Heç bir şey hərəkət və jestləri yaxından müşahidə etməyin yerini tuta bilməz. Bunun səbəbi bədən dilinin gücü və mənasındadır. Normal zəkaya və biliyə malik olan hər insanın özünü inkişaf etdirmək üçün bədən dilini öyrənəsi vacibdir. Qarşınızda olan bütün insanların bədən dilini öyrənmək çox vacibdir, xüsusi olaraqda kişilər qadınlarla münasibətdə bədən dilinin ötürdüyü məlumatları oldğu kimi qəbul edə bilsələr gələcək münasibətlərində daha yaxşı nəticə əldə edə bilərlər. Dilin söyləmək istəmədiyini bəzən bədən dili söyləyir. Birlikdə olduğunuz qadının oturuşundan, duruşundan, hərəkətlərindən, baxışından, gerçək hissləri anlamaq mümkündür. Qadınların nə demək istədiklərini bədən dili vasitəsiylədə öyrənə bilərsiniz.
- Başını sola əyib sizi dinləyir- Sizi dinləyərkən gözünüzün içinə baxaraq başını ehmalca sola əyməsi söylədiklərinizi sevə-sevə dinlədiyinə işarədir.
2.Sizin etdiyiniz hərəkəti təkrarlayır-Qarşısındakıyla yaxınlaşmaq istəyəndə bəzən “mimetizim”müşahidə olunur. Fərqində olmadan sizin hərəkətləritəkrarlayır. Əgər siz ayağınnızı ayağınızın üstünə atırsanız oda sizə baxıb sizi təkrarlayacaq. Siz gülsəniz oda güləcək. Bunun adı yamsılama kimidə qeyd olunur. Bu davranışla özünü sizə yaxın kimi hiss etməyə başlayır.
3.Qolların birləşdirilməsi-Sizi diqqətlə dinləyir kimi göstərir. Bu öz içinə qapanma hərəkəti müdafiədə olduğunu, rahat olmadığını göstərir. Aranıza bir baryer qoyur. Eyni şəkildə çay fincanı və.s qoyursa da eyni ehtiyacıqarşılayır.Amma aramızdakı fincanı və ya başqa əşyaları kənara qoyursa bu yaxşı əlamətdir.
4.Əlini çənəsinə qoyur-əlini çənəsinə qoyur və zaman-zaman gözlərini sizdən qaçırdaraq başka yerə baxır. Sizi hələ də ölçüb –biçir, sizə nə dəyər verəcəyinə qərar verməyə çalışır. Bu hərəkətlə sizə”məni hələdə fikirimdən daşındıra bilməmisən” mesajını verir.
- Diqqət yalan danışır-Yalan söyləyirsə, diqqətinizi dağıtmaq üçün etdiyi bəzi hərəkətlər onu ələ verəcək.Danışarkən əliylə ağzını bağlayır, əlini tez –tez ağzına atır, burnunu və saçlarını tez tez oynadır. Yəni üzünə və saçlarına nə qədər çox əl atırsa bu zaman daha çox yalan danışmış olur. Başqa bir şeylədə oynayırsa eyni məna verir. Çünki yalan danışan adamlar əllərini məşğul etməyi istəyirlər.
- Göz bəbəkləri böyüyür-baxış öz başına bir hərəkət hesab olunmur. Amma hisslərinizi bəlli edə bilər. Göz bəbəyinin böyüməsi əslində işıqla əlaqəli bir məsələdir. İşıq nə qədər çox parıltılı olsa göz bəbəkləri oqədərçox böyüyür. Amma çox parlaq bir işıqda da göz bəbəkləri böyüyə bilər. Bu da böyük bir arzuya işarədir. Əlinə, qoluna nəzarət edə bilirsən, amma göz bəbəklərinə hakim ola bilməzsən.
- Əgər qadın sizi öpürsə — əgər qadın sizi öpərkən əlini kişinin boynununa sarılırsa, bu sizdən xoşlanır deməkdir. Qadın kişinin boynundan öpürsə sənə aşiq olmuşdur. Kişi ayağa qalxmadan əgər qadın onu öpürsə qərarsızdır.
- Saçını arxaya yaxud qulaqlarının arxasına atmaq gözəlliyini önə çıxartmaq mənasını verir.Üzünü açaraq əsasəndə özünü –özünə bəyəndirməyə çalışmaqdır.Saçı təpəsində toppuz yığmaq erotik bir işarədir.Ortadan ayrılmış saçlar da bəyənilmək istəyən amma güvənsiz bir qadın məlumatını ötürür.
- ”Üzümə yaxşı bax”-Söhbətin bir yerində qarşınızdakı qadın çənəsini birləşdirdiyi iki əlininin üstünə qoyursa bu o deməkdirki qarşınızdakı qadın sizə özünü bəyəndirməyə çalışır.Bu hərəkət üzün xətlərini önə çıxardır və sizə”üzümə yaxşı bax bəyənəcəksən” mesajını verir.Bu qarşındakılar tərəfindən bəyənilmək istəyən insanların tipik duruşudur.
- Bəzən heç bir şey demədən…Ağız ”bəyənmə” səviyyəsində önəmli bir yerə sahibdir. Sizi dinlərkən ağzını sıx-sıx bağlayırsa, hislərini gizləməyə çalışmaqdır. Amma dodaqları davamlı şəkildə açıq alursa iş tamamdır. Alt dodağını sıxan qadın “görəsən məni bəyənərmi”düşünür. Üst dodağını sıxırsa demekki fikirləri qarışmışdır.
Qadın.net