Abadan kənd tüstüsündən bilinər.
Ağac dibindən su içər.
Ağacı içindən qurd yeyər.
Ağac meyvəni dəyənə qədər böyüdər.
Ağac olan yerdə budaq sınar.
Ağac səmtinə yıxılar.
Ağac sınanda budaq nəyə gərəkdir?!
Ana kimi yar olmaz,
Vətən kimi diyar.
Anasından ayrı düşən quzunu qurd yeyər.Asılsan da uca budaqdan asıl.
Bağa baxarsan bağ olar, baxmazsan dağ olar.