Yüksək Riskli Ailələr Qrupu

Hal-hazırda dövrümüzdə inkişaf anomaliyalarının sayı durmadan artmaqdadır.Autizm,əqli gerilik,görmə pozulmaları,eşitmə və nitq qüsurları,psixi inkişafda olan anomaliyalar və digər inkişaf qüsurları insanları “həyacan təbili” çalmağa vadar edir.Təkcə autizmə rast gəlinmə faizi get-gedə artır.Belə ki,əvvəl hər 80-90 uşaqdan biri autizm diaqnozlu idisə,2018-ci il statistik göstəcilərinə əsasən bu say 60-ə enib.

Bəs anomaliyaların,qüsurların yaranmasına nələr səbəb olur? Bu halların qarşını almaq üçün hansı addımlar atmaq olar? İlk öncə “Yüksək Riskli Ailələr Qrupu” anlayışı ilə tanış olaq.Yüksək riskli ailələr dedikdə qüsurların,inkişaf geriliklərinin yaranması üçün münbit şərait olan ailələr nəzərdə tutulur.Yəni cəmiyyətdə olan digər ailələrə nisbətdə bu qrupa daxil olan ailələrdə hər hansı qüsurlu uşaqların doğulma riski daha yüksəkdir.Qüsurların erkən aşkara çıxarılması və risk faktorlarının nəzərə alınması üçün profilaktika tədbirləri mühim əhəmiyyət kəsb edir.İndi isə Yüksək Riskli Ailələr Qrupuna daxil olan ailələri nəzərdən keçirdək:

  1. Ailədə öncəki hamiləlikdən dünyaya gəlmiş inkişaf qüsurlu uşaq(lar)ın olması
  2. Valideynlərdən birinin və ya hər ikisinin hər hansı inkişaf qüsuruna malik olması
  3. Qohum evliliyi əsasında ailə qurmuş valideynlər
  4. Riskli hamiləlik keçirmiş ana olan ailələr
  5. Mütəmadi olaraq alkaqol,narkotik və ya hər hansı maddə istifadə edən ana və ya ata(ana daha yüksəkdir)
  6. Doğuş zamanı asfiksiya,travma kimi halların baş verməsi
  7. Həyatının ilk illərin kəllə-beyin tramvası,fiziki xəsarətlər,yolxucu xəstəliklər və.s keçirən uşaq olan ailələr.

Bu siyahını yetəri qədər uzatmaq olar.Ümumiyyətlə risk faktorlarına ən çox genetik səbəblər daxil olur.Məsələn ailədə Daun sindromlu uşaq varsa bu zaman yeni doğulacaq körpənin də bu Daun olma ehtimalı nisbətən Yüksəkdir.Digər tərəfdən ana və ya atanın nitq,eşitmə,görmə qüsurlu olması onların gələcək övladlarında da bu qüsurların olma riski artıra bilər.Məsələn ananın astiqmatizm,myopi,katarakt,mikroftalm və.s göz xəstəliklərinin olması bu xəstəliklərin uşaqlarda da olması riskini artırır.Xromosom abserversiyaları,endokrin sistemin xəstəlikləri,valideynlərin rezus-faktor uyğunsuzluğu,irsi olaraq maddələr mübadiləsinin pozulması və digər hallar uşaqda hər hansı inkişaf pozuntularının baş vermə dərəcəsini artırır.Əksər uşaqların yaşamın ilk ilində meningit,ensefalit,meninqoensefalit kimi xəstəliklər keçirməsi onların psixi,fiziki ləngiməsinə səbəb olur.Hamiləlik zamanı ananın mütəmadi olaraq ağrıkəsici,antibiotik kii həbləri qəbul etməsi dölün inkişafına mənfi təsir edir.Məsələn antibiotik olan streptomismin böyük dozaları eşitmə sinirini zədələyir.

Yüksək Risk qrupuna daxil olan ailələr hamiləlik planlaması etməlidirlər.Ana və döl mütəmadi olaraq həkim nəzarəti altında izlənilməlidir.Bu cür ailələrin aşkar edilməsi qüsurların erkən korreksiyası üçün də mühim əhəmiyyət daşıyır.

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər