Qrup terapiyası

Qrup terapiyası oxşar problemləri olan bir neçə insanın eyni vaxtda problemlərini həll etməyə yönəlmiş terapiya növüdür.
Qrup terapiyanın məqsədi təcrübələrini paylaşmaq, fərqindəlik yaratmaq, çətinliklərlə mübarizədə yeni qaynaqlar əldə etmək, ünsiyyət bacarıqlarını formalaşdırmaq, təkmilləşdirmək, şəxsiyyətlərarası münasibətləri yaxşılaşdırmaq, özünüqiymətləndirmə və özgüvən duyğusunu, motivasiyanı yüksəltmək, kompleksləri aradan qaldırmaqdır.
Qrupun yaranması üçün ən az 8-10 nəfər üzv olmalıdır, ən çox 18-20 nəfərin iştirakı ilə yaranır.
Zamanla qrupun bəzi üzvləri qrupdan müxtəlif səbəblərlə ayrıla bilir və qrup üzvlərinin sayında dəyişiklik baş verir.
100 nəfəri keçən böyük qruplar da ola bilir ki, bunlar əsasən psixologiya üzrə təhsil alan tələbələr arasında həyata keçirilir, onlar birbaşa özləri üzərində qrup terapiyanın tətbiqi və aparılma qaydalarını öyrənirlər.
Qrup terapiya bir və ya iki mütəxəssis tərəfindən aparılır.
Bir pasientin eyni zamanda həm qrup terapiyaya, həm də fərdi seansa qatılması olduqca faydalıdır. Belə ki, qrup terapiyada qazandığı bacarıqları fərdi seansda dərinləşdirə, təkmilləşdirə bilər.
Lakin eyni zamanda iki fərdi seansa və ya iki qrup terapiyasına qoşulması qarışıqlıqlara səbəb ola bilər.
Qrup terapiyasına klinik psixoloqlar, sosial dərnəklər, universitetlər üzvlər yönləndirə bilər, həmçinin fərdi konsultantlar uyğun bildikləri pasientlərini yönləndirə bilərlər.
Bundan başqa, psixiatriya xəstəxanalarında yatılı qalan xəstələr də qrup terapiyasında iştirak edə bilərlər.
Qrup terapiyanın açıq və qapalı olmaqla iki növü ayrılır:
Açıq qrup terapiyasında yeni qatılanlar da iştirak edə bilərlər, konsultanta qeyd olunub gözləmə siyahısına alınanlar terapiyadan tamam uzaq qalmamaq üçün qrup terapiyasına yönləndirilərlər.
Qapalı qrup terapiyasında açıq növündən fərqli olaraq, terapiya başladıqdan sonra yeni üzv qəbul olunmur.
İpoxondriya xəstəliyi olanlar, bəzi şəxsiyyət pozuntuları, məsələn paranoidlər, fiziki şiddəti idarə edə bilməyənlər, psixoaktiv maddə istifadəçiləri və ya digər asılılıqları olanların açıq yox, qapalı qrup terapiyasında iştirak etmələri uyğundur.
Bundan başqa, qısamüddətli və uzunmüddətli qrup terapiyaları da vardır. Qısamüddətli qrup terapiyalarında konkret müddət təyin olunduğu halda, uzunmüddətli növdə qrup üzvləri dəyişsə də, terapiya dayandırılmır, davam edir.
Qrup terapiyası əsasən həftədə 1 dəfə, 1,5-2 saat müddətində aparılır. Bəzi qruplar zamanla çıxanlar və yeni qatılanlarla birlikdə illərlə davam edə bilir ki, bunlar da uzunmüddətli qrup terapiya növünə aid edilir.
Yatılı psixiatrik xəstələrlə qrup terapiyası həftədə 3-4 dəfə və ya həftənin hər günü aparıla bilər.
Qrup terapiyanı digər terapiya növlərindən fərqləndirən, insanların başqasının da onunla eyni yollardan keçdiyini, onun yaşadıqlarını yaşamış olduğunu öyrənməsini təmin etməkdir. Necə deyərlər, problemi olan bir insan üçün ən rahatladıcı söz başqasının “mən də” deməsidir. Qrup terapiyasının əsas məqsədi də məhz bunları sizə göstərməkdir.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər