28.02.2019 tarixində Bakı Humanitar Kolleci, Psixologiya Elmi-Tədqiqat İnstitutu və Narınc Psixologiya Mərkəzinin birgə təşkilatçılığı ilə klinik psixoloq Narınc Rüstəmovanın təqdimatında ” Özünü Kəşf” adlı təlim keçirildi. Təlim Psixologiya Elmi-Tədqiqat İnstitutunda baş tutdu.
Təlimdə Bakı Humanitar Kollecinin Tələbə Gənclər Təşkilatının sədri və sədr müavini, müəllim və tələbə heyəti iştirak etdilər. Klinik psixoloq öz çıxışında mövzu üzrə ətraflı məlumat verdi, tələbələrin suallarını cavablandırdı.
Görüşdən məmnun ayrıldıq. Təlimin təşkilində təşəbbüs göstərən hər kəsə təşəkkür edir, tələbələrə isə uğurlar diləyirik!