Beləcə, bir yoldaşımızın, mükəmməl bir münasibətin xoşbəxtliyini yaşadığını gördüyümüz zaman öz münasibətimizi sorğulmağa başlayırıq. Problemlər yaşadığını gördüyümüz zaman da öz münasibətimizin daha yaxşı olduğunu düşünürük.

PƏRİ NAĞILLARINA ALDANMAYIN

Yazarın fikrinə görə, hər nə qədər hekayələrdə yaşanan böyük sevgiləri yaşamağı gözləməsək də, içdən-içə bunun xəyalını qururuq. Nivenə görə, etməli olduğumuz, xəyalını qurduğumuz sehri, partnyorumuza qarşı duyduğumuz sevgidə görmək və nağıllarda yaşanan şeylərin gözləntisində olmamaqdır.

ORTAQ BİR MARAQ SAHƏSİ YARADIN

Günümüzün çox hissəsini kariyera arxasınca qaçmaq və gündəlik vəzifələrimizi yerinə yetirməklə keçiririk. Bu da insanların münasibətlərində ortaq maraq sahələri tapmağa çalışmalarını son dərəcə önəmli edir. Çünki ortaq maraq sahələri, partnyorlar arasında pozitiv bir ünsiyyət və əyləncənin yaranmağını dəstəkləyir.

ZEHNİNİZİ OXUMAĞINI GÖZLƏMƏYİN

Üzücü bir vəziyyətdə olduğunuz zaman partnyorunuzun, sıxıntınızı öz-özündən anlamağını gözləməyin. Qarşı tərəf, zehninizi oxuya bilməz. Əksəriyyətimiz, partnyorumuza duyğularımızı anlatmadan, onu, bizi yalnız buraxmaqda ittiham edirik. Etməli olduğunuz, partnyorunuza hiss etdiklərinizi anlatmaqdır.

TƏLƏSMƏYƏ EHTİYAC YOXDUR

İnsanların evlənməyə və uşaq dünyaya gətirməyə qərar verdiyi yaş dilimi, son yüz ildə, hər on ildə bir artır. Yazarın fikrinə görə, bu halın maddi basqılar və azadlğını elan etmək kimi bir çox səbəbi var. Tələsməyinizə ehtiyac yoxdur. Çünki münasibətlər, birinci gələnin mükafatlandırıldığı bir yarış deyil. Kitabda yer alan araşdırma, gec yaşda evlənməyin nə həyat, nə də yaşanan münasibət üzərində neqativ bir təsiri olmadığını sübut edir.

YUMOR HİSSİNİZİ İNKİŞAF ETDİRİN

Yazarın fikrinə görə bir qadın və kişi münasibətində yaxşı bir yumor anlayışına sahib olmağın orta bir günü daha əyləncəli etməyə və pis bir günün yükünü azaltmağa faydası olar. Yazar, bu yomor hissinin pozitiv bir yönü olmağı gərəkdiyinin altından xətt çəkir. Çünki neqativ zarafatlar sadəcə təzyiqi artırır.

KEYFİYYƏTLİ VAXT

Əgər birlikdə ən çox zaman keçirmək istədiyimiz insanı tapmışıqsa, niyə də onunla mümkün olan ən keyfiyyətli zamanı birlikdə keçirməyək! Çünki münasibətlər birlikdə keçirilən zamanın miqdarı ilə yox, keyfiyyəti ilə inkişaf edir!

GƏLƏCƏK ÖNƏMLİDİR

Yazarın fikrinə görə bəzi insanlar münasibətlərinin uğurlu bir keçmişi varsa o zaman edilməsi lazım olan hər şeyin öhdəsindən gəlinmiş olduğunu düşünmə yanılğısına qapılmış olur. Halbuki, münasibət keçmişə yox, gələcəyə doğru inşa edilər.

AÇIQ OLMAQ ŞƏTDİR

Bir münasibətin xoşbəxt və ya xoşbəxt olmadığını düşünün. Partnyorların bir-biriləri ilə necə ünsiyyət qurduqları çox önəmlidir. Yazarın fikrinə görə sağlam bir münasibət içində olan cütlüklər, yaxşı ya da pis hər nə yaşayırlarsa, bunu partnyorları ilə paylaşırlar. “Heç bir şeyi içinizdə saxlamayın! Çünki öz gerçəkliyinizi paylaşdığınız zaman həyatınızı da paylaşmış olacaqsınız və bu müddətdə partnyorunuz ilə aranızda yaranacaq olan bağ hər şeyin öhdəsindən gəlməyinizdə sizə kömək olacaqdır! ”

ONUNLA DOST OLUN

Fərz edin ki, biri ilə maşında uzun müddət davam edən bir yolculuğa çıxacaqsınız.! Bu müddət ərzində bu insana son dərəcə yaxın olacaqsınız. Dolayısı ilə həmin insanın eyni zamanda dostunuz olmağını da istəyərsiniz. Münasibəti davam etdirən, keçici həyəcan və ya zövqlərdən daha çox dostluq, qarşılıqlı hörmət, heyranlıq və maraq olacaqdır. Uzun müddətli münasibətlər, inkişaflarını və həyatda qalmalarını sağlam bir dostluq təməlinə borcludurlar!

XOŞBƏXTLİYİ ÖNCƏ ÖZÜNÜZDƏ AXTARIN

İnsanlar, sevgi dolu münasibətlərə ehtiyac duyarlar. Hamımız yaxın sosial münasibətlərdən fayda görərik. Lakin çoxumuz, münasibətin bizi tamamlayacağına, həyatımızdakı boşluqları dolduracağına inanarıq! Halbuki, gerçəkdə kim olduğunuzla bağlı olaraq xoşbəxt deyilsinizsə, bir münasibət bu vəziyyəti dəyişdirməyəcəkdir! Bu, sağlam bir münasibəti davam etdirməyinizi də çətinləşdirəcəkdir!

PULUN ÖNƏMİ AZALIR

Xəyalımızdakı partnyor varlı biri ola bilər. Lakin varlı bir insanla bir münasibət yaşamağa başladıqdan sonra pulun önəmi , münasibətinizi dəyərləndirərkən təsirsiz bir hala gələcək! Kitabda yer alan araşdırma nəticəsinə görə, sadəcə gəlirin hakim olduğu bir münasibətin uğuru ilə bağlı bir söz demək imkansızdır! Çünki sərvət , bir münasibətin uzunluğu və məmnuniyyət dərəcəsi üzərində əlaqəsizdir!

ONA ƏHƏMİYYƏT VERİN

Fikir, zövq və seçimlərinizin mükəmməl bur uyğunluqla görüşdüyü bir münasibəti təəssüf ki, yaşamayacaqsınız! Niven, bu boş fantaziyaya üstünlük verməməyinizdə də israr edir.. Ziddliklərin daima münasibəti canlı tutduğunu, uyuşuqluq hissindən uzaqlaşdırdığını və fərd olaraq inkişafı artırdığını müdafiə edir. Münasibətinizdəki çətin zamanlarda sizin üçün ən önəmli olanın nə olduğunu qarşı tərəfə göstərməlisiniz! Fərqliliklərə rəğmən ona dəyər verdiyinizi göstərməyiniz , sağlam bir münasibətin təməlini yaradar.

SORĞULMAĞI BURAXIN

Çoxumuz, birlikdə olduğumuz insanın keçmişi ilə maraqlanırıq. Xüsusilə də ciddi münasibətləri ilə. Bu, zamanla narahatlıq, müqayisə etmə və sonda dalaşmaq həddinə gətirib çıxaracaqdır. Siz, birlikdə olduğunuz insanın keçmişdəki partnyorları ilə yarış içində deyilsiniz.

ÖZÜNÜZƏ İNANIN

Münasibət bir ehtiyac deyil. Əslində, sağlamlığınız və xoşbəxtliyiniz üçün bir münasibətə ehtiyacınız yoxdur. Yaşadığınız münasibət bəlkə də həyatınızın önəmli bir hissəsini təşkil edə bilər, amma siz həyatda qalmaq və inkişaf etmək üçün gərəkli olanlara onsuz da sahibsiniz! İçində olduğunuz vəziyyət hər nə olursa olsun, özünüzə inanın və öncə tək başınıza ayaqda dura bildiyiniz gerçəyini qəbul edin.

