Hamının kabusu olan FOBİYALAR haqqında

Qorxu təbii bir hissdir. Hər bir insanda digər hisslər kimi sevgi, sevinc, kin, nifrət ,həyəcan və .s. kimi qorxu da hər kəsdə var. Bu hiss insan həyatının ilk həftələrindən yaranır. Belə ki, ilk dəfə anasını görüb tanıyan körpə anasını görməyəndə və ya tanımadığı biri yaxınlaşanda həyəcan, təşviş keçirir və bununla da qorxu hissi ilə ilk tanışlığı olur və zamanla bu hiss formasını dəyişir. Ətrafını qavrama və analiz funksiyları artdıqca qorxuların forması dəyişir. Məsələn, körpə anasından başqasını görüb ağlayırdısa, qavrama artdıqca həkim insanın onunçün təhlükəli olmadığını anlayır və daha qorxmur, lakin, qorxu hissi başqa obyektlərə və ya hadisələrə yönəlmiş olur. Və beləliklə, bu hiss insanın ilk dünyaya gəldiyi günlərdən ömrünün sonuna qədər davam edən, lakin, formasını dəyişən bir yaşam tərzidir. Qorxu—insan həyatı üçün lazımlı bir duyğudur, çünki insan qorxu sayəsində həyatını davam etdirir. Qorxu olmasa insan ölüm risqi yüksək olan təhlükəli vəziyyətlərdən və davranışlardan qoruna bilməz. Bu hissin pataloji forması fobiya adlanır. “Phobos” –yunanca “dəhşət tanrısı” deməkdir.

Normal şərtlərdə qorxu duyulmayacaq vəziyyət və obyektlərə qarşı yaranan mənasız qorxulara fobiya deyilir. Belə olduğu üçün fobiya insan həyatını qorumaq bir yana, dözülməz hala gətirir.Dünyada hər 10 nəfərdən ən azı bir nəfərdə fobiya vardır. Və qadınlarda kişilərdən daha çox rast gəlinir.

Fobiyası olan insan qorxularının məntiqə uyğun olmadığının və çox anlamsız olduğunun fərqindədir, amma özünü onun əsarətindən qurtara bilmir.

İnsan fobiya yaradan vəziyyət və ya obyektlə qarşılaşdığında panik əlamətləri göstərir, qorxu yardan səbəb aradan qalxanda və ya uzaqlaşanda normla vəziyyətinə qayıdır. Fobiyanın yaranmasında psixoloji və bioloji faktorlar böyük rol oynayır. Çünki, o psixo-fizioloji reaksiyadır. Qorxu hiss etdiyi an ürək döyünmə, dərin nəfəsalma, ağızda quruluq, təzyiqin qalxması, tərləmə, titrəmə, boğulma, əllərin və ayaqların keyləşməsi, əzələlətdə gərginlik və.s. bioloji əlamətlər olur.

Qorxu zamanı baş-beyində yerləşən hipotalamus vəzindən impulslar böyrəküstü vəzə ötürülür, böyrəküstü vəxin beyin maddəsindən kortikosteroidlər—adrenalin və kortizol qana ifraz olunur. Adrenalin hormonu qan damarlarının divarındakı α2 reseptorlarına və ürəyin keçirici sistemindəki β1 adrenoreseptorlarına stimuləedici təsir göstərir. Bununla da damar divarları daralır və qan təzyiqinin qalxmasına 2qat təsir edir. Həmçinin qorxu zamanı qan dəridən daxili orqanlara doğru sürətlə axmağa başlayır, bu da əllərin və ayaqların keyləşməsinə, soyumasına, üzdə rəngin ağarmasına səbəb olur. Böyrəküstü vəzdən eyni zamanda adrenalin hormonu da qana ifraz olunur ki, bu da azan sinirinə təsir edir. Azan sinirinə təsirindən ağız suyu vəzlərində blokaedici effekt yaratdığı üçün ağızda quruluğa səbəb olur.

Adrenalin eyni zamanda brouz divarindakı β2 adrenoreseptorlarına təsir etdiyinə görə broux divarı genişlənir və nəfəsalma dərinləşir. Qan dövranı sürətləndiyinə və ürək ritmi artdığına görə bədən tempraturu yüksılir və bunu kanplusasiya etmək üçün tər vəzlərində aktivləşmə başlayır, tərləməklə tempratur normada qalır.

Qorxu zmanı qanda şəkərin miqdarı artır. Fobiya yaradan səbəb aradan qalxandan sonra bədəndəki bütün dəyişikliklər normla vəziyyətinə qayıdır.

Fobiyanın çox növləri vardır: zoofobiya—heyvan qorxusu, kloustrofobiya—qapalı yer qorxusu, akrofobiya—yüksəklik qorxusu, aqorafobiys—açır yer qorxusu, ailurofobiya—pişik qorxusu, kinofobiya—it qorxusu, ekninofobi—ar qorxusu, ojidofobi—ilan qorxusu, herpetofobi—kərtənkələ qorxusu, antofobi—insan qorxusu, niktofobi—gecə qorxusu, kaprofobi—nəcisdən qorxmaq,izolofobi—təklikdən qorxu və.s.

Bunlardan ən geniş yayılmış formalrdan biri aqorofabiyadır. BU açıq hava fobiyası kimi tanınır və son zamanlar çox rast gəlinir. Bu ən çox evdə tək qalmaqdan, liftdə minməkdən, kinoteatr, konsert zalı, konfrans kimi insan çoxolan yerlərdə, təyyarə, avtobus, qatar, gəmi—bu cür nəqliyyat vssitələrinə minməkdə körpü və tunellərdən keçməkdən qorxan insanlar nəzərdə tutulur.

Bu cür yerlərdə adammı bir təhlükə gözləyirmiş kimi və təhlükə gəldiyində çarəsiz qalacaq, heç kim ona kömək edə bilməyəcəkmiş kimi qorxulara qapılır, orda çarəsiz qalacağını düşünür. Belə fobiyası olanlar bu cür yerlərdən mümkün qədər uzaq durmağa çalışırlar və ya yanlarında güvəndiyi biri olmadan bu cür yerlərə getməzlər. Evdə tək qala bilmir, küçəyə tək çıxa bilmir, ticarət mərkəzinə tək gedə bilmir, avtobusa tək minə bilmir. İnsan qorxu hiss elədiyi məkanda olduğu zaman onda fobiyanın bir neçə əlaməti müşahidə olunur, tərləmə, titrəmə, həyəcan, urək döyüntüləri və.s. kimi əlamətlər…Tezliklə ordan uzaqlaşmağa çalışır.Aqorafobiya ən çox 20 yaşlarda başlayır və bunlar müalicə haqqında düşünmürlər, yalnız kritik vəziyyətlərdə həkimə müraciət edirlər. Çünki, aqorafobiyanın ilkin mərhələlərində yəni, yüngül formasında insanlar keçirdikləri qorxu hisslərinə baxmayaraq tək qala bilirlər., yəni gundəlik həyat tərzlərinin tələbatlarından geri qalmırlar və sosial münasibətləri bu durumdan çox təsirlənmir. Çünki, bu davranışlarına görə gülünc vəziyyətə düşəcəklərini və qınaq obyektinə çevriləcələrini düşünürlər. Bunlarə düşünərək qorxularını gizlədər, başqalarına hiss elətdirməməyə çalışar.Lakin ağırlaşmlş formada panik atakla özünü göstərir və insanın həyatı bir tələbatlarından təcrid olunmuş formada keçir və getdikcə depressiv fona qapılır.

Fobiyanın digər geniş yayılmış növü sosial fobiyadır. Qrup şəklində olan ortamlarda olmaqdan qaynaqlanan məntiqi əsası olmayan qorxular—sosial fobiya adlanır. Çoxlu insan olan bir ortamdan çəkinməklə özünü göstərən bu fobiya insanın sosial yaşamını müxtəlif formalarda məhdudlaşdırır. Sosial fobiyası olan insan toplu insanlar qarşısında danışmaz, kollektiv sohbətlərə qatılmaz və fikrini söyləməkdən çəkinər.Üzərinə diqqət cəlb edəcəyi bütün vəziyyətlərdən qaçar.Çünki, pərt ola biləcəyi vəziyyətin yaranacağından səhvlər edəcəyindən, qızaracağından, utanacağı vəziyyətə düşə biləcəyini düşünür. Bir məclisdə yemək yeməz, çünki yeyərkən üstünə tökəcəyindən ya da yemək azında qalacağından ehtiyat edir. Bir çox insasnda belə bir məcburiyyət yaranarsa, yəni toölu qarşısında çıxışı qaçılmaz olarsailk başlanğıcda sosial fobiya əlamətləri olur. Qızarır, kəkələyir, tərləyir, tez-tez udqunur, ağzı quruyur, ürəyi tez-tez döyünür, deyıcıyi spzləri bir anlıq unudur, sonra isə yavaş-yavaş normallaşır.Sonrakı çıxışlarında daha rahat formada danışır.Amma bu durum fərqli zamanlarda hər dəfə eyni formada özünü göstərir. Sosial fobiyada qorxualr şiddətli və xroniki olur.Və bu qorxular korreksiya olunmazsa zamanla panik atakakeçə bilər. BU növ fobiya əsasən yeniyetməlik yaşlarında başlayır, lakin, 18yaşdan kiçik insanlarda sosial fobiya diaqnozu qoymaq üçün bu durum davamlı olaraq ən azı 6ay davam etməlidir. Sosial fobiyanın yüngül və ağır forması var. Depresiya, əmək fəaliyyətinin aşağı düşməsi və intihar riskini artırır.

Fobiyanın bir başqa geniş yayılmış növlərindən biri spesifik fobiyadır. Normal şəraitdə qorxu ünsürü olmayacaq vəziyyətlərdən və ya əşyalardan artıq dərəcədə qorxma halına deyilir. Ən çox rastlaşdığımız fobiya növüdür. İnsan pişik, siçan, ilan, yüksəklik, çiçək, qaranlıq və.s. kimi hallara qarşı qorxu hissi keçirir.

Həmin insan qorxu hiss elədiyi əşya və ya vəziyyətlə üz-üzə gəlmək istəmir. Həmin ortamlardan uzaq olduöu müddətdə normal yaşam tərzi keçirir, qorxu heç cür üzə çıxmır.

Zəhərli ilanlardan, dişləyə bilən heyvanlardan və ys yıxılma riski olan yüksəkliklədən bütün insanlar qorxur. Bunlar həqiqi qorxulardır, yeni, bir insan özünü riskə atmamaq üçün bu durumlardan uzaq olur.Məsələn,ilandan qorxan biri ilana çox da yaxın getməz, çünki ilana tərəf yaxınlaşsa ilan onusancma təhlükəsi var. Bu normla reksiyadır və fobiya saylmır. Amma əgər bir insan ilanı çox uzaqda görürsə və ya həmin ilanın ona xətər yetirmə ehtimalı yoxdursa və bu halda insanda artıq dərəcədə qorxu, təlaş göstərirsə fobiyadan söz gedə bilər.Bundan əlavə fobiyası olan insan şəkildə və ya televizorda ilan görərsə ilana qarşı aşırı dərəcədə qorxu hiss edə bilər. Bu növ fobiyası olanın çox zaman yaşamında çətinlik yaranmaz. Lakin əgər o həmin durumla tez-tez qarşılaşarsa, artıq yaşayış tərzinə ciddi problemlər yaradar. Məsələn, itdən qorxan birinin it çox olan yerdə yaşaması artıq onun həyat tərznini çox çətinləşdirər. Bu növ fobiya uşaqyaşlarında başlayır. Terapiyaya ehtiyacı olmadığını düçünərək ömrü boyu bu formada yaşayırlar. Bu npv fobiyada terapiyanın ən yaxşı təsirli forması davranış psixoterapiyasıdır.

Ümumiyyətlə, fobiyaların müalicəsi psixoterapiya ilə mümkündür, ağır hallarda dərman dəstəyi də almaq daha effektli nəticə almağa yardım edər.

Nərmin Qələndərova

Narınc Uşaq Psixologiya Mərkəzinin psixoloqu

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər