Konversiyon pozuntu

Konversiyon pozuntu bir ruhi xəstəlikdir. Konversiya pozuntusu müxtəlif psixoloji problemlərin ( kədər, qorxu, utanc, qəzəb ) fiziki problemlərə çevrildiyini (məsələn, danışmama, zəiflik,iflic, gücsüzlük, və s.) ifadə edir. Bu xəstələrdə edilən müayinələrə baxmayaraq, bu göstəriciyə səbəb ola biləcək heç bir fiziki bir xəstəlik yoxdur. Qadınlarda kişilərə nisbətən 2-3 dəfə daha çox olur. Hər yaşda, nadir hallarda uşaqlarda görülür, tez-tez yeniyetməlik və gənclik zamanı baş verir. 10 yaşdan kiçik və 35 yaşdan yuxarı nadir hallarda görülür. Ən çox görülən simptom ve həkimə müraciət səbəbi huşunu itirmədir. Bu cür hal ən çox başqa insanlarla birlikdə olduqları zaman ortaya çıxır, xəstə yerə yavaş düşür və az şüur itkisi olur. Ətrafda danışalınanları eşidə bilir, ancaq cavab verəməz və bu hal uzun müddət davam edir. Bəzi xəstələr huşunu itirdikdən sonra yüksək səslə ağlayırlar. Özlərinə gələrkən saçlarını, üzünü yolurlar. Həmin şəxs huşunu itirməsini və sonradan olanları ve etdiklərini xatırlamırsa buna dissosativ (özündən keçmə) adı verilir.

Huşunu itirməkdən əlavə ən çox rast gəlinən əlamətlərdən biridə bədənin hər hansı bir bölgəsində (əsasən qolda və ayaqda) uyuşma, hissizlik, hərəkətsizlik və ya güc itkisi , danışa bilməmək, səs batıqlığı, korluq; bədənin hər hansı bir yerində titrəmə, istəmsiz bədən hərəkətləri görülə bilir. Simptomlar əsasən bədənin sol tərəfindədir.

Konversiyon pozuntu bəzi fərdlərin çətin situasiyaya reaksiya vermə formasıdır. Yəni şəxsin həll edə bilmədiyi promlemlərə, digər sosial problemlərə ( ailə daxilində münaqişlərə, ailəvi problemlərə, şiddətə məruz qalmaya, özünə yaraşdırmadığı bir hərəkətdən özünü günahlandırmaq və ya başqaları tərəfindən günahlandırılmaq, narahatçılığa, peşmançılığa) verdiyi reaksiyasıdır. Bayılma, özündən getmə şəxsin yorğun duyğulardan ötücü olaraq uzaqlaşmasını təmin edən bir qorunmadır.

Fiziki cəhətdən müayinə edilən və fiziki xəstəlik müşahidə edilməyən xəstlərdə psixiatrik müayinə ilə konversiyon pozuntusu diaqnozu qoyulur və müalicəyə başlanılır. Şəxsin fiziki xəstəliyi olmadığından müalicə təcili deyildir. Təcili xidmət şəraitində psixiatrik müalicə aparmaqda olmaz. Bu şəxslər psixiatra söhbət edərək özlərini izah edə bildikləri dönəmdə, buna hazır olduqda getmələri daha məqsəduyğundur.

Məcidli Aygün

Narınc Könüllü Qrupunun Üzvü

ADPU, magistr, 1 kurs

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər