Bu yaxınlarda “Ulusal Psikolojik Danışma və Rəhbərlik Konqresi” və “Uluslararası Danışmanlık

Konfransı” ilə birgə İstanbulda Boğaziçi Universitetində psixologiya ilə bağlı Dünya Psixoloji Məsləhət və Rəhbərlik Konfransı keçirilib. Konfransda 40-dan çox ölkənin məşhur psixoloqları, o cümlədən Psixologiya və Konsultasiya Mərkəzi (PCC) – nin rəhbəri, psixoloq Elnur Rüstəmov da çıxış edib.

– Elnur müəllim, Azərbaycanı təmsil etdiyiniz Türkiyədə keçirilən konfransın məqsədi barədə oxucularımıza məlumat verə bilərsiz?

– Konfransın məqsədi bu gün dünyada psixologiya sahəsində baş verən yeniliklərin işıqlandırılması və psixologiya ilə bağlı araşdırmaların istiqamətinin müəyyənləşdirilməsi, psixoloqların daha çox nəyə diqqət etməsinin vacib olması haqqında müzakirələr idi. Konfransın iştirakçıları psixoloji problemlərin həllinə dair mövzularla da çıxış etdilər. Çıxışlar zamanı psixoloji xidmətin qurulmasından tutmuş, klinik problemli insanlarla işləmək, onları konsultasiyaya cəlb etmək qaydası, insanı tanımağın yolları ilə bağlı maraqlı fikirlər səsləndi. Bütün dünyada, o cümlədən Türkiyədə də geniş yayılan ünsiyyət psixologiyası ilə bağlı müzakirələr aparılıb. Eləcə də uşaq psixologiyası üzrə geniş tədqiqat işləri psixoloqlar tərəfindən diqqətə çatdırıldı.

– İştirakçılar çıxışlarında hansı problemlərə toxunurdular?

– Çıxışlarda bu gün dünyada baş verən proseslər, psixoloji mövzular əsas yer tuturdu. Zorakılıqla, etno – psixologiya ilə bağlı araşdırmalar da çox təsirli idi.

– Konfransda neçə ölkənin təmsilçisi iştirak edib?

– 40-dan çox ölkənin təmsilçiləri var idi. Əksəriyyət tanınmış psixoloqlar idi. Biz tanınmış psixoloqlarla psixologiya ilə bağlı problemləri müzakirə etdik. Bir neçə psixoloji mərkəzlə və cəmiyyətlərlə əməkdaşlıq müqaviləsi bağladıq. Misal üçün, “Laləgül Psixoloji Reabilitasiya Mərkəzi” və “Uluslararası Danışmanlık Derneği” ilə müqavilə bağladıq. Bu beynəlxalq bir dərnəkdi. Bu da bizə gördüyümüz işləri tanıtmağa imkan verir. Onlarla gələcəkdə konkret işlər görəcəyik. Bu istiqamətdə konfrans çox faydalı oldu.

Onu da qeyd edim ki, konfransdakı müzakirələr nəticəsində Azərbaycanda psixologiya ilə bağlı mühüm işlərin görüldüyünü bir daha anladıq. Bunun sevincini konfransda bir də yaşadıq. Sadəcə bizdə psixologiya sahəsində çatışmayan cəhət eksperimental psixologiyada çətinliyin olmasıdır. Biz düşünürük ki, mərkəz olaraq, bundan sonra o məqama xüsusi diqqət göstərəcəyik. İnsanlar arasında sorğu keçirəcək, müəyyən psixoloji problemin yaranma səbəblərini araşdıracaq, çıxış yolunu axtaracağıq. Ümumiyyətlə, bu istiqamətdə tədqiqatların aparılması vacibdir. Çox yaxşı olardı ki, psixoloqların potensialları geniş təbəqəyəçatdırılsın. Belə ki, Azərbaycanda kifayət qədər potensialı olan psixoloqlar var. Ölkədə akademik səviyyədə tədqiqatlar aparılır və mütəxəssislərin əsərləri xaricdə çap olunur. Sadəcə bunun piyarı aparılmır. Bu haqda geniş kütlənin məlumatı yoxdur.

– Konfransdakı çıxışınız nə ilə bağlı idi?

– Konfransda çıxış etdiyim mövzu etno – psixologiya ilə bağlı idi. Çıxışımda etnopsixologiyanın konkret fərdlərin psixoloji durumuna təsirinə toxundum. İştirakçılar tərəfindən də bu mövzu maraqla qarşılandı. Ona görə ki, Amerikada da bu problemi ağ dərilərlə, qara dərilər yaşayır. Avropada, Türkiyədə də bu tip problemlər mövcuddur.

Aynurə MƏMMƏDOVA
Baş redaktorun müavini

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər