Sevgi hormonlari

Sevgi 5 hormonun təsirindən yaranır. Bu hormonları yaratmaqla istənilən insanın sevgisinə nail olmaq olar.

Sevginin və hormonların sirlərini açıqlayan terapevt Hüseyn Mehdiyevin sözlərinə görə, sevgi orqanizmdə gedən hormonal prosesdir. «Sevgidə əsas 5 hormon iştirak edir: dofamin, serotonin, adrenalin, oksitosin, vazopressin. Bunlardan əlavə, hormon və maddələr də sevgi hissi ilə müşayiət olunur».

H.Mehdiyev bildirir ki, insan ilk sevməyə başladığı anlarda onun orqanizmində dofamin əmələ gəlir. «Bu hormon adrenalin və noradrenalinin sələfidir. Bu, müəyyən məqsədə çatmaq hormonudur. Sevərkən insan müəyyən arzulara qovuşmaq istəyir ki, bunun da nəticəsində dofamin hormonu artmağa başlayır. Nail olduqlarının nəticəsindən razı qaldıqda, bu hormonun miqdarı daha da çoxalır».

Terapevtin dediyinə görə, sevgi yaradan ikinci hormon serotonindir ki, buna zövq almaq hormonu da deyirlər. «Serotonin sevgiyə çatanda daha çox olur. Belə ki, sevdiyin şəxslə təmasda olanda, onunla tez-tez görüşəndə, danışanda bu hormonun miqdarı artır. Eyni zamanda arzulara çatdıqdan sonra sevginin miqdarı aşiq olan tərəflərin heç birindən asılı olmayaraq azalmağa başlayır. Sevgi azaldıqca da insan iztirab, əzab çəkir. Misal üçün, telefon zənginə gec cavab verdikdə narahat olursan. Eləcə də, serotonin hormonu əhvala təsir edir, onu yaxşılaşdırır. Əhvalın yaxşılaşması da öz növbəsində serotoninin sintezinin ifrazına müsbət təsir edir. Bunun azalması isə depressiya yaradır».

Üçüncü hormon — adrenalin haqqında məlumat verən həmsöhbətimizə görə, adrenalinə çox vaxt stress hormonu da deyirlər. Adətən qaçış zamanı, həyəcanlı anlarda onun ifrazı artır.

Həkim endorfin hormonunun rahatlıq, xoşbəxtlik, məmnunluq hisslərini yaratdığını deyir. «Bu maddə kimyəvi quruluşuna görə narkotik analgetik olan morfiyə daha çox bənzəyir. Ona görə deyirlər ki, sevginin gözü kor olur. Endorfinin təsirindən hər şeyi unudursan, heç nə görmürsən, beynində ancaq o sevgidir. Ətrafdan kim nə desə də, sənə təsir etmir. İnsan o dərəcədə sevdiyinə aludə olur ki, düşünə bilmir.
Bəzi qidalar isə sevgi hissini daha da alovlandırır və ya sevməyən insanda məmnunluq hissi yaradır».
H.Mehdiyevin dediyinə görə, balıq, kartof, banan, bolqar bibəri, şokolad, dondurma, badam, düyü və başqa qidalar var ki, endorfin maddəsi ilə zəngindir. İnsan bu məhsullardan çox istifadə etdikdə həyata baxışı dəyişir. İnsan həyatdan daha razı olur. Bu məhsullar məmnunluq hissini yaradır.

Terapevt qeyd edir ki, oksitosin hormonu isə sevgililər təmasda olanda daha çox yaranır. «Buna sevgi hormonu da deyirlər. Çox təmasda olduqca bu hormon da çox ifraz olur və insanları bir-birinə daha çox bağlayır. Toxunmaqla bu hormon artır. Lakin bir müddətdən sonra, insan öz sevgisinə qovuşandan sonra bu hormon azala bilər. Buna misal olaraq, evliliyin bir ilindən sonra adətən bu hormonun azalmağını göstərmək olar. Oksitosin azalanda insanın əsl üzü meydana çıxır».

Onun sözlərinə görə, beş hormonla yanaşı, beyində feniletamin və amfetamin maddələri də sintez olunur ki, bu maddələrin sintezi bədəndə metabolizmi artırır. «Buna görə də insan sevəndə narahat olmağa başlayır. İştahasızlıq, yuxusuzluq, diqqətsizlik sevəni narahat edir. Bütün fikri ancaq sevgidə olur. Bunlar həmin iki hormonun verdiyi fəsadlardır».

H.Mehdiyev deyir ki, sevənlər arıqlamağa başlayırlar. “Əgər fikir vermisinizsə, adətən arıqlayanlar barədə belə deyirlər ki, kiminsə dərdini çəkir, arıqlayır. Aşiqlər məhz kortizol deyilən hormonun təsirindən arıqlayırlar. Kortizol bədəndəki yağları yandırır. Bu da arıqlamağa gətirib çıxarır”.

Həkimin bildirdiyinə görə, ilk hisslər burunla gəlir. “İnsan elə bil ki, burnuyla sevir. Bir insan haqqında müəyyən təəssürat burun vasitəsilə yaranır. Yəni qarşı tərəf haqqında ilk dəfə müsbət emosiya burun vasitəsilə yaranır. Ondan sonra hormonların ifrazı başlayır. Yaranan mənfi emosiya əks hissləri oyadır. Nə qədər gülməli çıxsa da, insan nə gözü ilə sevir, nə də qulağı ilə. İnsan burnu ilə sevir”.

Çox vaxt sevgi hormonlarının ifrazı müəyyən müddət olur. Bəziləri deyir ki, sevginin ömrü evlənən günə kimidir. H.Mehdiyev bu deyimin əsassız olmadığını vurğulayır. «Yəni müəyyən hormonlar öz arzusuna çatandan sonra azalmağa başlayanda, artıq əsl sevgi ilə yalançı və ya yalnız ehtirasa əsaslanan sevginin iç üzü açılır. Həqiqi sevgidirsə, hormonların ifrazı bir qədər də davam edir. Yalançı sevgi isə bir ilə təmiz sönür. Bəzən bu, heç bir il də sürmür», — deyən müsahibim hər iki tərəfin iç üzü açılandan sonra problemlərin başladığını bildirir. «Sevən tərəflər anlayırlar ki, ortada heç sevgi yox imiş. Əsl sevgini isə bu hormonlar azaldıqca insan özü yaradır. Yəni o insan haqqında olan müsbət fikirləri, onu bir insan kimi dəyərləndirməyi sevgini uzadır. Artıq qarşındakını ikinci dəfə sevməyə başlayırsan».

Həkimin dediyinə görə, sevginin uzunömürlüyü insanın müsbət aurası, bəxş etdiyi müsbət emosiyalarından asılıdır. «Qırğın və daimi mübahisələr sevginin tədricən sönməyinə gətirib çıxarır. Müsbət auranın, müsbət əhvalın təsirindən isə hormonların ifrazı bərpa olur və sevgi bir qədər də yaşayır».

Terapevtə görə, müəyyən dərmanlar var ki, sevginin ömrünü uzadır. «Amma onların təsiri az və qısamüddətlidir. Bədənin özünü müsbət emosiyalarla tərbiyə etmək lazımdır».

«Ekspress»

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər