Borderline şəxsiyyət qüsuru nədir?

Borderline şəxsiyyət qüsuru dəniz kənarında tez – tez ayağınızın altından sürüşüb gedən qumlara basdığınızda qorxub özünüzü savunmasız və balanssız hiss etmənizə bənzəyir. Münasibətlərinizdə, duyğularınızda, düşüncələrinizdə, davranışlarınızda qərarsız olduğunuz vəziyyətdir. Sizin üçün yaşamaq qorxuducu və ağrı verici bir şeydir. Düşüncələrinizi, davranışlarınızı, duyğularınızı nəzarət edə bilməniz üçün təsirli borderline şəxsiyyət qüsuru müalicələridə vardır.

Əgər sizdə borderline şəxsiyyət qüsuru varsa siz özünüzü daim lunaparkdakı sürət qatarının içindəymiş kimi hiss edirsiniz. Sadəcə duyğularınızda və ya münasibətlərinizdə deyil, kim olduğunuza dair hisslərinizdə də. Şəxsi şəkil, hədəfləriniz və hətta sevmədiyiniz və bəyənmədiyiniz şeylər sıxlıqla beyin qarışdırıcı və naməlum kimi görünən şəkillərdə dəyişəbilər.

Borderline şəxsiyyət qüsuru olan insanlar həddən artıq duyğuludurlar. Kiçik səbəblərdən böyük reaksiyalar göstərə bilərlər.

Kədərləndiyinizdə sakitləşməniz olduqca çətin olacaqdır. Bu duyğusal gəl – get vəziyyətləri və özünü birdən rahat buraxmaq impulsiv olaraq davranışlara səbəb ola bilir. Birilərinə onu incidəcək şeylər deyə bilər, təhlükəli və uyğun olmayan davranışlar sərgilə bilər və daha sonra etdiklərinizdən utanıb özünüzü günahkar hiss edə bilərsiniz. əsas ağrı verən isə bunlardan qaçmanın omkansız olduğu düşüncəsidir. Ancaq qaçmaq imkansız deyildir.

Borderline şəxsiyyət qüsurunu tanıma:

  • Tez – tez “ boş” hiss edirəm;
  • Duyğularım çox sürətli şəkildə dəyişir və sıxlıqla kədər, qəzəb və qayğı yaşayıram;
  • Önəmsədiyim insanların məni tərk edəcəklərindən tez – tez qorxuram;
  • Həyatımdakı insanlar haqqında düşündüklərim bir an üçün dəyişilə bilir, səbəbini anlamıram;
  • Tez – tez təhlükəli və pis olduğunu bildiyim şeyləri etməkdəyəm;
  • Özümə zərər verməyə cəhd etdim, bir yerimi kəsməyi intihar etməyi sınadım və s.

Bu dediklərimizdən bir neçəsini hiss edirsinizsə borderline şəxsiyyət qüsurunu yaşayırsız demək olar. Borderline şəxsiyyət qüsurunun səbəbləri içində bir çox psixoloqlar üşaqlıq çağındakı travmanı, genetik və bioloji faktorların rolunu əsas götürürlər.

Borderline şəxsiyyət qüsurunun 5 əsas simptomu vardır:

  • Tərk edilmə qorxusu;
  • Balanssız münasibətlər;
  • Qərarsızlıq;
  • Impulsiv özünü təhrif edən davranışlar;
  • Özünə zərər vermə.

Tərcümə etdi: Abbaslı Vəzifə ( Narınc könüllü qrupun üzvü)

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər