Bəzi adamlar bu cəhətdən çox unikaldılar, onlar heç kimin görə bilmədyini görürlər. Belə adamlar başqa şeylərdə də unikallıq göstərirlər, məsələn, mətndən müəllifin nəzərdə tutmadığı mənalar çıxarmağa, yaxud həqiqətlə əlaqəsi olmayan hadisələr arasında əlaqə görməyə, mistifikasiyaya, bayağı konspirologiyaya inanmağa meyl edirlər.
İndi biz belə hadisələrin psixoloji səbəblərini bilirik, ancaq 20-30 min əvvəlin insanları buludlar arasında bir sifət görəndə bunu hansısa mistik varlığın təzahürü kimi yozmaqdan qeyri nə edə bilərdilər?
Qədim mistik inanclarıın kökünə getdikdə, onları təbiət hadisələrini anlamamaq, yaxud yanlış anladıqlarına görə yarandığı aşkar olunur. Mistifikasiya üçün səbəblər süni şəkildə də yaradıla bilər. Uçan boşqablar, bəzi su hövzələrində yaşayan naməlum böyük məxluqlar, qorxulu səslər və sair. Peşəkar şəkildə bir video yaxud foto montaj edib İnternetə buraxmaq kifayətdir.
Kayzen.az