Autizm Zamanı Davranış Problemləri

Autizmli uşaqların əksəriyyətində müəyyən davranış pozulmaları özünü göstərir.Bu pozulmalar uşaqların təlim naliyyətlərinə,inkişafına mənfi təsir göstərir.Eyni zamanda özünə yada başqalarına qarşı zərər vurmaq vərdişi formalaşdırır.Əsasən məktəbə qədər dövrdə yada məktəb yaşı dövründə davranışlar daha çox aktivləşir.Əsasən 10 yaş civarında davranış pozulmaları stimullaşsa da ümumilikdə bütün yaş dövrlərində rast gəlinə bilər.

  • Bəs davranış problemləri hansı fəsadlarla özünü göstərir?
  • öyrənmə bacarıqlarının məhdudlaşması
  • sosial çevrə ilə ünsiyyətin məhdudlaşması
  • həmyaşıdları ilə münasibətlərin pozulması

Uşaqlarda davranış problemlərinin 1 çox səbəbi ola bilər.Əsasən uşağın psixoloji və bioloji vəziyyətilə bağlı davranış problemləri ortaya çıxır.Ancaq ümumilikdə davranış pozulmaları aşağıdakı səbəbdən baş verə bilər:

  • diqqət çəkmək
  • İstədikləri 1 şeyi əldə etmək üçün
  • İnadçılıq duyğusu
  • ailədaxili münasibətlər
  • olduğu mühiti sevməməsi
  • Sevmədiyi bir insanın və ya əşyanın ətrafında olması
  • yanlış rol model alması(ətrafında olan davranış pozuntulu şəxsin etdiklərini örnək alma)
  • günlük rutinlərinin pozulması və.s

Davranış problemi olan uşaqlara ailələri tərəfindən çox həssas yanaşılmalıdır.Çünki valideynlərin bu mövzuda məlumatlı olması bu problemin aradan qaldırılmasında mühim rol oynayır.Davranış problemləri çox vaxt özünə və ya ətrafına zərər vurmaqla biruzə verir.Məsələn uşaq davamlı olaraq əllərini,barmağını dişləyir və ya başını divara vurur.Eyni zamanda dediklərimin eynisini digər şəxslərə qarşı edir.Bu hallarda uşaqlar çox aqressiv olurlar.Adi bir toxunuş belə onlarda vəziyyəti daha da ağırlaşdıra bilər.Yuxarıda qeyd etdiyim kimi davranış problemi daha çox məktəbə hazırlıq yada məktəb dövründə stimullaşır.Buna səbəb uşağın həmin dövrdə yeni mühitə daxil olmasıdır.Ailə daxilində daim valideynləri tərəfindən qayğısı çəkilən uşaq üçün təlim dövrü dözülməz görülür.Bir misal göstərim.Autizmli 1 uşaq ilk dəfə təlim almaq üçün mərkəzlərdən birinə gətirilir.Psixoloji,loqopedik dərslər zamanı otağın abu-havası,orada olan əşyalar ona fərqli görünə bilər.Üstəlik təlimçi ondan stulda oturaraq verilən tapşırıqları yerinə yetirməsini istədikdə vəziyyət daha da kəskinləşir.Uşaq stulu itələməyə çalışır,qələmləri sındırır,dəftərləri cırır,təlimçini vurmağa başlayır və.s

Autizmli uşaqlarda bu cür davranışların aradan qaldırılması üçün müəyyən zamana ehtiyac var.Problemi tez bir zamanda həll etməyə çalışmaq uşaqda ailəsinə,valideynlərinə qarşı güvənsizlik,aqressiya hissi yarada bilər.Uşaqlar normalda düzgün olmayan davranışları hansısa səbəbə bağlı olaraq edirlər.Məsələn uşaq valideynlərinin diqqətini çəkmək üçün yüksək səslə qışqırıb ağlaya yada evdəki hansısa əşyanı sındıra bilərlər.Bu tip davranışlar diqqəti öz üzərini cəlb etmək üçün edilir.Belə hallarda davranışı azaltmaq üçün uşağa xoş dillə düzgün yol göstərmək lazımdır(çətində olsa).Təbii ki,hər 1 uşaq sevmədiyi bir şeyi etməmək üçün ağlaya,mızıldana bilər.Həmçinin autizmli uşaqlarda eyni davranışı göstərə bilərlər.Əgər bu tip davranışlar aşırı dərəcədə çox deyilsə nisbətən görməzdən gəlmək və yenədə uşağa uyğun dillə başa salmaq lazımdır.

Autizmli uşaqların evdə yada olduğu digər mühitdə sevmədiyi yüzlərlə fərqli vəziyyət ola bilər.Davranış problemlərini aradan qaldırmaq üçün valideynlər bu vəziyyətlərdən ibarət bir siyahı tərtib etməlidirlər.Və çalışdıqları qədər uşağı bu vəziyyətlərdən uzaq tutmalıdırlar.Daha sonra bu vəziyyətlərin uşaqlarda yaratdığı davranış problemlərinə diqqət yetirmək lazımdır.İlk öncə uşağın özü və ətrafı üçün təhlükə yaradacaq davranışlar üzərində iş aparılmalıdır.

Davranış problemlərini aradan qaldırarmaq üçün “mükafatlandırma” üsulundan da istifadə etmək məqsədə uyğundur.Burada əsas məqsəd uşaqda uyğun olmayan davranışları minumum azaldıb faydalı davranışları artırmaqdır.Bu üsuldan istifadə edərkən uşağın sevdiyi şeylərdən yararlanmaq olar.Məsələn autizmli bir məşğələlərə getməmək üçün hər gün məşğələ saatı isterik davranışlar nümayiş etdirirdi:yüksək səslə bağırmaq özünü divara vurmaq vəs. Bu üsuldan istifadə edən zaman uşağa məşğələyə gedəcəyi halda qayıdarkən ona sevdiyi bulku alacağımızı dedik.Bir müddət sonra uşaq heç bir hədiyyə gözləmən məşğələlərə getməyə başladı.Ancaq diqqət etmək lazımdır ki,bu üsul uşaqda alışqanlıq yaratmasın.

Davranış problemlərini aradan qaldırmaq üçün əsla və əsla Psixi(qorxutmaq) və ya Fiziki şiddət göstərmək olmaz(!).Çünki şiddətlə uşaq yalnız keçici vaxt ərzində davranışlarını məhdudlaşdırır.Ancaq şiddətin buraxdığı tramvanın izləri uşağın bütün həyatı boyu davam edir.Cəza üsulunundan yalnız mükafatlandırma ilə birgə istifadə etmək olar.Yəni uşağa hər hansı düzgün olmayan davranışı etməyəcəyi təqdirdə söz verdiyiniz mükafatı verməməklə cəza tədbiq edə bilərsiz.Ancaq bu vəziyyət uşağın psixoloji vəziyyətinə təsir edəcəksə bunu da uzun müddət etmək olmaz.

İstənilən halda uşağınızdakı davranış problemlərini aradan qaldırmaq üçün ən optimal yolu siz seçə bilərsiz.Çünki heç kim sizin qədər uşağınızı,onun sevdiklərini,sevmədiklərini,duyğularını bilə bilməz..

Nuray Lətifzadə

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər