Uşağın tərbiyəsində baba və nənə

Nəvə sevgisi özəl bir sevgidir.Hər baba və nənə üçün onları qucağına almaq və böyümələrini izləmək xoş bir duyğudur.Nənə və babaların uşaqlar üzərində müsbət təsirləri vardır.Bəzən uşaq ana və atasından görmədiyi sevgini onlardan görə bilir və bu da uşaqların psixi inkişafına müsbət təsir göstərir.

Valideynlərin işləməsi uşağa kimin baxacağı problemini ortaya çıxarır.Uşağa baxılması dövründə nənə və babalar böyük aktivlik göstərir.Adətən, nənə və babalar öz uşaqlarını tərbiyə edərkən istifadə etdikləri nizamlı qayda-qanunlardan uzaqlaşaraq, nəvələrinə sərhəd tanımırlar və bütün istəklərini qarşılayırlar.Bu zaman da uşaqlara evin kralı və ya kraliçası kimi davranmağa başlayırlar.Elə buna görə də uşaqlar nənə və babayla vaxt keçirmək istəyir, valideynlərindən də eyni davranışı gözləyirlər.

Baba və nənələrin səhvi nəvələrini həddindən artıq “qudurtmaqdır”.Valideynlərin qadağan etdiklərini alaraq uşaqları xoşbəxt etməyə çalışırlar.Bu zaman da valideynlərin tətbiq etdiyi tərbiyə sistemində uyğunsuzluqlar olur.Ana və atalar ailə böyüklərinə hörmətsizlik olmasın deyə səs çıxarmadıqca, uşaq hər istədiyini əldə etmək üçün nənə və babanın yanına qaçır.

Nənə və babalar uşağın tərbiyəsində yalnızca dəstəkləyici rol oynamalıdırlar, əsla ana və atanın vəzifəsini öz üzərlərinə götürməməlidirlər.Ana və ata uşağın tərbiyəsi və yetişdirilməsində birinci dərəcəli məsuliiyətli insanlardır.Lazım gələrsə nənə və babaya uşağın tərbiyəsində biraz məsafəli olmaqları gərəkdiyini bildirmək lazımdır.

Bütün bunlar uşağa necə təsir edər?

Uşağın yaxşını, pisi, doğrunu, yalnışı anlaya bilməsi üçün yol göstərilməsinə ehtiyacı vardır.Eyni anda bir neçə insanın yol göstərməsi, daha dəqiq desək, nənə və babanın başqa doğruları, ana və atanın başqa doğruları göstərməsinin tək nəticəsi uşağın “doğru”suz yetişməsi olacaqdır.Bu vəziyyətdə nənə və babaya belə mesaj verilməlidir: Siz övladlarınızı yetişdirərkən, ana və atalıq vəzifənizi yerinə yetirdiniz.Nəvələrinizin ana və atası olmağa çalışmayın.Valideynlərin övladları üçün qoyduğu qaydalara qarşı çıxıb, uşaqların gözündə valideynlərinin sözünü dəyərsiz etməyin.

Nənə – baba və nəvə arasında sağlam münasibət qurmağın yolları nələrdir?

– Uşağın nənə və babanın evində deyil, öz evində baxılması, hər gecə ana və atasını görməsi önəmlidir.

– Nənə və babanın evində baxıldığı günlərdə də gecələr evinə dönməli, öz yatağında yatmalıdır.

– Uşağınıza qadağan etdiyiniz davranışlar uşaqla əlaqəli bütün şəxslərə bildirilməlidir.

– Ailə içində qoyulan qaydalar nənə və babaya deyilməlidir.

– Uşağın tərbiyəsi bağlı yaranan fikir ayrılıqları uşağın yanında danışılmamalıdır.

– Böyüklər nəvələrinin yetişdirilməsində ana və atanın qərarlarının önəmli olduğunu qəbul etməlidirlər.

  Tərcümə etdi: Ülfət Abbaszadə (Narınc könüllü qrupunun üzvü)

PSİXOLOJİ KURSLAR

TESTLƏR

PSİKOLOJİ

ПСИХОЛОГИЯ

SİZİN KOŞƏ

ELEKTRON KİTABXANA

PSİXOLOJİ VİDEOLAR

KİTAB KLUBU

AFORİZMLƏR

HƏYAT HEKAYƏLƏRİ

ELMİ ARAŞTIRMA

ELMİ ƏSƏRLƏR TOPLUSU

Jurnallar

Mütəxəssislər

Vüsalə Ələkbərova

Təsisçi və baş redaktor Psixoloq vusala@dushunce.az

Elnur Rüstəmov

Psixologiya Elmi-Tədqiqat İnstitutunun sədri Psixoloq elnur@dushunce.az

Narınc Rüstəmova

Narınc PM-nin rəhbəri, Klinik psixoloq narinc@dushunce.az

Orxan Fərəcli

Klinik psixoloq orxan@dushunce.az

Aygün Ağabalayeva

Psixoloq aygun@dushunce.az

Davamı >

Bürclər

Tərəfdaşlar

Kulinariya

Ziyarətçilər

Faydalı Linklər