ÇEVRƏNİZDƏKİLƏRİN FİKİRLƏRİNİ DİNLƏMƏYİN

Önəmli bir qərar verməli olduğunuz zaman adətən, ikinci bir fikir alırıq! Niven, bu cəhdi qətiyyən dəstəkləmir. İki insanın yaratdığı dünyanı, aradakı ünsiyyət ya da elektrikin seyrini üçüncü insanların əsla analiz edə bilməyəcəyini vurğulayır və maraqlı fikirlər söyləyir : “Birincisi, heç kim sizin həqiqtən nəyə ehtiyac duyduğunuzu və nəyə dəyər verdiyinizi sizdən yaxşı dəyərləndirə bilməz. İkincisi , insanlar başqalarının münasibətləri mövzusunda öz münasibətlərinə nəzərən daha mənfidirlər. Qısası, fikrini aldığınız insanlar, münasibətinizdə neqativ yönləri görməyə pozitiv yönləri gömrəkdən daha çox meyillidir! ”

QORXUYA MƏĞLUB OLMAYIN

Öz ayaqları üzərində duran, nə istədiyini bilən bir qadın olmağınıza rəğmən mənliyinizi doğru şəkildə yansıtmağınız, bəzi zamanlar mümkün olmaya bilər. Fobiyalar, münasibətlərə mənfi yöndə təsir edən səbəblər arasındadır. O, əslində necə biridir, keçmişdə yaşadıqlarınızı yenə yaşayacaqsınızmı, sizdən necə bir birlikdəlik gözləyir, məncildirmi, məsuliyyətsizdirmi? Bu kimi suallar hər qadının həyatının bir dönəmində zehninə toplana bilər. Halbuki, mənfi bir vəziyyət ilə qarşılaşdığınız zaman münasibətinizi sorğulamağı buraxmağınız lazımdır.

İŞLƏRİNİZİ EVƏ GƏTİRMƏYİN

İş gününüz bitəndə işiniz tamamilə ofisdə qalmalıdır. Zehninizdən də silinməlidir! Kitabda yer alan bir araşdırma nəticəsinə görə işləməyə ya da iş düşünməyə hardasa heç ara verməyən iş düşkünlərinin digər insanlara nisbətən özəl yaşamlarından məmnun olduqlarını söyləməmələrinin 3 qat daha mümkün bir hal olduğu bildirilir.

ACILARINIZI UNUTMALISINIZ!

Qırıldınız və sonra sizdən üzr istənildi. Çox acı çəkdiniz amma qarşı tərəfi bağışlamağa qərar verdiniz. Lakin içinizdəki acı dərhal ortadan itmir və hiss etdiyiniz bu acının travmasını içinizdə daşıyırsınız. Lakin bu acını geridə buraxa bilməyi öyrənməlisiniz! Çünki acını içinizdə tutmağınız, yaranın təzə qalmasına səbəb olar.

MÜKƏMMƏLİ AXTARMAĞI BURAXIN

Günümüzdə xoşbəxt olmayan birlikdəliklərin bəlkə də ən böyük səbəbi, “Daha mükəmməlini yaşaya bilərəm” düşüncəsindən qaynaqlanır. Sağlam və qane edici bir münasibət daima mövcuddur ya da yaradıla bilər! “Mükəmməl münasibət” deyə bir anlayış əsla var olmamışdır. Bu səbəblə, hər mövzuda sizinlə həmfikir olan ya da hər an sizi xoşbəxt edə biləcək biri ilə qarşılaşmağı israrla gözləmək yerinə, sizi ən çox qane edən münasibəti yaşıllaşdırmağı yoxlamalısınız.

Mənbə: www.kigem.com
Tərcümə etdi: Fidan Aslanova

fitret.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər