Rənglərlə terapiya

Bədbəxt olan insanlar mavi hiss edir, əsəbilər qırmızı görür… Rənglər xəstəlikləri sağaltma xüsusiyyətləri ilə də tanınır. Misirdə rənglər müalicə məqsədilə istifadə olunurdu. Məbədləri yaxşılaşdırmaq məqsədilə inşa edər və hər otağı başqa rənglə rəngləyirdilər. Çinlilər də 2000 il əvvəl rəng müalicəsini istifadə edirdilər.

 Keçmiş əsrlərdə döyüşçülər daha qəzəbli və sərt görünmək üçün bədənlərini qara, qəhvəyi və qırmızı; yerli qadınlar isə daha cazibədar görünmək üçün bədənlərini açıq rənglərə boyayardı.

 Şəfa mənbəyi

 “Sadəcə rəngli geyinmək və ya evinizi o rənglərlə bəzəmək rəng terapiyası edirsiniz mənasına gəlməz. Rəng terapiyası orqanizmdə mövcud olan beş elementi istifadə edir; Od (qırmızı), torpaq (sarı), hava (yaşıl), su (dərin mavi), səma (açıq mavi) rənglərlə kombinasiyası və bunların enerjisi ilə sizin bədəninizdəki xəstəlikləri müalicə edir.

 Bir təşəbbüsdə beş elementin və rəngləri enerjisini özünə doğru çəkir. Rəng terapisti rəngli şüşələri xəstənin probleminə görə seçir. Ondan sonra şüşənin 4də 3ünü su ilə və geri qalan hissəsini hava ilə doldurur. Və bu şüşəni günəşdən 72 saat qoruyur. Bu müddət ərzində günəş şüaları rəngli şüşədən filtr olaraq, hava və su ilə birləşir ki, bunun nəticəsində enerji və rəngin vibrasyonlarını kombinə edərək, xəstənin elementi ortaya çıxarılır. Bu qarışıqdan sonra xəstə müalicə üçün bu suyu içməlidir. Bundan sonra rəng terapistiniz ehtiyacınız olan rənglərdən ibarət meyvə və tərəvəzləri müəyyən edir. Məsələn; Qırmızı isə pomidor, yaşıl isə tərəvəzlər.

 Eyni zamanda terapistiniz sizin rənginizə görə gecə lampasının rəngini təklif edir. Burada qabarıqdır ki, rəng terapiyası təkcə göy qurşağından ibarət olan rənglərdən yaranmaz eyni zamanda işıq və beş element vacibdir”.

 Bənövşəyi, emosional, aqressiv insanların müalicəsinə uyğundur. Ayrıca həddindən artıq yemək istəyənləri sakitləşdirir və yemə arzularını nəzarət altına alır.

 Göy, zəkanı hərəkətə gətirir. İnsana cəsarət, nüfuz və iç rahatlığı verir. Göz, qulaq, burun və boşluqların müalicəsində istifadə edilir. Damar problemleri (varis), sinir sistemi xəstəlikləri, çiban, yara, dəri problemlərində də istifadə olunur.

 Şok keçirənlərə mavi yaxşı gəlir. Mavinin soyuducu təsiri vardır. Təlaşlı və qorxmuş insanlara kömək edir. Yuxudan əvvəl mavi rənginə diqqət yetirərək meditasiya etmək kabus görməyin qarşısını alır. Şok və ya sinir böhranı keçirən insanlara tövsiyə edilir.

 Hamilələr üçün yaşıl stressi azaldır. Ürək problemi olan insanlara köməkçi olar. Böyüməyi xəbərdar edir, sınıq sümüklərin sağalmasına kömək edər və dərinin təkrar böyüməsini xəbərdar edir. Sakit bir mühit yaratmaq üçün hamilə xanımlara təklif edilir.

 Sarı zəkanı hərəkətə gətirir. İnsanlarda xoşbəxtlik təsiri yaradır. Həzm sistemini hərəkətə keçirmədə və dəri problemlərini müalicə etməkdə faydalıdır.

 Yalnız və depressivlərə portağal rəngi. Portağal rəngi meyvəsi kimi, təbiətə enerji verir. Öd daşı, həzm sistemi problemləri, döş problemləri və artritlərdə təsirlidir. Yalnız və depressiv insanların  ruhlarını yüksəldir.

 Qan azlığına qarşı qırmızı. Qırmızı qan dvranıına adrenelinin ifraz olunmasını təmin edir, hemoqlobinin çoxalmasına səbəb olur. İnsanın daha güclü olmasını təmin edir. Qırmızı rəng geyinmək qan azlığında və digər qan xəstəlikləri şikayəti olan insanlar üçün yaxşıdır.

                       Mustafayeva Sünbül

                 Narınc könüllü qrupunun üzvü

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər