Uşaqların təhsilində cəzanın faydası və məhdudiyyətləri

Uşaqların yetişdirilməsində mükafat və cəzanın böyük bir yeri vardır. Uşaqların təhsili deyincə bunu yalnız bir təhsil təşkilatı olan məktəb olaraq düşünməmək lazımdır. Burada hər kəsin uşağın təhsili üzərində böyük bir payı vardır. Uşaqların; ailəsinə, ətrafına və yurduna faydalı bir fərd olaraq yetişdirilməsində, məktəbin yanında, ailənin, ətrafın hətta əsgər ocağının belə payları olduğunu söyləyə bilərik.

Uşaqların təhsilində verilən mükafatların fayda və məhdudiyyətləri olduğu kimi, verilən cəzaların da fayda və məhdudiyyətləri vardır. Bunlar:

Uşaqlara Cəza Vermənin Faydaları:

  1. Təsirli cəza uşaqları mənfi davranışlar etməkdən saxlaya bilər.
  2. Cəza istənməyən davranışların sonunda yaranan zərərin aradan qaldırılmasına xidmət edər.
  3. Cəza, mükafat ilə balanslı bir şəkildə istifadə edildiyində, istənməyən davranışlar üzərində idarəni təmin edər.
  4. Cəza xüsusilə bilərək edilən mənfi davranışların edilməsinə maneə törətmək baxımından da faydalıdır.
  5. Ağıllı və tutarlı bir cəza sistemi şagirdlərin ədalət və güvən duyğularını inkişaf etdirər.
  6. Cəza sinif içi uyğunlaşmada, şagirdin ictimai əlaqə yaratma bacarığına da müsbət istiqamətdə təsir edir.

Cəza Vermənin Məhdudiyyətləri.

  1. Cəza şagird davranışını təzyiq ilə dayandırar. Ancaq mənfi davranışın dəyişməsini təmin etməz. Mənfi davranış cəza mühitdən çıxınca təkrar ortaya çıxar.
  2. Cəza şagirdə doğru davranışın nə olduğunu öyrətməz. Bu səbəblə də mənfi davranış göstərilməyə davam edər.
  3. Cəza öyrənməyəmane olar, əlaqələri pozar, uşağın məktəbdən soyumasına səbəb olar.
  4. Cəza şagirdlərin qayğı səviyyələrini yüksəldərək öyrənməyə mane olar.
  5. Cəza şagird də hirslilik və təcavüzkarlıq meydana gətirər.
  6. Cəza şagirdin məktəbə və müəllimə qarşı mənfi tutum sərgiləməsinə və də məktəbdən soyumasına səbəb olar.
  7. Cəza alan şagird etdiyi davranışın qarşılığını ödədiyini düşünər və etdiyi mənfi davranışın məsuliyyətini daşımaz.
  8. Sagirdə cəza verildiyində, müəllim digər şagirdlər üçün mənfi bir model meydana gətirmiş olar.
  9. Cəza alan şagirdlərdə məktəbdən qaçmalar başlar və sinifə uyğunlaşma təmin etmədə çətinlik çəkərlər.
  10. Cəza yalnız verilən şagirdi deyil, bəzən sinifin hamısına mənfi istiqamətdə təsir edə bilər.
  11. Cəza günahkarlıq və qorxu yaradar.

Məqalə müəllifi:Gərayzadə Elmira (Narınc könüllü qrupunun üzvü)

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər