Müasir dövrdə həyat şəraiti, sosial,ekoloji problemlərlə əlaqəli olaraq depressiya həddindən çox artıb. Yaxınlarımızda,ətrafımızda olan insanların əksəriyyəti bu problemdən əziyyət çəkir. Təbii ki,bir insanın depressiyada olub-olmadığını soruşaraq müəyyən etmək olmaz. İnternetdə depressiyanın psixoloji əlamətləri ilə bağlı yeterincə məlumat var. Ancaq bir insanın fiziki əlamətlərinə görə də depressiya olub-olmadığını müəyyən etmək olar. Çünki insan öz daxili əhval-ruhiyyəsini öz bədən dilində də əks etdirir. Əgər aşağıdakı bədən dili göstəricilərindən ən azı 3 və ya 4-ü sizdə və ya ətrafınızda olan insanlardan hansındasa varsa o zaman müəyyən qədər nələrinsə yolunda getmədiyini anlamaq olar.
Pis Duruş (Qamət)- Depressiyanın ən açıq bədən dili göstəricilərindən biridir. Çiyinləri önə doğru əyilmiş və qozbel,donqar şəklində olan duruş və oturma forması xarakterikdir. Bu cür əlamətləri olan 1 çox insana rast gəlmək olar. Bu formada duruş hər hansı onurğa pozulması nəticəsində yada vərdiş halını alan zaman yaranır. Eyni zamanda ağır və uzun müddət davam edən depressiyanın da nəticəsi ola bilər. Bundan başqa bu insanlarda başın önə doğru əyilməsi də müşahidə olunur. Bu sankı təslim olmağın,hər şeyin bitdiyi anlamına gələn bir hərəkətdir. Ancaq başın bu cür əyilməsi insanın təməl duruş forması da ola bilər.
Gülümsəmə- gülümsəmənin depressiya əlaməti olduğu nə qədər qəribə səslənsə də araşdırmalar nəticəsində məlum olmuşdur ki, depressiyada olan insanlar ya həddən artıq gülürlər yada çox az. Xüsusilə də çox gülməli olmayan bir şey həddən çox gülmək insanın qayğı və qəbullanmaq probleminin olduğunu göstərir. Eyni zamanda öz acısını gizlətmək istəyən insanlar da toplum içində sanki aşırı gülüşlərini göstərərək hər kəsə “ mən çox xoşbəxtəm,həyatımda hər şey qaydasındadı” mesajını vermək istəyir. Bununla yanaşı çox gülməli olduğu halda həmin sitiuasiyadı məcburən gülmək, yada ümumiyyətlə gülə bilməmək həmin şəxsin daxilində fırtınalar qopduğundan ,ünsiyyət problemi yaşadığında xəbər verə bilər.
Göz kontaktı- Adətən öz güvən əksikliyi yaşayan şəxslər qarşılarındakı ilə göz təması qurmaqdan yayınarlar. Danışdıqları zaman ya gözünü aşağı dikər yada partnyorlarının ətrafına baxaraq danışarlar. Ancaq özgüvən əksikliyi olan insan danışan zaman bütün diqqətini mövzuya kökləməyi bacarar. Yəni bu insanlarda göz təmasının olmaması çəkincəklikdən yaranır. Depressiv insanlarda isə bu bir qədər fərqlidi. Belə ki onlar söhbət əsnasında qarşısındakı ilə tam olaraq göz təması qura bilirlər. Ancaq problem ondadır ki, qarşısındakının nə danışdığı zərrə qədər də o insanları maraqlandırmaz. Söhbətdən yorulmuş bir göz ifadələri olar. Buna görə də göz kontaktında tez-tez ayrılmalara rast gəlinir.
Kiçilmək- Normalda 1 insan öz çiyinləri məsafəsində ayaqlarını qoyar. Məsələn supermanın duruşuna fikir versək görərik ki,ayaqlarını yerə möhkəm dirəyərək bütün tamlığı ilə öz bədənini irəli çəkir. Depressiyadan əziyyət çəkən insanlar sanki özlərini gizlətmək üçün bacardıqları qədər özlərini kiçildərlər. Ayaqlarını hardasa bir-birinə bitişik şəkildə qoyarlar. Daha kiçik görünmək üçündə bellərini əyərək hərəkət edərlər.
İfadəsiz üz- Digər bədən dili göstəricilərindən biridə danışarkən yada kimisə dinləyərkən donuq bir sifətlə baxmaqdır. Günlük həyatımızda eşitdiyimiz,haqqında danışdığımız mövzulara uyğun olaraq üz ifadəmizdə müxtəlif reaksiyalar verir. İfadəsiz bir üz danışılan mövzu nə qədər maraqlı da olsa heç bir reaksiya vermir,şəkil almır.Bu depresiyyanın əlaməti sayılır. Bəzən danışarkən gülümsəmə ilə qarşılaşa bilərik. Ancaq bilmək lazımdır ki,həqiqətən gülümsəyən zaman gözlərin içi də gülümsəyər ,parlaq görünər. Depressiv şəxslər də isə sadəcə ağız gülmək funksiyasını yerinə yetirər, gözlərdə isə böyük boşluq hiss olunar. Belə bir fikir var ki, əgər insan gülərkən göz kənarlarında “qaz ayağı” adlandırılan qırışlar yaranırsa onda həqiqətən də ürəkdən gülümsünmüş olur.
Yavaş hərəkətlər- Bir insan normalda etdiyi hərəkətlərdən yavaş hərəkət etməyə başlayırsa bu depressiyanın bir başqa göstəricisi ola bilər. Enerji və həyacanın nə qədər azaldığını göstərdiyi üçün depressiyanın əsas bədən dili siqnallarındandır. Nələrisə yığırdırarkən ,maşına minərkən, yemək bişirərkən, yatarkən, qalxarkən və.s davranışlara diqqət edin. Depressiyada olan şəxslər üçün ediləcək hər bir iş həddin artıq enerji tələb etdiyi üçün daha çox zamana ehtiyacı olduqlarını düşünürlər.
Yuxarı da qeyd etdiyim kimi,bu əlamətlərin hər zaman depressiya əlaməti olmaya da bilər.
Nuray Latifzada