Sosial fobiya

Sosial fobiya əsasən sosiallaşma qorxusudur. Sosial fobiyası olan insan sıxlıq bir mühitdə olma, ictimailəşmə, kütlədə danışmaqdan qorxur. Hər kəs ona baxanda rahat hərəkət edə bilmir. Sosial fobiya bəzi mənbələrdə sosial narahatlıq pozuqluğu olaraq da adlandırılır.

Sosial fobiya müalicə oluna bilən xəstəlikdir. Ancaq bu müalicə dərmanlarla baş vermir. Sosial fobiyası olan insan həm ətrafındakı insanlardan, dostlarından, həm də psixoloqundan kömək almalıdır. Bundan başqa, sosial fobiyanın müalicəsində ən böyük maneələrindən biri də sosial fobiyanın xalq arasında bir xəstəlik olaraq görülməməsidir. Sosial fobiyası olan insanlar adətən utanqac xarakterli olaraq qəbul edilirlər və bəzən bir ömür boyu narahat ,rahatsız yaşamaq durumunda qala bilirlər.Bəli, bir insanın az danışması, səssiz,sakit olması və ya özünü rahat ifadə edəməməsi şəxsiyyətin xarakterindən qaynaqlana bilər. Ancaq sosial fobiyanı utanqac şəxsiyyətlə qarışdırmaq olmaz. İnsanın sosial fobiyası olub-olmadığını anlamaq üçün bezi spesifik xüsusiyyətlərə baxılmalıdır :

  • Gözləndiyi sırada bir işi görə bilməmək
  • İzdihamlı ortamda rahat davrana bilməmək
  • Ümumi yerlərdə yemək yeyə bilməmək
  • Narazı qaldığı hallarda narazılığını dilə gətirə bilməmək
  • Qonaqları qəbul edəməmək və ya qonaq gedə bilməmək və s.

Sosial fobiyanın səbəblərini araşdırdıqda onun adətən uşaqlıq dövründə və ya erkən yaşlarda yaşanan bəzi hadisələrin şüuraltına işləməsi görülür. Məsələn, sosial fobiyası olan bir şəxs uşaqlıqda etdiyi bir səvdən dolayı ailəsindən şiddət görmüş ola bilir. Ya da bənzər səvhlər səbəbi ilə dostları, ətrafındakı insanlar tərəfindən lağa qoyulmuş ola bilərlər. İnsanın kiçik yaşlarda bu cür davranışlara məruz qalması, onun yetkin yaşda göstərəcəyi davranış baxımından çox vacibdir. Bunlardan başqa, sosial fobiya genetik olaraq nəsildən-nəsilə ötürülə bilir. Sosial fobiya əsasən, beynin kimyəvi, elektrokimyəvi fəaliyyətində və ya hormonal xəstəliklərdə baş verə biləcək bir vəziyyətdir.

Sosial fobiyası olan şəxs öz utanqaclığını, lazımsız qorxusunu atmağa qadir olduğunu düşünməlidir. Belə şəxslər daha həssasdırlar. Kimsənin hazırladığı bir zarafat və ya niyyətsiz bir zarafatdan dərhal təsirlənə bilər və yenidən özünə qapana bilər.Ətrafındakı insanlar bu məsələyə həssas yanaşmalı, onlardakı bu problemin aradan qalxmasına yardımçı olmalıdırlar.

Məqalə müəllifi: Məcidli Aygün (Narınc Könüllü Qrupunun Üzvü

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər