Tətildən sonra diqqətimizi işə necə ayıra bilərik?

Tətil günlərində hər kəs kifayət qədər istirahətinə vaxt ayırmağa çalışır. Bu sağlamlığımız cəhətdən, həmçinin özümüzə zaman ayırmağımız baxımından çox yaxşı bir haldır. Ancaq mümkün qədər dincəldikdən sonra işə bütün diqqətini toplamaq bir o qədər qəlizləşir. Bu müddəti necə tezləşdirə və daha sadə bir hala gətirə bilərik? Aşağıdakı tövsiyyələrimiz inanırıq ki, sizə bu mövzuda yardımçı olacaqdır. 1. Hazırlıq görün.
Tətildən sonra işə hazırlıq görmək lazımdır. Buna ilk olaraq ofisdəki otağınızda, iş masanızın üzərində düzəliş etməklə başlaya bilərsiniz. Bu sizin işlərinizi qismən yüngülləşdirəcək, hansısa bir sənədi axtaranda tez tapmağınızda böyük kömək olacaqdır. Ümumiyyətlə tətildən sonra üzərinizə çox iş düşməyini və qanınızın qaralmağını istəmirsinizsə, getməzdən əvvəl bütün işlərinizi bitirməyə çalışın.

  1. Yetərincə istirahət etməyə çalışın.
    İnsanların bir çoxu tətil günlərinə nədənsə çoxdandır arzuladığı istirahət kimi yanaşa bilmir. Təbii ki belə insanların da işə gəlişini təsəvvür etmək mümkündür. Sizcə istirahət etməyən bir insan necə bütün gücünü, enerjisini toplayıb işə gələ bilər? Bu səbəbdən də çalışın ki, tətil günlərinizi yaxşı dəyərləndirəsiniz. Bunun üçün sırf yaşadığınız yerdən uzaqlaşmalısınız demirik. Elə evdə, ailə üzvlərinizlə də gözəl bir gün keçirə bilərsiniz. Və yaxud öz ölkənizdə gözəl yerləri kəşf edə, gəzintiyə də çıxa bilərsiniz. Bunun üçün bir çox variant saymaq olar. Yetər ki, dincəlmək üçün bir zamanınız, bir məkan olsun.
  2. Özünüzə plan hazırlayın.
    Plan hazırlamaq – işə adaptasiya olmaq üçün əla bir vasitədir. Bunu tətilin sonlarında və yaxud iş ərəfəsinin başlanğıcında etsəniz daha yaxşı olar. Planda ən əsası işləri çətin və asanlığına görə ayırıb qeyd etmək lazımdır. Təbii ki istirahətdən sonra birdən-birə fəallaşacağınızı özünüzdən gözləməyiniz biraz ağılsızlıq olar. Yavaş-yavaş iş axınına ayaq uydurmağa çalışın. Məhz bu yolla gərginlikdən bir az da olsa qurtulmaq mümkündür.
  3. Diqqətini cəmləmək.
    İstirahət nə qədər insana xoş təsir edirsə, bir o qədərdə insanı passivləşdirir. Burda yəqin ki hər kəs bizmlə razılaşar. Təbii olaraq, rahat bir şəraitə öyrəşdikdən sonra birdən-birə iş şəraitinə qayıtmaq çətin gəlir. Tətil sonrası depressiya da məhz bu şəkildə qayıtdıqdan sonra yaranır. Ancaq siz çalışın ki, istirahəti elə istirahət zonasında da qoyub işinizə diqqətinizi cəmləyə biləsiniz.
  4. Yuxu rejimi vacibdir!
    Təbii ki, tətil günlərində heç kim evdə oturmaq istəmir. Hər kəs çıxıb gəzmək, qonaqlığa getmək, alış-veriş etmək istəyir. Bu normal haldır. Ancaq hər şeyi zamanında bitirməyə çalışın ki, yuxu rejiminiz itməsin və yuxuya qalıb işə gecikməyəsiniz.
  5. Pəhriz.
    Yenidən işə başlayarkən qida rasionunuza mütləq diqqət etməlisiniz. Nəfsinizi müəyyən şeylərdə saxlamağa çalışın. Kalorili yeməklərdən uzaq dayanmağa çalışın.
  6. Daha əvvəlki uğurlarınızı yadınıza salın.
    İstirahətdən sonra işə gözəl abu-havada qayıtmağın ən gözəl yolu keçmişdə qazandığınız uğurları yada salmaqdır. Bu həqiqətən də insana motivasiya verir. Bunu həqiqətən də sınayın. Yenidən işə başlamaq üçün içinizdə xüsusi bir həvəs yarandığının özünüz şahidi olacaqsınız.
  7. İş məsələlərini işdən kənara çıxartmayın.
    İş problemlərini işdə qoymağı bacarın. Əgər tətildən sonra işə rahat qayıtmaq istəyirsinizsə, şəxsi və iş problemlərini bir-birinə qarışdırmayın.

Korrektə etdi: Hürü Mustafayeva

http://motivasiya.com/is-heyatinda-motivasiya/tetilden-sonra-ise-nece-diqqetimizi-vere-bilerik-962/

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər