Səs yaranma

Səslənən nitq 4 artikulyasiya prosesinin ardıcıl əlaqəsindən yaranır;

  1. Ağciyərlərdən havanın təzyiqlə kənar edilməsi zamanı yaranan hava axını.
  2. Fonasiya – hava axını səs tellərindən keçərək vibrasiya edir.
  3. Xüsusi artikulyasiya – hava axını artikulyasiya orqanlarından xüsusi forma alır.
  4. Xüsusi hava dalğasının ətrafa yayılması.

Nitq prosesi tənəffüs ilə sıx əlaqədardır. Nitq nəfəs vermə prosesində yaranır. Bu zaman hava axını həm səs yaradan həm də, artikulyasiya funksiyasını yerinə yetirir. Nitq zamanı verilən və alınan havanın miqdarı susqunluq halından 3 dəfə artıq olur. Danışıq zamanı insanın nəfəs alması qısa nəfəs verməsi sürətli olur. Danışıq zamanı nəfəsvermədə qarın boşluğu və qabırğaarası daxili əzələlər iştirak edir.

Səs keçidi adi tənəffüsdə geniş bərabəryanlı üçbucaq forması alır. Bu zaman alınan və verilən hava səssiz həmin geniş səs keçidindən keçir. Səsin yaranması zamanı səs telləri yumulmuç vəziyyətdə olur. Nəfəsvermə nəticəsində hava axını həmin yumulmuş səs tellərinin büküşləri arasından keçərək onları bir qədər kənara itələyir. Səs telləri özünün elastikliyi və səs keçidini daraldan vəziyyətinə qayıdır. Beləliklədə yumulma və açılma o vaxta qədər davam edir ki, səs törədən hava axınının təzyiqi dayandırılsın. Nəticədə, səs tellərinin rəqslənməsi ətraf aləmə ötürülərək danışıq səsi kimi qavranılır.

Səs eyni zamanda rezanatorlarda yaranır. Rezanatorlar qırtlaqdan bir qədər yuxarıda nəfəs – qida şöbəsində olan borunun içərisində boğaz, ağız və burun boşluqlarında yerləşir. Səsin gücü səs tellərinin rəqslənməsinin ampilitudasından yəni, nəfəsvermənin gücündən aslıdır.

Rezanator boşluqlarının forma və böyüklüyündən eləcə də, qırtlağın quruluşundan asılı olaraq səs müəyyən fərdi çalar qazanır. Buna səsin tembri deyilir. Və insanlar bir – birilərindən səsin tembri ilə fərqlənirlər.

Səs vibratoru rolunu qırtlaqda yerləşən səs telləri oynayır. Küy vibratorları dodaqlar arasındakı kəsik, dil və dişlər arasındakı kəsik, dil və sərt damaq arasındakı kəsik, dil və alveollar arasındakı kəsiklər ola bilər. Küy vibratorunun köməyi ilə kar samitlər yaranır. Cingiltili samitlər həm küy həm səs vibratorları iştirakı ilə yaranır. Sonor səslərin yaranması zamanı səs vibratorları çox, küy vibratorları az iştirak edir.

Beləliklə, periferik nitq aparatının birinci şöbəsi hava vermə aktına, ikinci şöbəsi səs yaranmada, üçüncü şöbəsi isə rezanator olaraq səsə xüsusi güc və çalar vermədə
iştirak edir.

Məqalə müəllifi: Abbaslı Vəzifə (Narınc könüllü qrupun üzvü)

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər