III Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı. 09.06.2019

9 İyun tarixində Yeni Azərbaycan Partiyası Binəqədi rayon Təşkilatı, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə “III Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı” baş tutdu.

Konfrans 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar olaraq artıq üçüncü dəfədir həyata keçirilir.
Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra konfransda iştirak edən hörmətli qonaqlara söz verildi.

Artıq ikinci dəfədir konfransa ev sahibliyi edən Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşov açılış nitqi edərək qonaqları salamladı. Ardınca Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin baş məsləhətçisi Rafiq Mahmudov, AMEA-nın Fəlsəfə İnstitutunun Sosiologiya şöbəsinin müdiri, fəlsəfə üzrə elmlər doktoru Rəfiqə Əzimova , Azərbaycan Dövlət Pedaqoji Universitetin Ümumi Psixologiya kafedrasının müdiri, psixologiya elmləri doktoru, professor Ramiz Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetin Məktəbəqədər təhsil, psixoloji xidmət və korreksiyaedici təlim fakültəsinin dekanı, professor Şəhla Əliyeva, Psixologiya Elmi-Tədqiqat İnstitutu nəzdində fəaliyyət göstərən Təhsildə Psixoloji Xidmətə Dəstək Mərkəzinin direktoru, Təhsil İnstitutunun Psixologiya və Yaş fiziologiyası şöbəsinin müdiri, psixologiya elmləri doktoru Elxan Bəylərov, Uşaq Psixo-Sosial İnkişafı Mərkəzinin direktoru Aidə Məmmədova və CİBS Europa şirkətinin təsisçisi, mütəxəssis, profayler Təbriz Hacınski çıxış edərək konfransa dair öz ürək sözlərini bildirdilər, həmçinin 10 yaşını qeyd edən Narınc Ailəsinə öz təbriklərini səsləndirdilər. Sonda Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Elnur Rüstəmov çıxış edərək 3-cü dəfədir keçirilən “Beynəlxalq Ailə və Uşaq Psixologiyası Konfransı”nın mahiyyətini vurğuladı, iştirak edən qonaqlara və komandaya ürək sözlərini çatdırdı, Narınc Psixologiya Mərkəzinin 10 yaşını təbrik edərək konfransa uğurlar dilədi.

Kiçik fasilədən sonra konfransın əsas, elmi hissəsinə keçid olundu. Ardıcıl olaraq Çocuk Gelişim Uzmanı Emine Ergün “Çocuklarla iletişimde sihirli cümleler nelerdir?” mövzusunda, Armoni Dil – konuşma Merkezinin kurucusu, aile danışmanı Serdar Kılınçlar “7 Yaş üstü çocuklarda kekemelik ve terapi yöntemleri” mövzusunda, sonda isə Narınc Psixologiya Mərkəzinin rəhbəri, klinik psixoloq Narınc Rüstəmova “Uşaq Psixodiaqnostikasında Multidisiplinar Yanaşma” mövzusunda çıxış etdilər.

Həmçinin konfransda Narınc Psixologiya Mərkəzinin 10 yaşı qeyd olundu. Bu münasibətlə Narınc Psixologiya Mərkəzinin Xalqlar Dostluğu filialının icraçı direktoru, psixoloq Təranə Kazımlıya söz verildi. Təranə xanım çıxışında Narınc Ailəsinin geridə qoyduğu 10 il müddətində həyata keçirilən işlərdən danışdı, mərkəzin 10 illik fəaliyyətinə dair hesabat çıxışı səsləndirdi. Ardınca filologiya üzrə fəlsəfə doktoru, əməkdar artist Lalə Məmmədova tədbirdə iştirak edərək öz ifasıyla Narınc Ailəsini təbrik etdi.

Konfransın sonunda bütün iştirakçılara 3 beynəlxalq sertifikat təqdim olundu.

Konfransda iştirak edən hər kəsə, dəvətimizi qəbul edib gələn bütün qonaqlarımıza təşəkkürümüzü bildiririk.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər