Qadınlar kişilərdə ilk nəyə diqqət edər?

“Mənim üçün əsas xasiyyətdir”.-Qadınlar kişilər haqda danışanda çox vaxt bu şablon ifadəni işlədirlər.
Daxili gözəllik məsələsi doğurdan da klişe ifadəyə çevrilib. Amma etiraf etməliyik ki, bizə yoldaşlıq edən insanı seçəndə xarakter önəmlidir. Çünki uzun müddət bir yerdə yaşamaq üçün insanların xarakterlərinin üst-üstə düşməsi vacib məsələdir. Həm vacibdir, həm də ki, çətin.
İlk görüşdə biz qarşı tərəfin xarakterindən xəbərsiz oluruq.

Görünüş, gözlər, geyim bizə ilkin siqnalları verə bilər. Ancaq ilkin təəssüratlar bizi yanılda bilər. Tanışlıqlar çox vaxt eyni yerlərdə olur: iş yeri, qonaqlıq, internet, küçə və s. Bu ortamlarda insanların fikir verdikləri şey qarşı tərəfin görünüşdür. Bəs görəsən, cinslər bir-birlərində ilk nəyə baxır?

Ayaqqabılar və dişlər
Kişilər üçün bu sualın cavabını tapmaq o qədər də çətin deyil. Əlbəttə ki, kişilər ilk növbədə ümumi gözəlliyə fikir verir. Qalanları isə sonra gəlir. Məsələn, kişi zövqsüz geyinən, amma gözəl olan bir qadını seçə bilər. Bu toplumdan topluma dəyişə də bilər. Şərq cəmiyyətlərində qadının gözəlliyi ilə yanaşı, namus, ismət məsələsi də vacibdir.
Bəs qadınlarda necədir? Qadınlar kişilərdə ilk növbədə nəyə fikir verir? Bu suala cavab tapmaq üçün Google-da xırda araşdırma apardım.
Qabağıma bir video-sorğu çıxdı. Qadınlara sual olundu: kişilərdə ilk nəyə baxırsınız?

Cavablar fərqli idi: gözlər, gülüşü, ağlı, boy-buxun, saçları, geyimi… Qadınlar çoxu kişilərin ayaqqabılarına və dişlərinə baxdıqlarını deyirdilər.

Qadın üçün ideal kişi?
Başqa bir araşdırmanı alman sosial psixoloqu Ronald Henss aparıb. Araşdırma nəticəsinə görə qadınlar və kişilər özlərinə portnyor seçəndə öncə gözünə xoş gələn adamı seçirlər.
Qadınlar çox vaxt daxili gözəllik axtardıqlarını desələr də, xarici görünüşü üstün tuturlar. “Qadınlar yaraşıqlı və sağlam bədənli kişiləri öz uşaqlarına ata olaraq görürlər. Bu onlar üçün keyfiyyətin əsas simvoludur”.
Qadınlar üçün ideal şərtlər: yaraşıqlı, sadiq, sabit xarakterli, ağıllı, cəmiyyətdə yaxşı statusa malik olan kişilər.

Araşdırmanın nəticəsinə görə qadınlar kişilərdə ən birinci fikir verdikləri şeylər belə sıralanır: Gülüş (dişlər) – 40 %, gözlər – 35 %, geyim – 11%, saçlar – 4%, bədən 4%, ayaqqabılar – 2%, əllər – 1%.
“Qadınlar nə istəyir?”- bu məşhur sualın cavabını tapmaq çox çətindir. Ancaq bu sorğuların nəticələrinə əsaslanıb, həmcinslərimə ayaqqabılarına, dişlərinə, saçlarına fikir vermələrini məsləhət görürəm.

Kayzen.az

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər